Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

Şərqdə yeni “İntihar planı”: hədəfdə İrandır

Şərqdə yeni “İntihar planı”: hədəfdə İrandır
January 18
11:33 2018

ABŞ prezidenti Donald Tramp İrana qarşı edilmiş sanksiyaların aradan qaldırılması rejiminin uzadılmasına qərar verib.

Beləliklə, Birləşmiş Ştatların ekstravaqant dövlət başçısı Tehranın nüvə proqramı ilə bağlı 2015-ci ildə əldə olunmuş anlaşmaların şərtlərini qoruyub, eyni zamanda Ağ Evlə Konqresə İrana qarşı yeni sanksiyalar məhdudiyyətlərinin ilə bağlı qanunun hazırlanması üçün əlavə vaxt verib.

Paradoks? Düşünmürük.

Trampın İrana qarşı sanksiyaların yumşaldılması rejiminin uzatması ilk baxışdan onun seçkiqabağı dövrdəki “İrana qarşı yenə sanksiyalar olacaq!” vədinə ziddir.

İran qorxmur dəyişmir

Konqreslə Senatın isə İrana qarşı sanksiyalarla bağlı qərar qəbul üçün tam 56 gün vaxtı var.

Rəsmi Tehranın mövqelərində zərrə qədər dəyişiklik yox. İran hesab edir ki, nüvə proqramı ilə bağlı anlaşma ölkənin ballistik raket hazırlamasını yasaqlayan sövdələşmələrlə eyni məcrada olmalıdır. Eyni zamanda, Tehran aşkar şəkildə deyir ki, əgər o, şərtlərə əməl edərək nüvə silahı ilə qitələrarası ballistik raketlər əldə niyyətindən əl çəkməyə razılaşıbsa, də onun regionda yürütdüyü siyasətə, xüsusilə də “Hizbullah”ı dəstəkləməsinə burun soxmasından əl çəkməlidir.

O gerçəkdir ki, hazırda İraqla Suriyada İŞİD digər terrorçu qruplaşmalarla real, həqiqi mübarizə aparan yeganə region ölkəsi İrandır. Qlobal neomüstəmləkəçiliyinin əsas ölkəsi, “dünya jandarmı” funksiyalarına yiyələnmək istəyən ABŞ üçünsə Yaxın Şərqdə kollaborasionist, amerikalıların şərtlərini qəbul etməyən, antiamerikan dəyərlərə söykənən hakimiyyətlərlə hökumətlərlə mübarizə tam məntiqi proses təsiri bağışlayır.

İllah ki, bu hakimiyyətlərə qarşı başqalarının əliylə, üstəlik İŞİD kimi terror təşkilatının vasitəsilə, habelə belə döyüşlərdə həm İŞİD-in, həm də o hakimiyyətlərin zəifləməsinə nail olunursa –

Amerikalılar demişkən, “why not?”

İŞİD-in Suriya İraqda əsas dayaq məkanlarının darmadağın edilməsi, iri şəhərlərin vilayətlərin terrorçulardan azad edilməsindən sonra “biz İŞİD-ə qalib gəldik” tipli açıqlamalar səsləndi. Halbuki İŞİD məğlub olmayıb, bu qruplaşmanın nizami olmayan, şəbəkəvari partizan strukturu məhv edilməyib. Suriya İraqda İŞİD terrorçu, partizan savaşını davam etdirir.

İŞİD barədə dünya mediası əvvəlki dönəmlərdən az yazırsa, terrorçular videolarını əvvəlki tezliklə paylaşmırsa – bu, hələ son deyil.

Liviya barədə də mediası Müəmmər Qəzzafinin qətlindən cəmi ay sonra daha az yazmağa başladılar. Sanki, Liviyada hər şey sakitləşdi, qaydasına düşdü, bu ölkədə media üçün maraqlı, önəmli heç nə baş vermir.

Gerçəklik isə odur ki, Liviyada qanlı savaş gedir bu savaşın intensivliyi son illərin hərbi əməliyyatlarından geri qalmır.

İraqda vəziyyət eynidir. Məsələn, İraq ordusunun, hərbi polisinin “Həşdi Şabi” kimi şiələrin silahlı qruplaşmalarının Mosulun İŞİD-dən azad edilməsi əməliyyatı ilə müqayisədə, sadəcə, 30 faiz azdır.

Belədə İŞİD üzərində hansı qələbədən danışmaq olar ki…

İraq hakimiyyəti savaşın zəiflətdiyi, haldan saldığı ordusunu hərbi bərpa etməyə çalışdığı vaxtda “Həşdi Şadi” ölkənin mərkəzində vəziyyətə nəzarətə çalışır. Di gəl, “Həşdi Şabi”ni iraqlı sünnilər az qala düşmən sayırlar. Belə münasibət isə gec-tez mütləq yeni toqquşmalara döyüşlərə səbəb olacaq.

ABŞ vəziyyəti soyuqqanlıqla seyr edir.

Çünki İraqda onun maraqlarına birbaşa təhlükə sayacaq prosesi hələlik görmür.

Suriyada isə ABŞ-ın marağı başqadır. İranın dəstəklədiyi Bəşər Əsəd hakimiyyəti Livandakı “Hizbullah” qruplaşmasının Suriyaya yolladığı dəstələr – hansı ki, onlar üzərində də İranın birbaşa nəzarəti var – amerikalıların maraqlarını təmin edir. ABŞ bu ölkədə Türkiyə Rusiya arasındakı kəskin ziddiyyətlərdən yararlanır. Həm də İranın özünün də Bəşər Əsədə təsir rıçaqları uğrunda mübarizə baxımından Rusiya ilə fikir ayrılıqları var.

Suriyada “hamı hamıya qarşı” tipli qanlı savaş bataqlığına girmiş ölkələri burada -birinə qarşı qoymaqla, xaos qeyri-stabilliyi dəstəkləməklə ABŞ mənafelərini təmin edir.

Və ən nəhayət, əgər ABŞ prezidenti Donald Tramp gələcəkdə İranla sərt qarşıdurmanı planlaşdırırsa, vəziyyətin tam pisləşdiyi mərhələdən öncə o, rəqibini, daha doğrusu düşmənini maksimal dərəcədə zəiflətməlidir.

Bölgədə Suriya, İraq və Yəmən təki üç ölkədə hərbi əməliyyatlara yerli qruplaşmalar və dəstələri maliyyələşdirib silahlandırmaqla, onları idarə etməklə qatılan İran, təbii ki, geosiyasi maraqlarının belə reallaşması üçün çox böyük məbləğdə pul xərcləyir. Həmin maliyyə isə İranın iqtisadiyyatına olduqca ağır yükdür. Ona  görə də İran üçün ABŞ-ın sanksiyalarının, yoxsa üç ölkədə savaşda kuluar iştirakın daha çətin olması müüzakirə mövzusudur.

Suriya, İraq və Yəməndə iranlıların çoxdur, həddən ziyadədir. Məsələn, sadəcə, İraqdan İrana 2014-cü ildən bəri təqribən 40 min tabut aparılıb.

Suriyada itkilər daha çoxdur, amma orada İranın maraqlarını, əsasən, Mərkəzi Asiya, Yaxın Şərq və Şimali Afrikadan yığılmış muzdlular təmin edir.

Buna rəğmən, Suriyada 80 minlik silahlı dəstələrin təminatı, üstəlik Bəşər Əsəd rejiminə bitmək bilməyən maddi, texniki, maliyyə və hərbi dəstək – belə dəstək olmadan Əsəd rejimi məhvə məhkumdu – İran iqtisadiyyatını zəli kimi sümürür.

İrandakı son etiraz aksiyaları göstərdi ki, ölkədə insanların səbr kasaları daşıb, hakimiyyətin bıçağı sümüyünə dirənib.

Ona görə də əgər Suriya, İraq və Yəməndəki savaşlar vasitəsilə İran haldan salınırsa, variant işləkdirsə, ABŞ işlək sxemdən əl çəkən deyil. İllah ki, İranın əli ilə amerikalılar həmin ölkələrdəki düşmənlərini zəiflədirlər.

ABŞ prezidenti Donald Trampın ilk baxışdan seçkiqabağı vədlərinə zidd təsir bağışlayan qərarlar qəbul etməsinin səbəbi də budur.

İrandan sui-istifadə variantı hələlik bütün başqa variantları üstələyirsə, ABŞ sərfəli oyunu dayandıran deyil.

İrana qarşı edilən, amerikalı strateqlərin “İntihar planı” adlandırdıqları sanksiyaların zəiflədilməsi rejiminin dayandırılmasına gəldikdə isə, bu olacaq. Amma indi yox, müddət sonra.

Elçin Alıoğlu

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram” izləyin



Source link

Tags
1133040809açıqlamalaradiadlandadlandırdıağıraksiyalarAlaldıamerikalamerikalıammaaparanaparılıbaqlararadanasiyaaşkarayayrıazAzadazdıazdırbağballistikbarbarizbaşbaşladılarbaşqaBaşqalarıbataqlbaxbaxışdanBelbeləBədənbərpabilməyənbirbirbabirbaşabirinBizbubudurbunaburadaburuncəmicidadahadanDanışdanışmaqdarmadadaşıdavamdayanddayandıdeyildeyirdəndərəcədəstdəstədəstəkdəyərlərdəyişiklikDidigərdindiribdonalddonald trampDövlətdövrdədöyüşdurmanDüşmənedəedərəkediləedilənedilmedilməsiedilməsindəedilmiedirElElçinetdiriretirazetməetməketməyəetməyəneyniələləənərərəəriəriniərininəsirəslətiətinətləəziyyətfacebookfaizfikirfunksiyalargecgedirgeosiyasigerigələgirmigörgöstərdigünhakimiyyhamıhamıyaHazırdahdudiyyhesabhəddəHəddənhələhəmHəminhərhərbiiklikilildəildəniliyininilkillərinimaliindiinsanlarinsanlarıinsanlarıniqtisadiyyatiqtisadiyyatıiranliraqliriişləişləkistəyənistifadiştirakıiştirakınitkilitkiləritkiləriizləyinjandarmkanlarkarkəskinkikilatkmkonqreskonqreslLalayanLilidirliviyaliviyadaliyyatliyyatlarliyyatlaramaddimaksimalmalarmalaramalarlamaliyymaliyyəManmaraqlmaraqlarmediamediasməğlubməhvmənMəndəmənləMəntiqimərhələmərhələdəmərkəziməsələmilliminminatminlikMMmosulunmüddətmünasibətmüqayisəmütləqnailnəzarətnəzarətininnizamintiharntiqioduroğluolacaqolarolduqcaolmadanolmalolmalıolmalıdırolmasolmayolmayanolmayıbolunmuönonaonlarOnunordusunuordusununoxduroyunupaylaplanlapolisinipolisininprezidentiproqramprosesprosesipulqalaqalarqalibqanununQARqatQatıqatılanqaydasqeyriQəbulqədərqələbəqələbədənqərarQərbqibiniqitəqlamalarqlobalqoruyubqruplaraketraketlrandakrandanranlaraqdaraqdanrarasrarlarrazırealreallaregionregiondarejimirejiminrejimininrəqibiniRFrininrlanmasrundarusiyasakitlsankisanksiyalarsanksiyalarlasaysayısesenatsəbəbsəhifəsərfəlisərtsəsləsəsləndisilahsilahlsininsiyassiyasətsonsonrasövdələşməsoyuqqanlstrukturusuriyasuriyadasuriyayatabuttamtatlartbiqitdiyitehranterrortexnikiteztezliklTəbiitəmintəsirtəsiritəşkilattətbiqtətbiqitiplitiraktlindtoqqutrampuğrundaulardanüstəvarvariantvasitvaxtvaxtdaveribvermirvətəndaşıvətəndaşınvəziyyətvəziyyətivideolarvilayxaosxəbərləxəbərlərxərcləyiryayaxınYazyeganyeniyerliYəməndəyolladyoxyoxsayükzakirzamandaZəliziddirziddiyy
Paylaş
Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: