Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

Naxçıvan Dövlət Universitetinin Distant Təhsil Mərkəzi istifadəyə verilib

Naxçıvan Dövlət Universitetinin Distant Təhsil Mərkəzi istifadəyə verilib
January 17
18:29 2018


Naxçıvan, 17 yanvar, AZƏRTAC

Yanvarın 17-də Naxçıvan Dövlət Universitetinin Distant Təhsil Mərkəzi istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.

Naxçıvan Dövlət Universitetinin Xarici tələbələrlə iş üzrə dekan müavini, elektron təhsil portalının adminstratoru Hüseyn Qasımov distant təhsil proqramı haqqında məlumat verib.

Qeyd olunub ki, Naxçıvan Dövlət Universitetində distant formada təhsil almaq istəyən xarici tələbələr universitetin ndu.edu.az saytına müraciət edərək “Distant təhsil” bölməsinə daxil olmalıdırlar. Tələbələr burada distant təhsil haqqında məlumatlar və qəbul qaydaları ilə tanış olduqdan sonra tələb olunan sənədləri elektron formada universitetə göndərməlidirlər. Müraciət qəbul olunduqdan sonra tələbənin elektron poçtuna müvafiq məlumat göndərilir, qeydiyyatdan keçən hər bir tələbəyə proqram tərəfindən fərdi identifikasiya nömrəsi verilir və ona şəxsi kabinet ayrılır. Bu da tələbələrə məzun olduqdan sonra da öz istifadəçi adı və şifrəsi ilə sistemə daxil olmasına və təhsil sənədlərini əldə etməsinə imkan verəcəkdir.

Çoxfunksiyalı distant təhsil proqramında dərslər offlayn və onlayn rejimdə tədris olunacaqdır. Tədris planları, ixtisaslar və müəllimlər haqqında məlumatlar sistemə yüklənib, müəllimlərin mühazirələrinin elektron variantı və video-dərslər hazırlanıb. Distant təhsilə cəlb edilən müəllimlər seçilib və onlara portaldan istifadə haqqında təlimlər keçirilib, müəllimlərin distant təhsil proqramından istifadə qaydaları ilə bağlı təlimat hazırlanıb. Keçirilən dərslərin yaxşı mənimsənilməsi üçün elektron portalı proqrama inteqrasiya edilib. Tələbələr əvvəlcədən dərs proqramları, müəllimin verdiyi tapşırıqlar və mühazirələrlə tanış ola, həm offlayn, həm də onlayn rejimdə sual- apara bilərlər. Həmçinin istifadəçilər arasında diskussiyalar təşkil etmək, onlayn sorğu və aparmaq mümkündür. Tələbələr video və yazılı formada təqdim edilən dərsləri öz kompüterinə yükləmək və istənilən vaxt yararlanmaq imkanına da malikdirlər. İmtahanlar da onlayn formada aparılır və nəticələri barədə tələbələrə məlumat verilir. Distant təhsil üzrə məzunlara Azərbaycan və ingilis dillərində təhsili bitirmək haqqında elektron sənəd təqdim olunur.

Tələbələr istənilən ölkədən kompüter, mobil telefon və planşetlər vasitəsilə Naxçıvan Dövlət Universitetinin Distant Təhsil Mərkəzinə qoşula bilərlər. Təqdimat zamanı tələbələr müxtəlif məkanlardan kompüter və mobil telefon vasitəsilə Distant Təhsil Mərkəzinə qoşulublar.

Sonra Ali Məclisin Sədri Naxçıvan Dövlət Universitetinin Distant Təhsil Mərkəzi ilə tanış olub.

Bildirilib ki, mərkəz Xarici tələbələrlə iş üzrə dekanlığın nəzdində fəaliyyət göstərir. Mərkəzdə auditoriya yaradılıb, 1 noutbuk, 2 kompüter, tribuna və proyektor quraşdırılıb. Distant təhsil üzrə tələbə qəbulunun aparılması, dərslərin yazılması, tədrisin idarə olunması ilə bağlı işçi qrupu yaradılıb, işçi qrupun üzvləri Ərzurum Atatürk Universitetində və Ankara Qazi Universitetində təcrübədə olublar. İlkin mərhələdə xarici dil müəllimliyinin ingilis, fransız, alman və rus dilləri ixtisas üzrə distant təhsilin aparılması nəzərdə tutulur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov deyib: Naxçıvan Dövlət Universitetinin Distant Təhsil Mərkəzinin istifadəyə verilməsi muxtar respublikanın həyatında əlamətdar hadisədir. Distant Təhsil Mərkəzi Naxçıvan Dövlət Universitetinin keçdiyi inkişaf yolunun nəticəsidir. 13 il bundan əvvəl keçirilən “Elektron Naxçıvan-1” konfransında Naxçıvan Dövlət Universitetinin kompüterləşməsi proqramının əsası qoyulub və bu Distant Təhsil Mərkəzinin istifadəyə verilməsi ilə başa çatıb. Bu etibarən isə universitetdə distant təhsilin tətbiqinə başlanılır. Ona görə də yaradılan şəraitdən səmərəli istifadə olunmalı, distant təhsil Naxçıvan Dövlət Universiteti ilə yanaşı, muxtar respublikanın digər ali və orta ixtisas məktəblərində də tətbiq edilməlidir.

Ali Məclisi Sədri deyib: Naxçıvan Dövlət Universiteti uğurlu inkişaf yolu keçib. Əgər 1996-cı ildə Naxçıvan Dövlət Universiteti ölkəmizdə 37 universitet arasında -cı yerdə idisə, -2017-ci tədris ilində yeni texnologiyaların tətbiqi, tədrisin səviyyəsi, mənimsəmə və davamiyyətə görə ölkəmizdəki ali təhsil müəssisələri arasında birinci yerə layiq görülüb. Bu isə ölkəmizin ali təhsil müəssisələri arasında ilk dəfə Naxçıvan Dövlət Universitetində distant təhsilin əsası qoyulur. Distant Təhsil Mərkəzinin istifadəyə verilməsi vacib məsələdir. Çünki bu, Naxçıvan Dövlət Universitetinin dünya təhsil sisteminə inteqrasiyasını daha da sürətləndirəcəkdir. Eyni zamanda distant təhsilin tətbiqi müəllimlərin dərs saatının və əməkhaqqının artırılmasına da təsir göstərəcəkdir. Naxçıvan Dövlət Universiteti 58 ixtisas üzrə təhsili verir. Bu etibarən isə ixtisas üzrə distant təhsil həyata keçiriləcəkdir. Ona görə də mərkəzdə yaradılan şəraitdən düzgün istifadə olunmalı, ixtisasların sayı və müəllimlərin hazırlıq səviyyəsi artırılmalı, tədris olunan ixtisaslar üzrə ədəbiyyatlar hazırlanmalı, Distant Təhsil Mərkəzi beynəlxalq təhsil sistemində tanıdılmalıdır.

Ali Məclisin Sədri Naxçıvan Dövlət Universitetinin Distant Təhsil Mərkəzinin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edib, onlara uğurlar arzulayıb.

Universitetin Tibb fakültəsinin binası

yenidən qurulacaqdır

Muxtar respublikada səhiyyənin inkişafı sahəsində həyata keçirilən tədbirlər sırasında ixtisaslı tibbi kadrların hazırlanması xüsusi yer tutur. Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsi də ixtisaslı həkimlərin hazırlanması istiqamətində səmərəli fəaliyyət göstərir. Bu il fakültənin yerləşdiyi bina əsaslı şəkildə yenidən qurulacaq.

Yanvarın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov binanın yenidənqurma layihəsinə baxıb.

Məlumat verilib ki, uzun müddət istismar olunan bina müasir tədrisin tələblərinə uyğun qurulacaqdır. 812 yerlik olacaq binada 28 auditoriya, kompüter otağı, elektron siniflər, laboratoriyalar, anatomiya muzeyi, mulyaj otağı, 108 yerlik konfrans zalı, kafedralar və digər iş otaqları yerləşəcəkdir. Yenidənqurma işlərindən sonra bina zirzəmi qatı ilə birlikdə mərtəbədən ibarət olacaqdır.

Ali Məclisin Sədri tikinti işlərinə başlanması ilə bağlı tapşırıqlar verib.

AZERTAG.AZ :Naxçıvan Dövlət Universitetinin Distant Təhsil Mərkəzi istifadəyə verilib

Mətndə səhv , onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin



Source link

Tags
11317220162016-2017364adAlialiyyalmanalmaqankaraaparaaparılıraparmaqartırartırılmasıarzulayatıatıbaviniayrıayrılırazAzərbaycanAZƏRTACbağbakalavrbarbaşbaşabaşlanılırbaxbaxıbBeynəlxalqBədənbildirilibbilərlərbinabinadabinanbinanınbinasbirbirincibirlikdbitirmBizbubulununbundanburadacavabcəlbciclisiclisinclisinindadahadavamiyydaxildbirddbirldekandeyibdənDərsdərsləridigərdilDövlətdrisinedəedərəkedibediləedilənedilibedilmedilməlidirelektronetibaretməetməkeyniələləənərərəəriəriniərininəsirətləfəaliyyətfərdiformadafransfransızgöndərilirgöndərməgörgöstərgöstərəgöstərirgünGündəgündənhadishadisəhadisədirhaqqhaqqıhazirHazırdahazırlanıbhazırlıqHəkimlərinhəmhərhəyathəyatahəyatıhəyatındahsilihsilinibarətililəilkimkanimkanıimkanınaingilisinteqrasiyainteqrasiyasirilibişçiişləişlərinistənilənistəyənistifadistifadəistiqamistismarixtisasixtisaslarkabinetkadrlarkeçəkeçənkeçiriləkeçirilənkhaqqkikimləkitabxanakollektivikonfranskonfransıkonfransındalaboratoriyalarLamlanmaslayihlayihəlayiqLilidirlidirllliminllimllumatlumatlarlxalqMəclisinməlumatMəlumatlarmərhələmərkəzmərkəziMərkəzininmərtəbədənməsələMətbuatməzunmizinmobilmüddətmüəlliminmüəllimlərMüəllimlərinmüəssisələrimüraciətmuxtarMüxtəlifmüzakirəmüzakirələrmuzeyiNaxçıvannəticənəticələrininnömrənömrəsinoutbuknqurmaolaolacaqolacaqdolacaqdıolmalolmalıolmaqlaolmasolmasıolmasınaolubolublarolunanolunduqdanolunmalolunmasolunubolunuronaonlaraonlaynonuortaotaqlaroxfunksiyalplanlarportalportalıportalınınproqramPROQRAMAproqramındaproqramınıproqramınınproqramlarQasımovqatqaydalarqdimatqeydqeydiyyatdanQəbulqoşulaqoşulublarqoyulubqoyulurqrupuqrupunquraşdırılıbqurulacaqraitdrbaycanrejimdrespublikanınrespublikasrilirrininrlanmalrlanmasrusrzurumsaatSaatısahəsaysaytsaytısesədriSəhiyyəsəhiyyəninsəhvsəmərəliSənsənəsənədsənədləsənədlərisəviyyəsəviyyəsisidirsiniflsiniflərsininsistemsisteminsistemindsırasındasonrasorğusualsürətləTalıbovtapşırıqlartbiqitbiqintbuattelefontexnologiyalartəbriktəcrübətədbirlərTədristədrisinTəhsiltələtələbtələbəTələbələrtəqdimtəqdimattərtərəfindətərəfindəntəsirtəşkiltətbiqtətbiqitibbtibbitikintitirakTribunaTürkiyəTürkiyənintutulurtuturuğurlaruğurluulublaruniversitetuniversitetduniversitetiuniversitetinuniversitetinduniversitetininurlaruyğunUzunvacibVanvariantvarsavasifvasitvaxtververdiyiverəverəcəkdirveribverilibverilirverilmverilməsiverirvideoxariciyanayanvaryanvarınyaradyaradılanyaradılıbyataYazyeniyenidyenidənYeryerlikYOLUyolununyükləzakirzamanzamandazdindzinin
Paylaş
Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: