Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı ilə bağlı məsələlər müzakirə edilib

Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı ilə bağlı məsələlər müzakirə edilib
January 17
19:10 2018


Bakı, 17 yanvar, AZƏRTAC

Yanvarın 17-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə Türkiyə Böyük Millət Məclisinin xarici əlaqələr komitəsinin rəhbəri Volkan Bozkırın başçılığı ilə nümayəndə heyətini qəbul .

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı dost-qardaş ölkələrimiz arasında strateji əməkdaşlıq imkanlarının müasir dövrdə daha genişləndiyi məmnunluqla vurğulanaraq bildirildi ki, son illər qlobal enerji və layihələrini uğurla həyata keçirən Azərbaycan ilə Türkiyə arasında siyasi-iqtisadi-mədəni sahələrdə işbirliyi milli maraqlar çərçivəsində sonra davam etdiriləcək. Bu il bir çox önəmli hadisələrə dair silsilə tədbirlərin olacağını xatırladan tərəflər, həmçinin Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, vaxtilə Türkiyədən köməyə gələn ordunun Bakını erməni işğalından azad etməsi, dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasının ilk olaraq Türkiyə Cümhuriyyəti tərəfindən tanınması kimi mühüm tarixi hadisələrin xüsusi qeyd olunmasının xalqlarımız arasında mövcud ənənələrin qorunması baxımından əhəmiyyətini vurğuladılar.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında söhbət gedərkən, problemin beynəlxalq hüquq normaları çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinə alternativ olmadığını bildirən tərəflər sonra bu istiqamətdə bütün beynəlxalq tədbirlərdə həmrəy mövqedən çıxış edəcəklərini bir daha bəyan etdilər.

Görüşdə qarşılıqlı faydalı əməkdaşlığın uğurla davam etdirilməsinə dair bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.

AZERTAG.AZ :Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı ilə bağlı məsələlər müzakirə edilib

Mətndə səhv , onu qeyd ctrl + enter düyməsini basaraq bizə göndərin



Source link

Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: