Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

Qafar Cəbiyev: Azərbaycan Prezidentinin Sərəncamı özəl televiziya kanallarına qayğının daha bir təzahürüdür

Qafar Cəbiyev: Azərbaycan Prezidentinin Sərəncamı özəl televiziya kanallarına qayğının daha bir təzahürüdür
January 19
13:34 2018


Bakı, 19 yanvar, AZƏRTAC

Azərbaycan Prezidentinin özəl ümumölkə yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında Sərəncamı daha göstərdi ki, telekanalların fəaliyyətinin təkmilləşdirilməsi dövlətin diqqətindən kənarda deyil.

Bu fikri AZƏRTAC-a açıqlamasında Milli Televiziya Radio Şurasının sədr müavini Qafar Cəbiyev bildirib.

Qafar Cəbiyev deyib ki, dövlətimizin başçısının Sərəncamı özəl televiziya kanallarının fəaliyyətinin təkmilləşdirilməsinə daha dəstəkdir. 2011-ci ildə özəl televiziyalara 5 milyon, 2013-cü ildə isə 6 milyon manat ayrıldı ki, bu da telekanalların milli film serialların çəkilməsi işinə dəstək oldu. vaxtdan etibarən Azərbaycanda xeyli filmlər, seriallar çəkilib hazırda telekanallarımızda nümayiş olunur. Bu dəfə dövlətimizin başçısının özəl yayım şirkətləri üçün üç milyon manat ayırması isə kanalların “AZƏRSPACE”ə digər dövlət qurumlarına borcunun ödənilməsinə kömək məqsədi daşıyır.

Sərəncamda da qeyd olunduğu kimi, qloballaşma proseslərinin intensivləşdiyi müasir dövrdə Azərbaycanda fəaliyyət göstərən kütləvi vasitələri əhalinin məlumatlandırılması maarifləndirilməsi, dövlət siyasətinin mahiyyətinin cəmiyyətə çatdırılması, ictimai maraq kəsb edən aktual məsələlərin müzakirəsinin təşkili, ölkəmizin milli maraqlarının müdafiəsinə mühüm töhfə verir. Özəl telekanallar dövlət qurumlarına borclarını ödəməklə yanaşı, tamaşaçı auditoriyasını genişləndirmək üçün verilişlərinin keyfiyyətini artırmalıdırlar. Özəl yayımçılarının ölkə haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, xalqın mədəniyyətinin milli mənəvi dəyərlərinin təbliği, cəmiyyətin ehtiyacının ödənilməsi fəaliyyətinin stimullaşdırılması, habelə texniki imkanlarının artırılması əhatə dairəsinin daha da genişləndirilməsi zəruridir.

AZERTAG. :Qafar Cəbiyev: Azərbaycan Prezidentinin Sərəncamı özəl televiziya kanallarına qayğının daha təzahürüdür

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin



Source link

Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: