Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

“İnvestisiya fəaliyyəti haqqında” yeni qanun layihəsi hazırlanacaq

“İnvestisiya fəaliyyəti haqqında” yeni qanun layihəsi hazırlanacaq
January 18
19:40 2018


Azərbaycan prezidenti İlham Əliyev investisiya fəaliyyətinin təşviq edilməsi və xarici investorların hüquqlarının qorunması ilə bağlı bir sıra tədbirlər haqqında sərəncam imzalayıb.

Oxu.Az-ın məlumatına görə, Nazirlər Kabineti, “İnvestisiya fəaliyyəti haqqında” və “Xarici investisiyanın qorunması haqqında” Azərbaycan Respublikası qanunlarının əsasında, nəzərə almaqla, yeni “İnvestisiya fəaliyyəti haqqında” qanunun layihəsini üç müddətində hazırlayıb Azərbaycan prezidentinə etməlidir.

Habelə qanun layihəsində təcrübə nəzərə alınmaqla yanaşı, xüsusilə aşağıdakı məsələlər tənzimlənməlidir:

– investisiya fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətləri;

– investisiya fəaliyyətinə təşviq edən tədbirlərin məcmusu;

– investorların hüquqlarının qorunması mexanizmləri, onlara dövlət zəmanəti qaydası;

– mübahisələrin danışıqlar, məhkəmə, həmçinin arbitraj yolu ilə həlli üsulları ( arbitraj qaydalarının müddəaları nəzərə alınmaqla);

– investorlara vurulmuş zərərin, o cümlədən əldən çıxmış faydanın ödənilməsi qaydası.

Qanun layihəsi Azərbaycan prezidentinə olunarkən, ona əlavə olunacaq normativ hüquqi aktın zərurətinin əsaslandırılmasında və məcburi hüquqi ekspertiza rəyində “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 48.3.4-cü maddəsinə və həmin Konstitusiya qanununa əlavə edilmiş məcburi hüquqi ekspertiza rəyinin strukturuna uyğun olaraq ləğv edilməli, dəyişikliklər edilməli, habelə layihəsi hazırlanmalı olan normativ hüquqi aktların (onların struktur elementlərinin) siyahısı verilməlidir.

S.B.
www.oxu.az



Source link

Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: