Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

Komaya düşən deputatın müalicəsi üçün xaricdən həkimlər çağırıldı

Komaya düşən deputatın müalicəsi üçün xaricdən həkimlər çağırıldı
January 17
12:34 2018



70 saylı Masallı şəhər seçki dairəsinin deputat Nəriman Əliyevin komaya düşdüyü barəsində məlumat vermişdik.  

Milli.Az xəbər verir ki, Nəriman Əliyevin səhhəti ilə bağlı modern.az-a danışan deputat həmkarı Paşazadə onun son durumundan söz açıb.

Paşazadə bildirib ki, Nəriman Əliyevin ürək əməliyyatını digər deputat həmkarı Rəşad Mahmudov edib.

“Vaxtında olunmuş əməliyyatdır. Allah rəhm edib ki, ordada Rəşad həkim olub. Nəriman müəllimin vəziyyəti hazırda stabildir. Xarici ölkələrdən də həkimlər dəvət olunub. da baxıblar. Burada edilən əməliyyatı yüksək qiymətləndiriblər. Artıq komada , amma qalmaqdadır. 

Nəriman müəllimin ürək damarları müəyyən qədər dəyişdirilib. Vəziyyəti stabilləşməyə gedir.  Nəriman müəllim artıq ətrafa reaksiyalar verir, insanları tanıyır, danışır. Hesab edirəm ki, qısa müddətdə davam etdirəcək. 

Onun yanına hələ ki adam buraxmırlar. Dünən yoldaşını yanına buraxdılar. Nəriman müəllimi narahat etməyə heç bir əsas yoxdur. Çünki xəstəliyin metodu belədir. Allahdan tezliklə şəfa diləyirəm”.

 

Xatırladaq ki, Nəriman Əliyev ürək tıxanıqlığı əməliyyat olunub, sonra isə komaya düşmüşdü.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində





Source link

Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: