Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

Rusiyalı idmançının ölümündə ittiham olunan Anar Allahverənovun atasını maşın vuraraq öldürüb

Rusiyalı idmançının ölümündə ittiham olunan Anar Allahverənovun atasını maşın vuraraq öldürüb
January 17
07:03 2018

Bakı. 17 yanvar. REPORT.AZ/ Rusiyanın pauerliftinq üzrə dünya və Avropa çempionu Andrey Draçevin ölümündə ittiham olunan Xabarovsk vilayət sakini, əslən Azərbaycandan olan Anar Allahverənovun atası yol-nəqliyyat zamanı ölüb.

“Report” verir ki, bu barədə çərşənbə günü Allahverənovlar ailəsinin vəkili Konstantin Lısenko məlumat verib.

KİV-də kişini vəkilin yanına gedərkən maşının vuraraq öldürməsi barədə məlumat yayılıb. Zərbə o qədər güclü ki, zərərçəkənin ayağını qoparıb. Ölən şəxsin 59 yaşı . Bəzi nəşrlərin fərziyyəsinə görə, bu, qəsdən törədilib. Hadisəni törədən şəxs ərazidən qaçmayıb.

Faktla bağlı Cinayət Məcəlləsinin “Yol və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması” maddəsi üzrə iş açılıb.

Vəkilin sözlərinə görə, hazırda hadisələr arasında bağlılığın -olmaması araşdırılır. O bildirib ki, ötən il ərzində həqiqətən Anar Allahverənovun atasının ünvanına dəfələrlə təhdidlər .

Source link

Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: