Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

Erməni deputat xalqı üsyana çağırdı

Erməni deputat xalqı üsyana çağırdı
January 19
23:11 2018

Ermənistan parlamentinin müxalif “Yelk” fraksiyasının rəhbəri Nikol Paşinyan Sarkisyan hakimiyyətini devirməyə hazır olduğunu bəyan edib.

Metbuat.az xəbər verir ki, erməni siyasətçi bu barədə “Facebook” vasitəsilə ünvanladığı müraciətdə deyib.

şəbəkədə canlı yayım zamanı izləyicilər Paşinyana hakimiyyət dəyişikliyi ilə bağlı suallar veriblər.

İstifadəçilərdən biri müxalif deputata yazıb: “Hazırda hakimiyyət dəyişikliyinə ehtiyac , küçələrə bahalaşmaya qarşı tələblərlə yox, hakimiyyət dəyişikliyi tələbi ilə çıxmaq lazımdır”.

Paşinyan həmin şəxsin qeydinə bildirib: “Bəs, bahalaşma kimin fəaliyyətinin nəticəsidir. Hakimiyyət dəyişikliyi üçün neçə vətəndaş küçəyə çıxmağa hazırdır? Sizə elə gəlir ki, hakimiyyət dəyişikliyi etmək üçün bəyanat vermək lazımdır? Siyasi fəaliyyətim ərzində 20 dəfə bəyan etmişəm bunun uğrunda fəaliyyət göstərmişəm. Bir həftə ərzində edə biləcəyimizə əmin olmayınca, hakimiyyət dəyişikliyinə dair bəyanat verməyəcəyimə qərar vermişəm. Hakimiyyət dəyişikliyinin ilk addımı küçədə duran vətəndaşdır. İndi siz vətəndaşı küçəyə çıxmaqdan çəkindirmək ? İstəyirsiniz, deyəsiniz ki, hakimiyyət istəyirik?”.

Paşinyan, həmçinin 2 dəfə hakimiyyət dəyişikliyinə dair bəyanat verdiyini, lakin ictimaiyyətin onu dəstəkləmədiyini vurğulayıb:

“Mən yazda 2 dəfə hakimiyyət dəyişikliyinə dair bəyanat vermişəm. İlk dəfə 122 min , 2-ci dəfə isə 70 min dəstək verib. Bir dəfə də 2016-cı ilin iyul ayında hakimiyyət dəyişikliyinə dair bəyanat qəbul etmişəm, lakin hakimiyyət dəyişikliyinin ən qatı tərəfdarları bunu alov üzərində əl edərək, bundan imtina . İndi də deyirəm, küçələrdə bir neçə yüz min vətəndaş olarsa, hakimiyyət dəyişikliyi etməyə öhdəlik götürürəm”. / Azvision.az

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Source link

Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: