Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

“Depressator AKİ” aşqarından neftin Bakı–Tbilisi–Ceyhan boru xətti ilə nəqlində uğurla istifadə olunur

“Depressator AKİ” aşqarından neftin Bakı–Tbilisi–Ceyhan boru xətti ilə nəqlində uğurla istifadə olunur
January 17
17:01 2018

Bakı, 17 yanvar, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda (AKİ) parafinli neftlərin donma temperaturunu aşağı salmaqla onların uzaq məsafəyə nəqlinə imkan verən “Depressator AKİ” aşqarı yaradılıb və istehsalı təşkil edilib. “Depressator AKİ” aşqarından parafinli neftin Bakı–Tbilisi–Ceyhan boru xətti ilə uzaq məsafəyə ötürülməsində müvəffəqiyyətlə istifadə olunur.

Bunu AZƏRTAC-a müsahibəsində institutun direktoru, akademik Vaqif Fərzəliyev deyib. Akademik bildirib ki, rəhbərlik etdiyi müəssisədə regenerasiya olunmuş yağ əsasında “Musella-40” və digər motor yağları yaradılıb. Modul elektrik stansiyalarda istifadə olunan “Musella-40” motor istismar müddətindən sonra regenerasiya texnologiyası yaradılıb və “Azərenerji” ASC- yə təqdim edilib.

Vaxtilə “Azərneftyağ” neft emalı zavodunda istehsal edilən “ВМ-4” şərtinin müddətinin bitməsi ilə əlaqədar normativ- sənədlər hazırlanaraq Standartlaşdırma, və Patent üzrə Dövlət Komitəsində təsdiq olunub. şərtin vaxtı uzadılıb və zavoda təqdim edilib.

Bundan əlavə, -cı AKİ tərəfindən neft emalı zavodu üçün “М-12ВБ” motor şərtləri yenidən işlənilib və təsir uzadılıb. Ötən il bu zavodda alınan “AK-15” yağında müxtəlif tərkibli xarici depressatorların tədqiqi ilə yağın səviyyədə donma temperaturunu təmin edən depressator seçilib və tətbiq üçün tövsiyə olunub.

İnstitut tərəfindən buruq məhlullarının fiziki-mexaniki stabilliyini təmin edən yeni reagent yaradılıb və sınaqlar üçün SOCAR-a təqdim olunub.

V.Fərzəliyev bildirib ki, institutda aparılan tətbiqi elmi araşdırmalar bazarın tələblərinə uyğun və işlənilən proseslər “AMEA Təcrübə-Sənaye Zavodu”nda tətbiq edilir. Həmin zavodda məhsulların istehsalını təmin etmək üçün onların müvafiq sınaqları aparılıb, sürtkü materialları, aşqarlar və digər məhsulların 28 adda şərtləri işlənib hazırlanıb.

Qeyd edək ki, AKİ 1965-ci ildən göstərir və burada sürtkü yağlarının, yanacaqların və xüsusi mayelərin istismar xassələrini müxtəlif funksional təsirli aşqarların sintezinin elmi əsasları öyrənilir. Elmi müəssisədə müxtəlif təyinatlı keyfiyyətli sürtkü yağlarının və xüsusi mayelərin yaradılması, onların istehsalı ilə əlaqədar yeni xammal mənbələrinin müəyyənləşdirilməsi, səmərəli istifadəsi sahəsində fundamental tədqiqatlar . Elmi müəssisədə alınan müxtəlif funksional təsirə malik təsirli yeni aşqarlar oksidləşmə, korroziya, yeyilmə və siyrilməyə qarşı, eləcə də bioloji zədələnmənin qarşısını almaqda tətbiq olunur.

AZERTAG.AZ :“Depressator AKİ” aşqarından neftin Bakı–Tbilisi–Ceyhan boru xətti ilə nəqlində uğurla istifadə olunur

Mətndə səhv varsa, qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: