Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

Terrorçuların planının üstü açıldı – Türkiyə üçün Afrin bataqlığı

Terrorçuların planının üstü açıldı – Türkiyə üçün Afrin bataqlığı
January 19
11:50 2018


Amerika Türkiyənin sərhədləri boyunca terror ordusu qurduğunu etiraf edib. Bu məhv etmək də bizim boynumuza düşür. Türkiyə Silahlı Qüvvələri Afrin və Mənbiç məsələsini həll edəcək. Afrin və Mənbiçdən başlayaraq terror yuvalarını dağıdacağıq. Hazırlıqlarımız tamamlanıb. Hər an hərəkətə bilərik. Kimsə bizə mane ola bilməz.

Milli.Az xəbər verir ki, Amerikanın etirafına cavab olaraq bu sözləri söyləyən Ərdoğan bildirib ki, Türkiyə Suriya ilə sərhəddinin yaxınlığında yerləşən kürd qüvvələrinə qarşı hücuma keçməyə hazırdır.

Türkiyə Suriyanın şimal-şərq hissəsinin əksər ərazisinə nəzarət edən kürd silahlılarını terrorçu qrup sayır və onların Suriya ərazisində mövqeyinin möhkəmlənməsinin qarşısını almaq istəyir.

Bu gün Suriya-Türkiyə sərhədinin təxminən 90 % PYD və YPG-nin, qalan kiçik bir hissə isə Suriya Ordusunun (ASO) . Hazırda ASO-nun nəzarətində olan ərazilər 2016-cı ildə Türkiyə ordusunun həyata keçirdiyi “Fərat Qalxanı” əməliyyatı çərçivəsində İŞİD terror təşkilatından edilən bölgələrdir.

Türkiyənin həyata keçirdiyi “Fərat qalxanı” əməliyyatı ilə terrorçulardan təmizlənən və Kilis yaxınlığında yerləşən Azezdə nəzarəti ələ keçirən Suriya Ordusu (ASO) və kənd sakinləri qonşu kənd olan Afrinə qarşı aparılacaq əməliyyatlarda Türkiyəyə dəstək olduqlarını və bir işarə ilə PYD- qarşı vuruşmağa başlayacaqlarını bildiriblər.

Türkiyə kəşfiyyatının məlumatına əsasən, Afrində terrorçuların nəzarət etdiyi bölgələrdən fərqli olaraq ağır . Lakin Afrində mülki vətəndaşların olması ərazidə Türkiyə Hərbi Hava Qüvvələrinin əməliyyat keçirməsini çətinləşdirə bilər.

Afrinə girmək Suriyadakı kürdlərin yüksəlişinə mane olmaq məqsədini daşıdığına görə bu, bir növ Fərat qalxanı əməliyyatının davamı olacaq. Türkiyənin sərhəddinin yaxınlığında yerləşən Afrində aylardır YPG ilə TSK arasında atışma davam edir. YPG Afrinə nəzarəti 2012-ci ildə keçirib. Türkiyə isə YPG-ni PKK-nın qolu kimi görür. Ankara sərhədin digər tərəfində müstəqil bir dövlət qurulmasına şiddətlə qarşı çıxır.

Ötən gün YPG’nin Afrində bombalı hücum etməyə hazırlaşdığı, günahı da Türkiyə və Suriya Ordusuna atmağı planlaşdırdığı məlum olub. Planla bağlı səs yazısı da əldə edilib.

Səs yazısında deyilir.

“Sabah PKK etiraz aksiyaları keçirəcək. Bütün kürdlər etiraza qatılacaq. Etiraz zamanı bombalı avtomobil partladılacaq. Bu məsələdə günahı ASO və Türkiyənin üzərinə atacaqlar”.

YPG-nin sözcüsü Nuri Mehmud Türkiyənin Afrin əməliyyatı ilə bağlı açıqlamasında Afrinin asan ələ keçirilməsinin mümkün olmadığını söyləyib:

“Ərdoğan təhdidlərini daha yüksək pərdədən dilə gətirir. Afrin asan ələ keçirilə biləcək şəhər deyil. Türkiyə 1 həftə ərzində şəhəri edəcəyini düşünürsə, xəyal qurur. Bu məsələlərdə Amerika və Rusiyanın üzərinə böyük düşür”.

Rusiyanın Afrində yüzlərlə hərbçisi və hava nəzarət edir. Rusiyanın razılığı olmadan Türkiyənin hücuma keçməsi problemli ola bilər. Lakin buna baxmayaraq Rusiya hələlik mövqeyini bildirməyib. Moskva Türkiyənin Afrinlə bağlı əməliyyatını nə dəstəkləyib, nə də qınayıb.

Rusiya Vaşinqtonun sərhəd planından çox narahatdır.

Rusiya xarici işlər naziri Sergey Lavrov son açıqlamalarının birində PYD və YPG-nin ABŞ tərəfindən silahlandırılmasının Suriyanın parçalanmasına çıxaracağını bildirib.

Bəzi müşahidəçilər bildiriblər ki, Rusiya qüvvələri Afrin bölgəsində olub. İddialara görə, rusiyalı komandirlər YPG bayraqları və əsgərləri ilə birlikdə şəkillər də çəkdiriblər.

Əgər vəziyyət belədirsə, Rusiya, Türkiyənin əməliyyatlarına mane ola bilər.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə bildirib ki, Rusiya Afrindəki əməliyyatlara qarşı çıxmamalıdır: “Bizim hədəfimiz kürdlər deyil, terror təşkilatıdır. Hava məkanından istifadə edə bilmək üçün Rusiya və İranla əlaqə saxlayırıq”.

Kürd rəsmilər isə Türkiyənin Rusiyanın razılığı olmadan əməliyyata başlamayacağını söyləyiblər.

ABŞ üçün YPG Suriyada əsas müttəfiqdir və kürd birləşmələrinin Türkiyə ordusu tərəfindən əzilməsi Vaşinqtonun maraqlarına uyğun deyil.

Məsələ ilə bağlı ABŞ Dövlət Departamenti Türkiyəyə çağırış edib.

“Türkiyə Suriyanın Afrin rayonunda hərbi əməliyyatlar aparmaqdan çəkinməlidir”. Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Hezer Nauert jurnalistlər üçün brifinqdə bildirib.

Bəxtiyar Umarlı

Milli.Az

Tags
1132016990açıqlamalaraçıqlamasıağıraksiyalaralanmasalmaqamerikaamerikanankaraaparılacaqaparmaqdanASANatışavtomobilazAzadbağbarbaşbaşlayabataqlbaxmayaraqBelbeləBəxtiyarbəzibildiribbildiriblbildirmbiləcəkbilərbilərikbilməzbirbirindbirləşmələrininbirlikdBizbizimbölgələrdəboyuncabubunacavabcidadahadaşıdaşıdığıdavamdepartamentidepartamentinindeyildeyilirdəndəstdəstədəstəkdəstəkləyibdigərdildinDinidininDövlətedəedəcəkedənedibediləedilənedilibediretdiyietirafetirazetməetməkələləənərərəəriərikəriniərininətiətininəziyyətfacebookfərqlifimizfiyyatgətiribgətirirgörgünHavaHazırdahazırdıhazırdırhazırlıqlarhazırlıqlarıHBhdidlHədəfimizhələhəllhərhərbhərbçisihərbihərəkəthəyatahisshissəHKililəinqtonunirdiyiirilmişləişləristəyiristifadIVjurnalistljurnalistləjurnalistlərkdiriblkeçirkeçirdiyikeçirəkeçirəcəkkeçirənkeçiribkeçirilməsininkeçməkəndkikiçikkilatkomandirllacaqlakinlamayacalavrovlayaraqLilidirliyyatliyyataliyyatlarliyyatlaraliyyatlardalumatmanemaraqlarməhvməkanməkanıməkanınaməkanındanməlumməlumatməsələməsələsiniməsuliyyətMətbuatmillimoskvamüstəqilnarahatdnazirinəzarətnəzarətinəzarətindədirninnövNurioğluolaolacaqolanolaraqolduqlarolduqlarıolmadolmadanolmaqolmasolubonlarOnlarıOnlarınordunuordusuordusunaordusununözləripartladpərdəPKKplanındanplanlaproblemliqalanqalxanQARqarşısıqatQatıqatılacaqqlamalarqlamasqoluQonşuqrupqurduqurulmasqurulmasıqururqüvvəqüvvələriQüvvələrinqüvvələrininranlarayonundarazidrazilrazisinrazisindrazırəhbəririninrusiyarusiyalrusiyanRusiyanırzindsabahsakinlsakinlərisaxlaysaxlayırsaysayısayırsergeySərhədsəssilahlsilahlarsilahlılarısininsonSözlərisuliyysuriyasuriyadasuriyadaksuriyanSuriyanıntamamlantbuatterrortərtərəfindətərəfindəntəşkilattinintiribtirirTürkiyəTürkiyəninulardanüstəuyğunvarverirvətəndaşVətəndaşlarvətəndaşlarıvətəndaşlarınvəziyyətxaricixəbərXəyalXidmətininxtiyaryatayaxınlığındaYazyazısıyerləşənyoxduryükyüksəkzaman
Paylaş
Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: