Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

Moldovada 20 Yanvar qurbanlarının xatirəsi anılıb

Moldovada 20 Yanvar qurbanlarının xatirəsi anılıb
January 19
23:23 2018

Yanvarın 19-da  Azərbaycan Respublikasının Moldova Respublikasındakı səfirliyində keçən əsrin 20 Yanvar 1990-cı il tarixində baş vermiş Qanlı yanvar hadisələrinə həsr olunmuş mərasim keçirilib.

 

Səfirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, tədbirdə Moldova Azərbaycan diasporasının nümayəndələri, Moldova xadimləri, ziyalılar, azərbaycanlı tələblər iştirak ediblər.

 

Səfir Qüdsi Osmanov tədbirdə çıxış edərək, Azərbaycan xalqının tarixinə qanlı hərflərlə yazılmış 20 yanvar faciəsi barədə  məlumat verib, keçmiş sovet hərbi maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirildiyini vurğulayaraq, azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə silahlı təcavüz nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanmasını söyləyib.   Diplomat baş vermiş 20 Yanvar hadisələrindən artıq iyirmi səkkiz il keçdiyini, xalqımızın həmin hadisələri bu gün də unutmadığını, qanlı tarixin, xalqımızın və torpaqlarımızın azadlığı uğrunda şəhid olan bütün şəhidlərin, eləcə də 20 yanvar şəhidlərinin əziz xatirəsinin xalqımız, vətənimiz yaşadıqca daim  anılacağını və qəlblərdə yaşadılacağını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

 

Daha sonra Moldova İctimai palatasının sədri, Moldova üzrə Azərbaycan multikulturalizm rəhbəri Aureli Qriqoriu çıxış edərək, 20 yanvar hadisələrinin XX əsrdə Azərbaycan xalqının başına gətirilən dəhşətli faciələrdən biri olduğunu, günahsız insanların qətlə yetirildiyini, bir çoxlarının xəsarətlər aldığını və bunun azərbaycan xalqının öz azadlığı uğrunda apardığı mübarizənin bir təzahürü olduğunu bildirib.

 

Tədbirdə Moldova azərbaycanlıları Konqresinin rəhbərinin müavini Muxarib Allahverdiyev da çıxış edib. Öz çıxışında o, xalqımızın başına gətirilən 20 yanvar faciəsinin acı nəticələrindən, sovet rejiminin xalqımıza qarşı çevrilmiş amansız siyasətinin günahsız qurbanlarından danışıb və tarixin qanlı olan 20 yanvarın bu gün də böyük acı ilə xatırlandığını bildirib.

 

“Moldovahidromaş” şirkətinin rəhbərinin müavini, profesor Etibar 1990-ci il 20 yanvarında Moskvada olduğunu xatırlayaraq, həmən gün Ulu öndər, azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi iradə göstərərək Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək keçirdiyi yığıncaqda faciəni törədənləri kəskin şəkildə tənqid etdiyini xatırladıb, Ulu öndərin çətin gündə xalqının yanında olduğunu qeyd edib.

 

Sonda tədbir iştirakçıları Səfirlikdə təşkil edilmiş stendlə tanış olub, önünə qərənfillər düzüblər.

Source link

Tags
119220acadağıraldığıamansanıanılıbAPAapardArtıqatdıaviniazazadlAzərbaycanAzərbaycanıAzərbaycanınazərbaycanlıazərbaycanlılarbarbarizbaşıbaşınabildiribbirbiribubununcictimaidadahaDaimdaimidandanışıbdbirddəhşətlidincdiplomatDiqqətindiyinidövlətininedəedərəkedibedibledibləredilmiEleləetibarevrilmiələləənərərəəriərininətinətininətləfacebookfaciəfirliyinfirliyindgələgələrəkgətiriləngörgöstərgöstərəgünhadishadisəhadisələrihadisələrinhadisələrininhaliyHBHeydərhəmHəminhərbihəsrhəyataictimaiilinsaninsanıinsanlarinsanlarıinsanlarıniradirdiyiirilibiştirakçıiştirakçılarıiştirakçılarınıniyirmikeçəkeçənkeçirdiyikəskinkonqresininlideriliyevinliyinlumatmaşınınmaşınınımaşınınınməlumatMəmmədovmənmərasimMərkəzininMətbuatmilliminMMmoldovamoldovadamoskvadamoskvadakmübarizəmultikulturalizmnəticənimizninnümayəndənümayəndələriolanolduolubolunmuosmanovoxlarpalatasQARqeydqətlqurbanlarqurbanlarıqurbanlarınrasimrbaycanrbaycanlrejimininrespublikasRespublikasıRespublikasınınrəhbərirəhbərininrininrlandrundaşadsədriSəfirsəhifəsəhifəsisəkkizsilahlsininsiyassiyasətininsiyasisonrasovetstendltarixintarixindtbuattəcavüztədbirtələtənqidtəşkiltinintiraktiriltorpaqlaruğrundauluüzüvarveribverilveriləverilənvermixadimlxadimləriXalqxalqıxalqımızınxalqınaxalqınıxatirxatirəxatirəsixəbərxəsarətləyayanyanındayanvaryanvarınyaşyaşadıyataYazyetirilmyükzininziyalziyalılar
Paylaş
Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: