Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

Litvada 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş anım mərasimi keçirilib

Litvada 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş anım mərasimi keçirilib
January 20
03:17 2018

Bakı. 20 yanvar. REPORT.AZ/ Azərbaycanın Litvadakı səfirliyinin dəstəyi və təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər çərçivəsində Vilnüsdə anım mərasimi keçirilib.

“Report” xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycanın Litvadakı müvəqqəti işlər vəkili Atəş Qırxıyev mərasim iştirakçılarına qanlı yanvar faciəsi ilə bağlı məlumat verib, milli hüzn günü ilə yanaşı bu faciənin Azərbaycan xalqının tarixində qəhrəmanlıq və igidlik səhifəsi olaraq qəbul edildiyini bildirib.

nümayəndəliyin rəhbəri 20 Yanvar faciəsinə bənzər hadisələrin il sonra 13 yanvar 1991-ci ildə Vilnüs şəhərində də yaşandığını qeyd edərək, bu günlərdə hansı duyğular keçirdiyini Litva xalqının yaxşı anladığını vurğulayıb.

Tədbirin aparıcısı Litvanın tanınmış müğənnisi Litva Musiqi və Teatr Akademiyasının dosenti Yudite Leitaitenin dəvəti ilə 20 Yanvar şəhidləri dəqiqəlik sükutla yad . Sonra litvalı musiqiçilərin ifasında qəmli, hüznlü musiqi parçaları səsləndirilib.

Səfirlikdən məlumata görə, Litvanın digər şəhərlərində də, o cümlədən Kaunas, Şiayulyay, Klaypedada 20 Yanvar şəhidləri yad . Vilnüs və Kaunas universitetlərində alan tələbələr, Şiaulyay, Klaypeda da yaşayan soydaşlarımız anım tədbirləri təşkil ediblər.

Səfirliyin pres-relizi Litva Xarici İşlər Nazirliyi, bu ölkədə akkreditə xarici ölkələrin səfirlik və nümayəndəliklərinə paylanılıb.

20 Yanvar faciəsi ilə bağlı Litvanın informasiya vasitələrində yazı və məqalələr dərc olunub, reportajlar yayımlanıb. 

Source link

Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: