Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

UNICEF Azərbaycandakı fəaliyyətinin 25 illiyini qeyd edir

UNICEF Azərbaycandakı fəaliyyətinin 25 illiyini qeyd edir
January 17
00:38 2018

Bakı, 16 yanvar, AZƏRTAC

Bu il UNICEF Azərbaycandakı 25 illiyini qeyd edir.

UNICEF-in Azərbaycan nümayəndəliyindən AZƏRTAC-a bildiriblər ki, bu beynəlxalq təşkilat, əksəriyyəti gənclərdən ibarət Azərbaycan xalqının hər bir uşağı üçün daha parlaq gələcək qurmaq məqsədilə buradakı dörddə bir əsrlik fəaliyyətini qeyd etməkdən qürur duyur. Qurum bütün uşaqların bərabər imkan və şanslara sahib olduğu, insan hüquqlarına hörmətlə yanaşıldığı gələcəyə nail olmaq arzusundadır. “Bu gün bizim məqsədimiz harada doğulmasından və hansı şəraitdə yaşamasından asılı olmayaraq, bütün uşaqların bərabər imkanlara malik, sağlam, təhlükəsiz və yaxşı təhsil alaraq, ləyaqətlə yaşamasına kömək etməkdir. Bu, son 25 il ərzində Azərbaycan uşaqlarına xidmət etdiyimiz üçün qürur və fəxr hissi duyuruq”,– bu sözləri UNICEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvardin deyib.

Qeyd ki, bu beynəlxalq təşkilat Azərbaycanda 1993-cü ildən bəri fəaliyyət göstərir.

Azərbaycan müstəqilliyinin ilk illərində UNICEF-in proqramları həm təxirəsalınmaz ehtiyaclara, həm də milli inkişaf prioritetlərinə yönəlmişdir. 25 il əvvəl bu prioritetlər arasında qarşısı alına bilən xəstəliklər əleyhinə peyvəndləmə, uşaq və anaların sağlamlığı, o cümlədən qidalanmasının yaxşılaşdırılması, təhlükə altında olan uşaqların qorunması da var idi.

UNICEF hökumət, vətəndaş cəmiyyəti və yerli icmalarla birgə işləməklə Azərbaycan uşaq və qadınlarının sağlamlığı və inkişafı naminə ciddi irəliləyişə töhfə verib. Bu qurumun ölkəmizdəki uğurları sırasında bir sıra xəstəliklərin yayılmasının alınması, duzun ümumi yodlaşdırılması, ibtidai məktəblərdə iştirak səviyyəsinin 90 faizdən göstəriciyədək artırılması, ilk məktəbəqədər hazırlıq proqramının tətbiqinə köməyi misal çəkmək olar. əlavə UNICEF, qızların nikahlandırılmalarının alınması, əlilliyi olan uşaqların normal məktəblərdə oxuması, uşaqlar üçün pulsuz hüquqi yardım xidmətləri kimi bir sıra qanunvericilik və təşəbbüslərin təqdim edilməsində də dəstək göstərib.

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: