Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

Belçikada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Belçikada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
January 20
03:31 2018

9 yanvar 8-ci il tarixində Yanvar faciəsinin iyirmi səkkizinci ildönümü ilə əlaqədar, Belçikanın Vaterlo şəhərində yerləşən “Wellington” muzeyinin sərgi salonunda Azərbaycan Respublikasının Belçikadakı səfirliyi, NATO yanında Nümayəndəliyinin əməkdaşları və Belçikada yaşayan Azərbaycan diasporunun nümayəndələrinin iştirakı ilə Qanlı Yanvar faciəsinə həsr olunmuş sərgi və anım mərasimi keçirilib.

 

Səfirlikdən APA- verilən məlumata görə,  səfir Fuad İsgəndərov və NATO yanında Nümayəndəliyinin başçısı vəzifəsini icra edən Qaya Məmmədov çıxış edərək, 990-cı il yanvarın 9-dan -ə keçən gecə Sovet Ordusunun Bakıda törətdiyi qanlı hadisələr, bu Azərbaycan tarixində və nəticələri barədə geniş məlumat veriblər.

 

Natiqlər sovet ordusunun törətdiyi qanlı hadisələrdən dərhal sonra Ulu Öndər Əliyevin Moskvada bu amansız cinayətə öz etirazını bildirməsini xatırlatmış və bütün bu proseslərin öz müstəqilliyinə atdığı addımları sürətləndirdiyini, ölkəmizdə müstəqillik hərəkatının daha geniş vüsət almasına şərait yaratdığını qeyd etmiş, doğma vətənin hazırki inkişaf mərhələsində o günlərin tarixi təcrübəsinin nəzərə alınmasının xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıblar. 

 

Sonda mərasim iştirakçıları tərəfindən görkəmli şairi Xurşidbanu Natavanın Vaterlo şəhərində yerləşən abidəsi ziyarət edilərək önünə əklil qoyulub. 

Source link

Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: