Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

Hər gün məktəbə 5 kilometr yolu piyada gedən “Buz uşaq”

Hər gün məktəbə 5 kilometr yolu piyada gedən “Buz uşaq”
January 17
14:27 2018


Dörd fəsli bir ölkə olduğumuz üçün hər fəslin dadını doya-doya çıxarırıq. Hər nə qədər “qış fəslini sevənlər, yay fəslini sevənlər” deyə dəli kimi mübahisələrə tutulub ikiyə ayrılsaq da, qarın yağmasını dörd gözlə gözləyən bir çox insan var.

Ölkəmizdə hələ yağmasa da dünya miqyasında fəsil dəyişiklikləri ilə birlikdə bir çox insan həddindən artıq soyuqlarla mübarizə aparır.

Bu ölkələrdən də Çindir. Ölkənin Yunnan əyalətində Xinjie qəsəbəsində 8 yaşlı Vanq Fuman da bu soyuqlara tutulub və nəticəsində “Buz Uşaq” ləqəbini alıb.

Kenquru.az-ın məlumatına görə, 8 yaşlı Vanq Fuman, hər gün olduğu kimi evindən məktəbinə üçün yola çıxdı və -9 dərəcə temperaturda nə çox .8 kilometr gəzdi.

Temperatur təxminən yarım saat ərzində sürətli bir şəkildə -9-a düşmüşdü. Məktəbinə çatdıqdan sonra sinfinə girdi və onu görən yoldaşlarının qəhqəhə ilə ona güldüyünü gördü.

saçları, qaşları, kirpikləri buz bağlamış, yanaqları qıpqırmızı olmuşdu.

Hətta əlləri soyuqdan yanmış və yaralar əmələ gəlmişdi.

Olduqca şirin görünən Vanq Fumanın halını görən müəllimi, onun şəkilini çəkdi və Çinin mesajlaşma WeChat’da paylaşdı.

Qısa müddətdə bir çox insanın çəkdi və dövlətin mətbuat kanallarında “Buz uşaq” adı verildi.

Yoxsulluqla mübarizə aparan Çində sanki bir sosial hərəkat başladan bu şəkil, sosial mediada #IceBoy haştağı ilə minlərlə insan tərəfindən paylaşıldı

Sanki bir simvol halına gələn “Buz uşaq” eyni zamanda uşaqlarını çöldə şəhərə işləməyə gedən milyonlarla valideyni də gündəmə gətirdi.

Çin ilə əlaqədar böyük bir problemi də ağıllara gətirən bu uşaq, bir evdə nənəsi və bacısı ilə yaşayır.

Bu fotolardan sonra məktəb və uşaqlar üçün 15 min artıq yardım və 20 istilik avadanlığı ilə birlikdə uşaqlar üçün 14 isti saxlayacaq geyim bağışlandı.





Source link

Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: