Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

Bakıda keçiriləcək “Rəqəmsal bankçılıq və təhlükəsizlik” sərgi-konfransda 250-dək şirkət iştirak edəcək

Bakıda keçiriləcək “Rəqəmsal bankçılıq və təhlükəsizlik” sərgi-konfransda 250-dək şirkət iştirak edəcək
January 18
16:42 2018


Bakı, 18 yanvar, AZƏRTAC

“FA International Trade Events” şirkətinin təşkilatçılığı ilə aprelin 17-18-də Bakıda “Rəqəmsal bankçılıq və təhlükəsizlik” mövzusunda keçiriləcək Beynəlxalq sərgi-konfransda 250-dək şirkət iştirak edəcək.

Konfransın media tərəfdaşı olan AZƏRTAC xəbər verir ki, “FA International Trade Events” tədbirlərində Prezident İlham Əliyevin fərman və sərəncamlarından irəli gələn məsələləri daim rəhbər tutub və bu istiqamətdə aparmağı qarşısına məqsəd . Sərgi-konfrans “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin tədbirlər planına istinad olaraq bankların rəqəmsal transformasiyasının sürətləndirilməsi üçün tənzimləmə mexanizminin təkmilləşdirilməsi istiqamətində görüləcək işlərin bir hissəsidir. Maliyyə sektoru və ölkə iqtisadiyyatı innovativ bankların, maliyyə texnologiya şirkətlərinin qlobal “nou-hau”, xüsusən də məlumatların emalı, təkmil risk idarəetməsi və məhsul çeşidi sahəsində qabaqcıl təcrübələrdən faydalanacaq.

Bu sərgi-konfransda “Microsoft”, “VISA”, “PayPal”, “Capital Banking Solutions” kimi 250-yə qlobal səviyyəli şirkət iştirak edəcək. “Deniz Bank”, “UnionPay”, “Kaspersky”, “Intertech” kimi sponsorların dəstəyi ilə həyata keçiriləcək.

Sərgi-konfrans barədə ətraflı məlumatı www.dbs-conference.org saytından əldə etmək olar.

Qeyd edək ki, “FA International Trade Events” ötən il martın 17-18-də Bakıda “Beynəlxalq neft və qaz sammiti”ni, noyabrın 28-29-da isə Yunanıstanın paytaxtı Afinada “Beynəlxalq yaşıl gəmiçilik və texnologiya” mövzusunda sərgi-konfransı uğurla təşkil edib. Afinadakı konfransa Beynəlxalq Gəmiqayırma Mühəndisliyi Assosiasiyası (ISES), Baltik ölkələri Limanları Təşkilatı (BPO), Gəmiçilik Komitəsi (GSC), Türkiyə Gəmi İnşaatı Sənayeçiləri Birliyi (GISBIR), Avropa Dəniz Limanları Təşkilatı (ESPO), Beynəlxalq Gəmiçilik və Assosiasiyası (WISTA) kimi beynəlxalq qurum və təşkilatlar rəsmi dəstək verib. 200-dək beynəlxalq şirkət nümayəndəsinin iştirak etdiyi sərgi-konfransda qlobal səviyyədə əməkdaşlıq müqavilələri bağlanılıb, biznes görüşləri baş tutub və tədbirdə yadda qalan çıxışlar edilib. Avropanın bir sıra ölkələrinin, həmçinin Yunanıstanın nümayəndələri də tədbirdə iştirak edib və tədbiri yüksək qiymətləndiriblər. Yunanıstanda keçirilən tədbirin qısa icmalı ilə aşağıdakı videomaterialdan tanış ola bilərsiniz.

AZERTAG.AZ :Bakıda keçiriləcək “Rəqəmsal bankçılıq və təhlükəsizlik” sərgi-konfransda 250-dək şirkət iştirak edəcək

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin



Source link

Tags
171820029afinadaaliyyaparmaaşağıassosiasiyasavropaavropanAvropanınazAzərbaycanAZƏRTACbağBakıBaltikBankbanklarbanklarıbanklarınbarBeynəlxalqbilərsinizbirbirliyiBizbiznesbudaDaimdairdbirddbiridbirindbirldenizDənizdəstdəstədəstəkdəstəyidirilmedəedəcəkedəkedibedilibetdiyietməetməketməsiələləənərərəəriərininətiniətininətləfəaliyyətinifərmangələgələngörgörüşgörüşləriHBhəmhəyatahisshissəidiililəinkişafıinkişafınainnovativinternationaliqtisadiyyatirəliişləişlərinistinadistiqamkasperskykeçiriləkeçiriləcəkkeçirilənkikilatkilatlarkmillkomitKomitəKomitəsikonfranskonfransakonfransdakonfransıLilimanlarliyevinlumatlumatlarlxalqmaliyymartmediaməhsulməlumatMəlumatlarməlumatlarıməqsədməsələməsələlərimicrosoftmiqaymüqavilənazirlikndirilmndisliyineftninNounoyabrNoyabrınnümayəndənümayəndələrinümayəndəsininnzimlolaolanolarolaraqonuörüşpaytaxtplanınaprezidentqabaqcqalanQARqarşısıqarşısınaqavilqazqeydqlobalqoyubqurumRArbaycanrespublikasRespublikasıRespublikasındarəhbərRəqəmsalrininriskrsinizsahəsammitisaytsaytısektorusəhvsərgisəviyyəSəviyyəlisidirsininsizliksırasponsorlarstandastratejisürətlətexnologiyatəcrübətədbirtədbiritədbirlərtəhlükəsizliktərtəşkiltəşkilatticarticarəttinintiraktradetransformasiyastransformasiyasınıntutubvarsaveribverirxaricixəbərxəritəxəritəsiyayaddayanvaryaşıyaşılyatayaxınYolyüksəkyunanYunanıstanYunanıstandaYunanıstanın
Paylaş
Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: