Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

BDU-nun tələbə və magistrları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müəssisələrində təcrübə keçəcəklər

BDU-nun tələbə və magistrları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müəssisələrində təcrübə keçəcəklər
January 17
13:54 2018

Bakı. yanvar. .AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Bakı Dövlət Universiteti arasında əməkdaşlıq haqqında anlaşma memorandumu

Bu barədə “”a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Sənəd elmi-praktik əlaqələri inkişaf etdirmək, qarşılıqlı maraq sahələrdə mövcud təcrübəni bölüşməklə birgə və bərabər maraqlar əsasında əməkdaşlıq etmək, aidiyyəti fəaliyyət sahələrinin inkişafı üzrə qarşılıqlı nəticələrə nail olmaq məqsədinə edir.

Tədbiri BDU-nun rektoru Abel Məhərrəmov açaraq ölkənin sosial sahədəki qanunvericilik bazasının təkmilləşdirməsinin əhəmiyyətindən, Azərbaycan Prezidenti İlham Əliyevin siyasəti nəticəsində sosial müdafiə sisteminin möhkəmləndirilməsindən bəhs edib. 2004-cü ildə ölkənin Avropa Sosial Xartiyasına qoşulduğunu deyən rektor Bakı Dövlət Universitetində sosiomühəndis layihələri hazırlamağı bacaran, müvafiq sosial xidmətləri istiqamətləndirə və realizə etməyə qadir olan mütəxəssis hazırlığı istiqamətində işləri diqqətə çatdırıb.

Onun sözlərinə görə, 2005-ci ildə ilk dəfə olaraq BDU-da təhsilin magistratura, 2008-ci ildə isə bakalavr pilləsində sosial işçi hazırlığına başlanılıb, mütəxəssis hazırlığını təkmilləşdirmək, sosial elm və tədris sahəsi kimi inkişaf etdirmək məqsədilə Sosial iş kafedrası və sosioloji tədqiqatlar laboratoriyası yaradılıb. A.Məhərrəmov vurğulayıb ki, BDU ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında sosial iş sahəsində mütəxəssis hazırlığı, innovativ sosial xidmətlər istiqamətində birgə əməkdaşlıq haqqında sənəd də məhz qeyd edilən məqsədlərə edir.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib ki, 2018-2022-ci illəri əhatə edəcək “Azərbaycan Respublikasında sosial xidmətin inkişafı Konsepsiyası”nda da sosial sistemində insan resurslarının inkişafı, kadr potensialının beynəlxalq standartlara uyğunlaşdırılması əsas fəaliyyət istiqamətləri sırasında yer alıb: “2015-20-ci illərdə icra olunmuş “Sosial xidmətin inkişafı” layihəsi çərçivəsində də sosial xidmətlərlə təminatın modernləşdirilərək Avropa ölkələrinin ən yaxşı təcrübələrinə uyğun qurulması üçün müvafiq işlər aparılıb. Bu sahədə insan resurslarının inkişafı üçün strateji çərçivə, zəruri normativ-hüquqi sənədlərin layihələri, mütərəqqi dünya təcrübəsindən irəli gələn yeni “Sosial iş” modelinin ölkəmizdə tətbiqinə hazırlıqla əlaqədar bu model üzrə vəzifə təlimatı hazırlanıb. Həmin modelin tətbiqi ilə əlaqədar 4 pilot ərazi üzrə sosial işçiləri, ali təhsil müəssisələrinin aidiyyəti sahə üzrə müəllim heyəti üçün beynəlxalq ekspertlərin iştirakı ilə təlimlər keçirilib, sosial xidmətlər sahəsində qabaqcıl beynəlxalq təcrübə öyrədilib”.S.Müslümov sosial iş sahəsində yüksək ixtisaslı kadr potensialının formalaşdırılması üçün müvafiq ixtisasa yiyələnən tələbə və magistrantların təcrübi bilik və bacarıqlarının inkişaf etdirilməsinin vacib olduğunu vurğulayıb: “Bu memorandum “Sosial iş” ixtisası üzrə tədris prosesinin praktik sosial iş sahəsi, sosial müəssisələri ilə əlaqəli şəkildə səmərəliliyinin yüksəldilməsində yeni imkanlar açır. Bu sənəd eyni zamanda, sosial işçilərin ixtisasartırma və ya təlim keçməklə biliklərini artırmaları, ümumən bu sahədə təlim və təcrübə sektorlarının qarşılıqlı əlaqəsini təmin edən birgə və sistemli fəaliyyətin təşkili baxımından çox əhəmiyyətlidir”.

Sonra S.Müslümov və A.Məhərrəmov əməkdaşlığa dair anlaşma memorandumunu imzalayıblar. Sənəddə sosial iş və sosial siyasət sahəsi üzrə tələbə və magistrantları məlumatlandırmaq məqsədilə Nazirliyin müvafiq əməkdaşlarının Universitetin “Sosial iş” ixtisası üzrə təhsil alan tələbələri üçün ustad dərslərinin, habelə həmin ixtisas üzrə tədris prosesinin səmərəliliyini artırmaq məqsədilə Universitetin bakalavriat və magistratura pillələrində təhsil alan tələbələrinin Nazirliyin tabeliyindəki sosial müəssisələrində təcrübə və təlim keçmələrinin təşkil edilməsi nəzərdə tutulur. Memorandumda həmçinin Universitetin “Sosial iş” kafedrası və onun tabeliyində olan “Sosioloji tədqiqatlar laboratoriyası”nın əməkdaşlarına sosial müəssisələrində elmi-tədqiqat işlərinin aparılması üçün şəraitin yaradılması, Nazirliyin müvafiq struktur bölmələrinin əməkdaşlarının Universitetdə müvafiq ixtisasartırma və ya təlim təşkili, Nazirliyin bu sahədə ehtiyaclarının müəyyən olunmasına yardım göstərilməsi, sosial iş üzrə beynəlxalq və milli səviyyədə akademik, elmi tədbir və təlimlərin, konfrans, seminar, simpozium və mühazirələrin, ümumən hər iki tərəf üçün maraq digər sahələrdə birgə işlərin təşkili və həyata keçirilməsi əksini tapır. Sənəddə əməkdaşlıq formaları da qeyd olunub. 

Source link

Tags
1174açaraqaçıraidiyyakademikAlalanAlialiyyalıbanalyticsaparılıbaraqartırmaqatdıavropaazAzərbaycanbacarbacarıqlarıbakalavrbarbaşbaşlanılıbbaxbazasBeynəlxalqbəhsbərabərbildiribbilikbiliklbölmələrininbucictimaiyydadairDardbirideyədeyəndigərdildilibdindiqqətdirildoğuranDövlətdqiqatdqiqatlaredəedəcəkedənedibediləedilənedilmedilməsiedirehtiyaclarekspertlElmetdirilmetdirmetdirməketməetməkeyniələləənərərəəriəriniərininətiətinətləfəaliyyətformalaformalargələgələngooglegörgörüləngöstərilməsihalininhaqqhaqqıhazirhazırlanıbhazırlığıhazırlığınhazırlığınaheyətihəmHəminhərhəyataHKhsilinicraililəilkimkanlarimzalanimzalanıbimzalayimzalayıblarinnovativinsanirəliirilibirilmişçiişiişləişlərişləriişlərinişlərininistiqamIVixtisasixtisasartkadrkeçəkeçirilməsikeçməkeçməsininkikmillkonfranskonsepsiyaslaboratoriyaslayihlayihəlayihələrilayihəsildilmLililiyinililiyininliyevinlumatlumatlandlxalqmagistraturamaraqmaraqlarmemorandummemorandumuməhzməlumatmilliminminatmodelmodelinmodelininmodernlMüdafiəmüdafiəsimüəllimmüəssisələrimüəssisələrininmüəyyənmütəxəssisnailnazirinazirliyinazirliyinnazirliyininndirilmnəticəninnormativolanolaraqolduolmaqolunmasolunmasıolunmasınaolunmuolunubonlaraOnunpilləpilotpotensialpotensialıpraktikprezidentiprosesininqabaqcqadirqanunvericilikQARqeydqurulmasraitinrbaycanrealizrektorrektorureportrespublikasRespublikasıRespublikasındaresurslarrininrlamarmalarsahəsahədəsahələrininSahəsisektorlarseminarSəlimSənsənəsənədsənədləsəviyyəShowsimpoziumsininsistemindsistemininsistemlisiyassiyasətsırasındasonrasosialsözlərinstandartlarastratejistrukturtabeliyindtapırtbiqitbiqintəcrübətəcrübənitədbirtədbiritədqiqatTədrisTəhsiltələtələbtələbətələbələriTəlimtəlimlərintəmintəminatıtərtərəftəşkiltəşkilitətbiqitiraktlidirtoptutulurtvinninquğurluuniversitetduniversitetiuniversitetinuniversitetindustaduyğunvacibvarverilibxartiyasxidmətxidmətləriyayanvaryaradyaradılıbyatayeniYeryüksəkzamanda
Paylaş
Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: