Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

Musiqili Teatrda “Mənim günahım” pyesinin tamaşası təqdim olunacaq

Musiqili Teatrda “Mənim günahım” pyesinin tamaşası təqdim olunacaq
January 17
19:23 2018


Bakı. 17 yanvar. REPORT.AZ/ Azərbaycan Dövlət Musiqili Teatrında xalq yazıçısı İlyas Əfəndiyevin “Mənim günahım” pyesi  əməkdar artist Nərgiz Kərimovanın ifasında təqdim olunacaq.

Teatrın xidmətindən “Report”a verilən məlumata görə, aktrisa səhnədə bütün varlığıyla sənətinə bağlı olan Nurcahan adlı balerinanın dramatik obrazını canlandırır. Yaş üstünə yaş gəldikcə səhnədən ayrılmaq qorxusu ilə üzləşən Nurcahan nəinki sevimli peşəsini, həm də uğrunda mübarizə apardığı əri Sahibi itirməkdən həyacanlanır. Sahib onu məhz bu səhnədə bəyənib, ilk növbədə, sənətkar kimi sevib. Əsərdə hadisələr elə cərəyan edir ki, səhnədə Nurcahanı əvəzləyən Ayqız həm də Sahibin ürəyinə sahiblənməkdədir…

Layihənin müəllifi və bədii rəhbəri Azərbaycan Dövlət Musiqili Teatrının direktoru Əliqismət Lalayev, quruluşçu rejissoru Gəncə Dövlət Dram Teatrının baş rejissoru İradə Gözəlovadır. 

Sevgi haqqında pritça olan balet-tamaşa minimalizm üslubunda səhnələşdirilib. 

Qeyd edək ki, tamaşada rolları əməkdar artist Nərgiz ilə yanaşı, əməkdar artist İlham Hüseynov və balet artisti Cəlalə Novruzlu ifa edirlər. Dirijor əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu baletmeyster Yelena Ağayeva, quruluşçu rəssam Elnur Axundov, konsertmeyster Fidan Babayeva, Elməddin Dadaşovdur.



Source link

Kateqoriya

Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: