Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

“Şəhidlər ölməz, Vətən basılmaz!” seriyasından ilk kitabın təqdimatı keçirilib

“Şəhidlər ölməz, Vətən basılmaz!” seriyasından ilk kitabın təqdimatı keçirilib
January 16
17:12 2018

Bakı, 16 yanvar, Zərəngiz Mansurova, AZƏRTAC

Yanvarın 16-da Beynəlxalq Mətbuat Mərkəzində Mədəniyyət və Turizm Nazirliyi “Respublika Xatirə Kitabı” redaksiyası ilə “Bakı-” qəzetinin birgə layihəsi əsasında “Şəhidlər ölməz, Vətən bölünməz” seriyasından kitabın – “Gözlə gələcəyəm” sənədli povestinin təqdimatı keçirilib. Əsərin müəllifi tanınmış publisist İradə Sarıyevadır. Nəşrin rəyçisi “Bakı-” qəzetinin baş , Azərbaycan Mətbuat Şurasının İdarə üzvü Aydın Quliyev, Zülfüqar Şahsevənlidir. Kitab redaktorun “Gedirsən, tez qayıt gəl, gözü yolda qalan var…” sərlövhəli qeydləri ilə başlanır.

AZƏRTAC verir , mərasim iştirakçıları ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov kitab haqqında məlumat verib. Bildirib , sənədli povestdə Vətən uğrunda döyüşlərdə şəhid olmuş, 23 yaşlı kəşfiyyatçı-snayper, gizir Aydın Abdullayevin ömür yolundan söhbət açılır. dərəcə təsirli epizodlarla zəngin olan povesti şəhidlərimizin xatirəsinə yazılmış elegiyaya bənzətmək olar.

Zülfüqar Şahsevənli povestin çox kövrək hisslərlə qələmə alındığını söyləyib. Diqqətə çatdırıb , istedadlı qələm sahibi İradə Sarıyeva şəhidin harayına səs verərək, onun həyatını əks etdirib, gələcək nəslə örnək qoyduğunu vurğulayıb.

Tədbirdə Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədli, Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Maarifə Hacıyeva, tədqiqatçı-jurnalist Şəmistan Nəzirli, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov, Respublika Veteranlar Təşkilatının sədr müavini, olan polkovnik Cəlil Xəlilov, əsir və itkin düşmüş, götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupu müavini Eldar Səmədov və başqaları gizir Aydın Abdullayevin şərəfli döyüş yolunu işıqlandıran bu cür kitabların gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində əhəmiyyətini vurğulayıblar.

Çıxış edənlər Aydın Abdullayevin idmançı kimi qazandığı qələbələrin, döyüş cəbhəsində göstərdiyi qəhrəmanlığın povestdə çox böyük məsuliyyət hissi və peşəkarlıqla qələmə alındığını söyləyiblər.

Tədbirdə layihə rəhbəri, “Respublika Xatirə Kitabı” redaksiyasının baş Nəzakət Məmmədovanın ssenarisi əsasında çəkilmiş, şəhidin ömür yolunu işıqlandıran “Gözlə gələcəyəm” adlı film nümayiş olunub.

Sonda şəhidin atası Əmirsoltan Abdullayev tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

AZERTAG.AZ :“Şəhidlər ölməz, Vətən basılmaz!” seriyasından kitabın təqdimatı keçirilib

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: