Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

Elmar Məmmədyarov Fransanın xarici işlər naziri ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

Elmar Məmmədyarov Fransanın xarici işlər naziri ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib
January 17
00:17 2018

Xarici işlər naziri Məmmədyarov Fransa Respublikasına işgüzar səfəri çərçivəsində Fransanın Xarici işlər naziri Jan-İv Lö Drian ilə görüşüb.

XİN-dən Milli.Az-a verilən məlumata görə, görüşdə nazirlər Azərbaycan və Fransa arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə və siyasi əlaqələrin daha da dərinləşdirilməsində yüksək səfərlərin vacibliyini vurğuladılar.

Tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə toxundular. Nazir Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsi üzrə danışıqlar prosesinin statusu haqqında həmkarına məlumat verdi və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq münaqişənin həllində irəliləyişə nail olmaq üçün Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı olduğunu vurğuladı. O, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçılarının dəfələrlə bəyan etdiyi kimi mövcud status-kvonun qəbuledilməz və qeyri-davamlı olduğunu vurğuladı. Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən həyata keçirilən qeyri-qanuni əməllərə toxunan Məmmədyarov işğal olunmuş ərazilərdə Suriyadan olan ermənilərin yerləşdirilməsi, Azərbaycan xalqının maddi-mədəni talan və məhv edilməsi və ermənilərin heç vaxt yaşamadığı Cəbrayılda kilsənin tikilməsi kimi faktlara diqqəti çəkdi.

Məmmədyarov Azərbaycanın münaqişənin mərhələli şəkildə tezliklə həll edilməsi üçün substantiv, və məntiqi danışıqların tərəfdarı olduğunu bildirdi və xüsusda həmsədrlərə birgə səyləri davam etdirəcəyini dedi.

Nazirlər Azərbaycan və Fransa arasında iqtisadi sahədə əməkdaşlığın inkişafını təqdir və iki ölkə arasında ticarət dövriyyəsinin artırılması istiqamətində birgə səylərin daha da artırılmasının önəmini vurğuladılar.

Nazirlər həmçinin iki ölkə arasında iqtisadi əməkdaşlıq əlaqələrinin gücləndirilməsində Azərbaycan-Fransa İqtisadi Komissiyasının rolunu və Komissiyanın iclaslarının mütəmadi əsasda keçirilməsinin iqtisadi əlaqələrə müsbət təsirini qeyd .

Azərbaycanda Fransanın 50-dən çox şirkətinin göstərdiyini bildirən Məmmədyarov Fransanın ölkəmizin neft və qaz sektorunda “Total Fina Elf”, “Total E&P Absheron” və “GDF Suez E&P” şirkətləri ilə təmsil olunduğunu bildirdi. xüsusda, Azərbaycanın təşəbbüskarı və iştirakçısı olduğu irimiqyaslı enerji və infrastruktur layihələri barəsində məlumat verdi.

E.Məmmədyarov Azərbaycan hökuməti tərəfindən qeyri-neft sektorunun inkişafına xüsusi diqqət ayrıldığını bildirdi və İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT) sahəsinin Azərbaycanın prioritet sahələrinin sırasında, Fransanın isə sahədə aparıcı ölkələrdən biri olduğunu nəzərə alaraq, iki ölkə arasında İKT sahəsində əməkdaşlığın inkişafının vacibliyini diqqətə çatdırdı. O həmçinin Azərbaycanın ilk telekommunikasiya peyki – Azerspace-1 Fransanın “Arianespace” şirkətinin “Ariane-5” ilə 2013-cü ilin fevralında Fransız Qvianasındakı kosmodromdan uğurla orbitə çıxarıldığını xatırlatdı və “Arianespace” şirkəti ilə imzalanmış müqavilə əsasında, Azərbaycanın Azerspace-2 telekommunikasiya peykinin 2018-ci ilin əvvəlində orbitə çıxarılması gözlənildiyini qeyd etdi.

Görüşdə həmçinin iki ölkə arasında humanitar sahədə əməkdaşlıq, müqavilə-hüquq bazasının genişləndirilməsi, eləcə də beynəlxalq gündəmin qarşılıqlı maraq doğuran məsələləri ətrafında geniş fikir mübadiləsi aparıldı.

Milli.Az



Source link

Tags
125509AlalaraqaliyyartırartırılmasıartırılmasınıatdıATƏTayrıayrıldığıazAzərbaycanAzərbaycandaAzərbaycanıAzərbaycanınbarBaşçılarıbazasBeynəlxalqbildirbildirdibildirənbiriBMTbuCəbrayıldacidadağDağlıdahadanDanışıqlardanışıqlarıdavamdavamldedidəfədəndiqqətDiqqətidirilmdoğuranDövlətDrdyarovedibedilmedilməsiEleləelmarenerjiErmənilərinErmənistanetdietdiletdiləretdiretdirəetdiyiələləəliləlləəllərənərərəəriərininƏtətiətininətləfacebookfəaliyyətfikirfransfransafransanFransanınfransızgenigörgörüşgörüşübGündəhaqqhaqqıhəllhəllihəmhəmkarıhəyatahumanitariclaslarikinciililinilkinfrastrukturinkişafıinkişafınainkişafınınintensiviqtisadiirilmirimiqyaslirsininişğalişləişləristiqamiştirakçıIVkeçiriləkeçirilənkeçirilməsininkilsəkomissiyanKomissiyanınkomissiyasKomissiyasınınkommunikasiyakvonunlayihlayihəlayihələriLillindlumatlumatalxalqmaddimaraqmədəMədəniməhvməlumatməlumataMəmmədyarovMəntiqimərhələməsələməsələlərimilliminminiminskmizinMMmnunluqMübadiləmübadiləsimünaqişəmünaqişəninmünaqişəsimünaqişəsinimünaqişəsininmüsbətmütəmadinailnazirnazirinazirlNazirlərndirilmneftnformasiyaninnistanntiqiolanolaraqolduolduğuolmaqolunduolunduğunuolunmuorbitörüşpeykiprioritetprosesinprosesininqanuniQARqarabaqavilqazqeydqeyriQoşunlarıQoşunlarınQoşunlarınınqrupununqtisadiraketirazilrbaycanrbaycandardiyinirespublikasRespublikasırininrlatdrolunusahəsahələrininsektorundasektorununsəfərisəviyyəSəviyyəlisininsiyasisizliksırasındasonstatusstatususubstantivsuriyadantalantelekommunikasiyatexnologiyalartezlikltəhlükəsizliktələtəmsiltəqdirtərtərəfindətərəfindənticarticarəttikilmtinintiraktotaltoxunanunlaruyğunvacibliyinivarvaxtverdiverilveriləverilənXalqxalqıxalqınıxariciXİNyayanyaşyatayüksəkzakir
Paylaş
Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: