Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

Naxçıvan Dövlət Gömrük Komitəsi büdcənin proqnoz tapşırığına 101% əməl edib

Naxçıvan Dövlət Gömrük Komitəsi büdcənin proqnoz tapşırığına 101% əməl edib
January 17
12:44 2018

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində (DGK) büdcənin formalaşdırılması istiqamətində 2017-ci il üçün müəyyən olunmuş 7 mln. manatlıq proqnoz tapşırığa 101,07% əməl edib.

 

“APA-Economics”in məlumatına görə, Naxçıvan DGK sədri Asəf Məmmədov qeyd edib ki, gömrük orqanları tərəfindən hesabat dövrü ərzində büdcəyə köçürülmüş vergi və rüsumlar Naxçıvanın büdcə gəlirlərinin 8,37%-ni edib.

 

Muxtar respublikanın dünya iqtisadiyyatına inteqrasiyasının mühüm göstəricisi olan xarici ticarət dövriyyəsinin vəziyyətini təhlil komitə sədri xarici ticarət əlaqələrinin genişləndiyini, ixrac potensialının gücləndiyini önə çəkib. Qeyd olunub ki, hesabat dövründə 63 ölkə ilə ticarət əməliyyatları aparılıb, ixracın həcmi 1% artıb. 2017-ci ildə gömrük orqanları tərəfindən qaçaqmalçılığa qarşı mübarizə istiqamətində səylər artırılıb, əməliyyat-axtarış fəaliyyəti genişləndirilib.

 

Hüquqpozma hallarının qarşısının alınması istiqamətində il ərzində aşkarlanmış dörd cinayət faktının üçü qaçaqmalçılığı ilə bağlı olub. Şahtaxtı gömrük sərhəd-buraxılış məntəqəsində X-Ray tipli rentgen qurğusunun təsvirləri əsasında muxtar respublikadan tranzit hərəkət Türkiyəyə məxsus nəqliyyatda külli miqdarda vasitə – heroin qaçaqmalçılığı faktının aşkarlanması Naxçıvan gömrüyünün bu sahədə ən böyük nailiyyəti olub.

 

Diqqətə çatdırılıb ki, ötən il gömrük orqanları tərəfindən psixotrop tərkibli dərmanların dövriyyəsinə tam olunması üçün xüsusi proqram təminatı hazırlanıb. Muxtar respublika ərazisinə gətirilməsinə dair müvafiq icazə sənədi olmadığından vətəndaşlardan 76 həbdən çox müxtəlif adda dərman vasitələri saxlanılıb ki, onların 50 mindən çoxu psixotrop tərkibli olub. İl ərzində gömrük qaydalarının pozulmasına görə qaydada 778 icraat aparılıb və 50 502 manat cərimə ödənişi təmin olunub. 

Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: