Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

Azərbaycanda yeni “İnvestisiya fəaliyyəti haqqında” qanunu layihəsi hazırlanacaq

Azərbaycanda yeni “İnvestisiya fəaliyyəti haqqında” qanunu layihəsi hazırlanacaq
January 18
20:01 2018

Azərbaycan prezidenti İlham Əliyev investisiya fəaliyyətinin təşviq edilməsi və xarici investorların hüquqlarının qorunması ilə bağlı bir sıra tədbirlər haqqında sərəncam imzalayıb.


APA-nın məlumatına görə, Nazirlər Kabineti, “İnvestisiya fəaliyyəti haqqında” və “Xarici investisiyanın qorunması haqqında” Azərbaycan Respublikası qanunlarının əsasında, beynəlxalq nəzərə almaqla, yeni “İnvestisiya fəaliyyəti haqqında” qanunun layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim .

 

Habelə qanun layihəsində beynəlxalq nəzərə alınmaqla yanaşı, xüsusilə aşağıdakı məsələlər tənzimlənməlidir:

 

investisiya fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətləri;

 

investisiya fəaliyyətinə təşviq edən tədbirlərin məcmusu;

 

investorların hüquqlarının qorunması mexanizmləri, onlara dövlət zəmanəti verilməsi qaydası;

 

mübahisələrin danışıqlar, məhkəmə, həmçinin arbitraj yolu ilə həlli üsulları (beynəlxalq arbitraj qaydalarının müddəaları nəzərə alınmaqla);

 

investorlara vurulmuş zərərin, o cümlədən əldən çıxmış faydanın ödənilməsi qaydası.

 

Qanun layihəsi Azərbaycan prezidentinə təqdim olunarkən, ona əlavə hüquqi aktın zərurətinin əsaslandırılmasında və məcburi hüquqi ekspertiza rəyində “ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun .3.-cü maddəsinə və həmin Konstitusiya qanununa əlavə edilmiş məcburi hüquqi ekspertiza rəyinin strukturuna uyğun olaraq ləğv edilməli, dəyişikliklər edilməli, habelə layihəsi hazırlanmalı olan hüquqi aktların ( struktur elementlərinin) siyahısı verilməlidir.

Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: