Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

Azərbaycan ilə Fransa arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş potensial var

Azərbaycan ilə Fransa arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş potensial var
January 17
17:05 2018


Bakı, 17 yanvar, AZƏRTAC

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Fransaya işgüzar səfəri çərçivəsində bu ölkənin və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan-Batist Lömuan ilə .

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə nazirlər Azərbaycan ilə Fransa arasında ikitərəfli və çoxtərəfli münasibətlərin cari səviyyəsindən məmnunluqlarını bildiriblər. İki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsi üçün geniş potensialın mövcudluğu qeyd edilib.

2017-ci ilin sentyabrında yeni formalaşmış Fransa hökumətinin ilk üzvü kimi Azərbaycana rəsmi səfər etdiyini deyən fransalı dövlət katibi səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünü və səfərin nəticələrini yüksək qiymətləndirib.

Nazirlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların cari vəziyyəti barədə fikir mübadiləsi aparıblar. Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsi üzrə danışıqlar prosesinin gedişi ilə bağlı ətraflı məlumat verib. O, 2018-ci il yanvarın 18-də Polşanın Krakov şəhərində ATƏT-in Minsk qrupunun həmsədrləri və Ermənistanın xarici işlər naziri ilə görüşəcəyini bildirib.

Elmar Məmmədyarov Fransanın bir sıra şəhərlərinin Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən yaradılmış qondarma rejim ilə qanunsuz əlaqələr yaratması, qondarma rejimin təmsilçiləri kimi özünü şəxslərin Fransa ərazisinə daxil olması kimi faktların ATƏT-in Minsk qrupunun həmsədri olaraq Fransanın mərkəzi hökuməti tərəfindən qarşısının alınmasının vacibliyini bildirib.

Azərbaycan və Fransa arasında iqtisadi- əlaqələrini nəzərdən keçirən nazirlər enerji, nəqliyyat, metro, kosmik sənaye, kənd təsərrüfatı, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlığın dinamik sürətdə inkişaf etdiyini və 50-dən artıq Fransa şirkətinin fəaliyyət göstərdiyini vurğulayıblar.

Azərbaycan və Fransanın təhsil sahəsində sıx əməkdaşlıq etdiyini bildirən nazirlər fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin bu əməkdaşlığın parlaq göstəricisi olduğunu qeyd ediblər.

Azərbaycan- İttifaqı münasibətlərinə toxunan Elmar Məmmədyarov ölkəmizlə İttifaqı arasında strateji sənədi üzərində iş aparıldığını və əlaqələrin uğurla inkişaf etdiyini söyləyib.

Görüşün sonunda iştirakı ilə Azərbaycan Milli Elmlər Akademiyası ilə Fransanın Montpellier Universiteti arasında əməkdaşlıq haqqında çərçivə və dissertasiya və maliyyələşmə haqqında əməkdaşlıq sazişləri imzalanıb. Sazişlər AMEA-nın prezidenti, Akif Əlizadə və Montpellier Universitetinin beynəlxalq əlaqələr üzrə vitse-prezidenti Henn tərəfindən imzalanıb.

AZERTAG.AZ :Azərbaycan ilə Fransa arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş potensial var

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin



Source link

Tags
171850akademikakademiyasAkifAlaliyyalınmasıanıaparıblarArtıqATƏTavropaazAzərbaycanAzərbaycanaAzərbaycandaAzərbaycanıAzərbaycanınAZƏRTACbağbarBeynəlxalqbildirbildirənbildiribbildiriblbirBizbucaricidadağDağlıdahadanDanışıqlardanışıqlarıdaxildeyədeyəndənDidigərdinamikdissertasiyaDövlətdyarovedəedənedibedibledibləredilibelmarelmlərenerjiErmənistanErmənistanıErmənistanınetdirilmələləənərərəəriəriniərininƏtətiətininətləfaktlarfaktlarıfəaliyyətfikirformalafransfransafransalfransanFransanınfransayafransızfransuagedişgenigörgörüşgörüşəgörüşübgöstərgöstərəgöstərəngöstəricisihaqqhaqqıhəlliililəilinilkimzalanimzalanıbiqtisadiişğalişləişlərIVkatibikeçirkeçirəkeçirənkəndkikosmikliyevllizadlumatlxalqmaliyymaliyyəmetromədəMədəniyyətməlumatMəmmədyarovmərkəziMətbuatmilliminskMMMübadiləmübadiləsimünaqişəmünaqişəsimünaqişəsininnazirinazirlNazirlərnazirlərinnazirliyininndiribNəqliyyatnəticənəticələrininəzərdəninnistanNiyyətolaraqolduolmasolunmuonuörüşparlaqPolşanınpotensialpotensialıprezidentiprosesininqanunsuzQARqarabaqarşısıqarşısınıqarşısınınqeydqliyyatqondarmaqrupununRArazilrazisinrbaycanrbaycanarbaycandardiyinirejimrejiminricisirininsahəsazişləsentyabrsəfərsəfərisəhvSənsənəsəviyyəsininsırasonundastratejitbuatTəhsiltəmsiltəmsilçiləritəqdimtərTərəfdaşlıqtərəfindətərəfindənticarticarəttinintiraktoxunanttifaquniversitetiuniversitetininvacibliyinivarvarsaveribvəziyyətivitsexariciyanvaryanvarınyaradyeniyüksək
Paylaş
Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: