Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

Lənkəranda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Lənkəranda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
January 20
19:05 2018

Lənkəran. 20 yanvar. REPORT.AZ/ Lənkəranda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb.

“Report”un Cənub bürosunun verdiyi xəbərə görə, faciənin 28-ci ildönümü şəhidlərin ruhuna ehtiramla qeyd olunub. 

Bu münasibətlə səhər saatlarından minlərlə sakini şəhərin mərkəzində Şəhidlər Xiyabanına gələrək 20 Yanvar qurbanlarının yad edib. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, hüquq-mühafizə rəhbərləri, əmək kollektivlərinin, ictimaiyyətin nümayəndələri Şəhidlər Xatirə Kompleksinin önünə əklillər düzüblər. İcra başçısı şəhid ailələrinin üzvləri ilə görüşərək söhbət edib və onların qayğıları ilə maraqlanıb.

Qeyd edək ki, 1990-cı ilin 20 Yanvar hadisələri zamanı milli azadlıq uğrunda mübarizədə 11 lənkəranlı şəhid olub. Onlardan 5-i Bakıda, 5-i Lənkəran rayonunun Haftoni qəsəbəsində sovet ordusunun cəza ilə qeyri-bərabər döyüşdə şəhid olub, 1 isə rus hərbçiləri tərəfindən vertolyotda boynuna məftil bağlamaqla amansızcasına boğularaq öldürülüb.

Lənkəranda 20 Yanvar şəhidlərinin xatirəsinə abidə kompleksi , şəhidlərin adları küçələrə , məzarları ətrafında abadlıq- görülüb.

Mərasimdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Source link

Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: