Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

Tibb Universitetinin professor-müəllim heyətinin bilik və bacarıqlarının artırılması məqsədilə seminar keçirilib

Tibb Universitetinin professor-müəllim heyətinin bilik və bacarıqlarının artırılması məqsədilə seminar keçirilib
January 19
19:45 2018


Bakı, 19 yanvar, AZƏRTAC

Yanvarın 19-da Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında şüa diaqnostikası və şüa terapiyası kafedrasında tədris-metodik seminar keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, seminarın keçirilməsində məqsəd kafedranın professor-müəllim heyətinin bilik və bacarıqlarının artırılması, tədrisin keyfiyyətinin yüksəldilməsinə nail olmaqdır.

Seminarı giriş nitqi ilə açan kafedranın müdiri, dosent Məlahət Sultanova bu tədbirin mühüm əhəmiyyətə olduğunu vurğulayıb: “Belə seminarların mütəmadi olaraq keçirilməsi tədrisin keyfiyyətinin yüksəlməsinə birbaşa təsir edir. iştirak etdiyi seminarların keçirilməsində əsas məqsəd peşə hazırlıq səviyyəsinin yüksəldilməsi, müasir şüa diaqnostik müayinələrin əsas prinsiplərinin tələbələrə daha yaxşı aşılanması və yeniliklərin prosesinə uyğunlaşdırılmasıdır”.

M.Sultanova qeyd edib ki, seminarlar tədris proqramına uyğun olaraq keçiriləcək və əməkdaşları tərəfindən mövzular təqdim olunacaq. Tədrisin gedişində əyani vəsaitlərdən, kliniki müşahidələr və innovativ texnologiyalardan maksimum istifadə etmək tələbələrdə fənnin mənimsənilmə dərəcəsini artırır.

Seminarda “Şüa diaqnostik metodların texnologiyası və onun təşkili”, “Rentgen şüalarının alınması, təbiəti və xassələri”, “İonlaşdırıcı şüaların zərəli təsirindənqorunma tədbirləri” və “Rentgenoloji müayinə metodları” mövzuları müzakirə olunub, çıxışlar dinlənilib. Məruzəçilər mövzunun əsas məqamları, rentgenoloji müayinə metodlarının diaqnostik alqoritmdəki və rolundan .

Daha sonra məruzələrə dair fikirlər, irad və təkliflər səsləndirilib, əməkdaşlarını maraqlandıran suallar məruzəçilər tərəfindən ətraflı şəkildə cavablandırılıb.

Sonda ATU-nun II müalicə profilaktika fakültəsinin dekanı İsrail Məhərrəmbəyli çıxış edərək belə seminarların keçirilməsinin vacibliyini xüsusi vurğulayıb və kafedraya gələcək işlərində uğurlar arzulayıb.

AZERTAG.AZ :Tibb Universitetinin professor-müəllim heyətinin bilik və bacarıqlarının artırılması məqsədilə seminar keçirilib

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin



Source link

Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: