Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

“Türk axını”: Türkiyə tərəfi üçün təbii qaz qəbulu terminalının inşasına başlanılıb

“Türk axını”: Türkiyə tərəfi üçün təbii qaz qəbulu terminalının inşasına başlanılıb
January 17
21:03 2018

Bakı, 17 yanvar, AZƏRTAC 

“Türk axını” qaz boru kəməri (“TurkStream”) üzrə Türkiyədə təbii qazın qəbulu üçün terminalın inşasına başlanılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə boru kəmərinin dəniz hissəsinin tikintisini həyata “South Stream Transport B.V.” şirkəti məlumat yayıb. Bildirilir ki, layihə üzrə tikinti işləri üç sahə üzrə – Rusiyada və Türkiyədə quruda, eləcə də Qara dənizdə davam etdirilir. Terminal İstanbulun təxminən 100 kilometr qərbində Kıyıköy bölgəsində tikilir.

Qara dənizin Rusiya sularında Anapa şəhəri yaxınlığında isə quru obyektlərinin tikintisi son mərhələdədir. Obyektlərin tikintisinin bu il başa çatması gözlənilir.

Xatırladaq ki, “South Stream Transport BV” Böyük Britaniyanın “Petrofac” şirkəti ilə “Türk axını” qaz boru kəməri layihəsi üzrə ötən ilin sentyabrında 30 milyon avroluq investisiya müqaviləsi imzalayıb. “Türk axını” boru kəmərinin inkişaf etdirilməsini və tərəfi üçün qaz qəbulu edilməsini nəzərdə tuturdu. Əsas subpodratçı kimi Türkiyənin “Tekfen” inşaat şirkəti təyin edilmişdi.

Qeyd edək ki, Rusiyanın enerji nəhəngi “Gazprom” şirkəti cari ildə “Türk axını” layihəsinə 3,2 milyard dollar sərf edəcək. “South Stream Transport B.V.” “Gazprom” şirkətinin 100 faizlik törəməsidir.

“Türk axını” qaz boru kəməri mayda sahillərinə çatacaq. Layihə üzrə qoşa xəttin ümumilikdə 700 kilometrdən çoxunun inşası tamamlanıb və boru kəməri 1860 kilometr olacaq. 2019-cu ilin sonunda ilk Rusiya təbii qazının Türkiyəyə çatdırılması planlaşdırılır.

“Türk axını” boru kəmərinin dəniz hissəsinin inşasının 38 faizdən çoxu yekunlaşıb. Boru kəməri iki xətdən ibarət olacaq və hər 15,75 milyard kubmetr təbii qaz daşıyacaq. “Türk axını” boru kəməri ilə Rusiya təbii qazının Türkiyəyə və Avropaya nəqli planlaşdırılır. Layihə Qara dəniz üzərindən Türkiyənin hissəsinədək və daha sonra Yunanıstan sərhədinədək qaz boru kəmərinin tikintisini nəzərdə tutur. Kəmərin dəniz hissəsinin uzunluğu 910 kilometrə yaxın, quru hissəsi isə ərazisi üzrə 180 kilometrdir. Boru kəmərinin xətti bazarı, ikincisi Cənubi və Cənub-Şərqi ölkələri üçün nəzərdə tutulur. Layihənin ümumi dəyəri 11, milyard avro həcmində qiymətləndirilir.

AZERTAG.AZ :“Türk axını”: tərəfi üçün təbii qaz qəbulu inşasına başlanılıb

Mətndə səhv varsa, onu qeyd ctrl + enter düyməsini basaraq bizə göndərin

Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: