Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

Türkiyə Afrin və Mənbic kürdlərini niyə hədəfə alıb? 5 suala cavabda

Türkiyə Afrin və Mənbic kürdlərini niyə hədəfə alıb? 5 suala cavabda
January 20
19:07 2018

Türkiyə bildirib ki, Suriya ilə sərhəd xəttinin qarşı tərəfində yerləşən kürd qüvvələrinə qarşı geniş hücuma keçməyə hazırdır.

Bu hərəkət Türkiyəni NATO müttəfiqi ABŞ ilə birbaşa münaqişə halına sala bilər.

Türkiyə niyə hücuma keçmək istəyir? Niyə indi?

Əsas səbəb odur ki, Türkiyə ABŞ tərəfindən dəstəklənən və şimal-şərq hissəsinin əksər ərazisinə nəzarət edən kürd silahlılarını terrorçu sayır.

Türkiyə həmin silahlıları, onilliklər ərzində mübarizə apardığı kürd qiyamçı qruplarının bir qolu sayaraq onların Suriya ərazisində mövqeyinin möhkəmlənməsinin qarşısını almaq istəyir.

Milli.Az BBC-yə istinadən bildirir ki, bu yaxınlarda, kürd silahlılarından ibarət 30 minlik “sərhəd təhlükəsizliyi qüvvələrinin” yaradılmasına dair ABŞ-ın planları barədə yayılmış xəbər Ankarını təşvişə salıb.

Türkiyə prezidenti bəyan edib ki, Washington “terror ordusu yaradır”. O həmin qüvvəni “boğacağı” ilə hədələyib.

O bildirib ki, iki həmsərhəd ərazi olan Afrin və Mənbicin kürd qüvvələrindən təmizlənməsi məqsədilə hərbi əməliyyatların keçirilməsi qaçılmazdır.

Afrin və Mənbicə indi kim nəzarət edir?

Türkiyə, Suriyadakı Xalq Müdafiə Birlikləri (YPG) adlanan kürd silahlılarını terrorçu sayır və onları darmadağın edəcəyini bəyan edib.

Türkiyə prezidenti Recep Tayyip Erdogan deyir ki, həmin qüvvə Türkiyədə 184-cü ildə qadağan olunmuş və kürd muxtariyyəti uğrunda 30 ildir ki mübarizə Kürdüstan Fəhlə Partiyasının bir qoludur.

YPG birbaşa bağlılığı inkar edir – onun bu iddiasını ABŞ koalisiyası dəstəkləyir.

ABŞ koalisiyasının hava zərbələri kürd silahlılarına ərəb döyüşçüləri ilə birgə on minlərlə kvadrat kilometr ərazisini özünü İslam Dövləti (İD) adlandıran qrupun silahlılarından təmizləməyə kömək edib.

YPG-yə dəstəyə görə Ankara ABŞ-ı pisləyib.

YPG döyüşçüsü Afrin ətrafında əraziyə baxış keçirdiyi zaman - iyun, 2017

ABŞ tərəfindən “sərhədimizdə terrorçu ordu yaradılmasının” qarşısını alacağını bəyan edən Erdoğan çərşənbə axşamı bildirb ki, Türkiyə qoşunları və müttəfiq suriyalı üsyançıları tezliklə “terror yuvasını” məfv edəcəklər.

Türk tankları Afrin yaxınlığında sərhəd boyu cəmləşib, qoşunlar anklavı İdlib bölgəsindən artilleriya atəşinə tutur.

İdlib bölgəsi üsyançıların nəzarətindədir.

Kürd liderləri Afrini müdafiə edəcəklərini vəd edərək beynəlxalq icmanı, onların dediyi kimi, 1 milyonluq əhalinin Türkiyə tərəfindən hədəfə götürülməsinin qarşısını almağa çağırıblar.

Türkiyə üçün bu məsələdə Rusiyanın mövqeyi niyə ?

Hadisələrin necə inkişaf edəcəyində Suriya hökümətinin müttəfiqi olan Rusiyanın mövqeyi həlledici ola bilər.

Rusiyanın Afrində yüzlərlə hərbçisi var və anklavın hava məkanına nəzarət edir.

Rusiyanın razılığı olmadan Türkiyənin hücuma keçməsi problemli ola bilər və müharibədə yeni açılmasna gətirib çıxara bilər.

Suriya müharibəsində indiyədək ölən insanların sayı artı 340 -i keçib.

BMT evlərini tərk etmiş mülki əhaliyə yardım göstərməyə hazır olduğunu bildirib.

YPG, PKK ilə hər hansı birbaşa hərbi və ya siyasi əlaqədə olduğunu inkar edir.

Türkiyənin YPG silahlılarına yanaşmasını ABŞ bölüşmür.

YPG silahlıları İD cihadçı qrupuna qarşı döyüşlərdə ABŞ-ın əsas müttəfiqi rolunu oynayıb.

ABŞ hava qüvvələrinin zərbələri sayəsində YPG və Suriya Demokratik Qüvvələri (SDF) adı altında birləşən ərəb silahlılarından ibarət alyans on minlərlə kvdrat kilometr ərazini İD-dən təmizləyib.

İD-ə qarşı ABŞ koalisiyasının üzvü olmasına baxmayaraq, Türkiyə israrlı olaraq SDF-ni dəstəkləməyin əleyhinə çıxış edib və onun şimal sərhədinə nəzarəti ələ keçirməsinin qarşısını almağa çalışıb.

2016-cı ildə Türkiyə hərbiyyəsi Carablus və əl-Bab kimi mühüm şəhərlərin İD silahlılarından təmizlənməsi və SDF döyüşçülərinin Afrin istiqamətində qərbə doğru irəliləməsinin qarşısının alınması ilə nəticələnmiş Suriya üsyançılarının hücumunu dəstəkləyib.

ABŞ Türkiyəni əsasən ərəblərin yaşadığı Mənbic şəhərini SDF-dən güclə almaq fikrindən daşındıra bilib, lakin YPG-ni Fərat çayının şərq sahilinə çəkilməyə razı sala bilib.

Türkiyə rəsmiləri bu razılığın hələlik yerinə yetirilməmiş qaldığını deyir.

Şənbə günü ABŞ koalisiyasının YPG-yə 30 minlik “sərhəd təhlükəsizliyi qüvvəsi” yaratmağa kömək etdiyi barədə xəbər Afrin və Mənbici YPG qüvvələrindən təmizlənməsinə dair Türkiyənin planlarını sürətləndirirb.

ABŞ kürd qüvvələrinə məqsədlə təlim istəyir?

ABŞ rəsmiləri, yarısı SDF döyüşçülərindən ibarət 30 minlik qüvvəyə hərbi təlim keçmək planını açıqlayıb.

Məqsəd – Türkiyə və İraq sərhədi və Fərat çayının bir hissəsi üzərindən İD silahlılarının Suriyaya keçməsinin qarşısını almaqdır. Fərat çayı hazırda, SDF qüvvələri və Suriya hökümətinin nəzarətində olan əraziləri bir-birindən ayıran təbii sərhəd rolunu oynayır.

Bu xəbər Türkiyə hökümətinin qəzəbinə səbəb olub.

Prezident Recep Tayyip Erdoğan bazar ertəsi bildirib ki, həmin sərhəd qüvvəsini “terrorçu ordu” sayır.

Kürdlərlə, əsasən, münaqişəyə girməkdən yayınmağa çalışan Suriya höküməti bunu suverenliyinə qarşı “açıq hücüm” adlandırıb.

müttəfiqi olan Rusiya xəbərdarlıq edib ki, bu hərəkət parçalanması istiqamətində atılan addımdır.

Çərşənbə axşamı Erdoğan deyib ki, Türkiyə qoşunları və Suriya üsyançıları sərhəs boyu “terror yuvalarını” tezliklə məhv edəcəklər və buna “Afrin və Mənbicdən” başlanacaq.

şimalında ərazilərə nəzarət edən qüvvələrin yerləşməsi

Afrini Mənbicdən və SDF-nin nəzarətində olan digər ərazilərdən Türkiyənin dəstəklədiyi üsyançıların nəzarət etdiyi kiçik ərazi ayırır.

Afrin və Mənbic tutulsa, Türkiyənin dəstəklədiyi qüvvələr Fərat çayınından qərbdə, şimal sərhədinin 200 kilometr uzunluğunda hissəsinə nəzarət edə biləcəklər.

YPG bu iki ərazidə qədər döyüşçü sayına malik olduğunu bildirməyib, lakinTürkiyənin Anadolu xəbər agentliyinin təxminlərinə görə, Afrində onların sayı 8, – 10, arasıdır.

Bu da aydın deyil ki, keçən ildə olduğu kimi Mənbicdə ABŞ hərbçiləri var, ya yox?

Türkiyənin Afrinə mümkün hücumu özünə niyə belə diqqəti çəkib?

Bu hücum NATO-nun iki müttəfiqi arasında birbaşa münaqişəyə gətirə bilər, eləcə də Türkiyə ilə Rusiya arasında münasibətlərə təsir göstərə bilər.

Güman edildiyinə görə, Rusiyanın Afrində yüzlərlə əsgəri var, anklavın hava məkanına Rusiya nəzarət edir.

Razılaşdırılmamış hücum Türkiyə üçün çətinliklər yarada bilər, müharibədə isə yeni irimiqyaslı cəbhə açıla bilər.

Digər tərəfdən, Rusiya Türkiyənin hücumuna razılıq versə, bu Moskva ilə Ankaranın əlaqələrini daha da yaxınlaşdıraraq Türkiyənin Qərblə münasibətlərinə təsir edə bilər.

İkincisi, Afrinin mühasirəsi ağır humanitar vəziyyətin yaranmasına səbəb ola bilər.

Kürd rəsmilərinin bildirdiyinə görə, Afrində yaşayan əhalinin sayı 1 milyona çata bilər.

Dağlarla və Suriya hökümətinin nəzarətində olan ərazilərlə əhatələnmiş anklavı tərk etmək çətin olacaq.

BMT Qaçqınlar agentliyinin sözçüsü BBC-yə bildirib ki, Afrini tərk edən mülkilər barədə onlara məlumat çatmayıb, lakin ehtiyac yarandığı halda yardım göstəriləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Tags
000110200201630589açılaaçıqadadlananadlandadlandıranagentliyininağırAlalacaalanmasalıbalışıbalmaalmağaalmaqaltaltıalyansankaraankaranaparanapardartilleriyaataatəşatıatılanatmayAxşamayAyanAydınayıayınınayırırazbağbarbarizbaşbaxbaxmayaraqbazarBBCBelBeynəlxalqbildiribbildirirbildirmbiləcəklərbilərbilibbirbirbabirbaşabirindbirindəBMTbölgəsindəboyububunabunucəbhəcəbhənindadağdahadairdarmadadaşıdaşındıdediyidemokratikdeyibdeyildeyirdəndəstdəstədəstəkləyibdəstəkləyirDidigərdildindininDiqqətidoğrudöyüşdöyüşçüdöyüşçüləriedəedəcəkləredənedərəkedibedirehtiyacEleləerdoganetdiyietməetməkevləriniələləəlilənərərəəriəriniərininəsirətiətinətininətirətləfacebookfikrindgenigətirgətiribgörgöstərgöstəriləcəkgünhadishadisəhadisələrinhalhaldahalininhaliyhalıHavaHazırdahazırdıhazırdırhədəfhələhəllediciHəminhərhərbhərbçilərihərbçisihərbihərəkəthisshissəhissəsiHKhumanitaribarəticmaniddiasiddiasıilildiriləindiindiyindiyədəkinkarinsanlarinsanlarıinsanlarınirdiyiirilmirimiqyaslistəyiristinadistiqamizləyinkeçəkeçənkeçirdiyikeçirilməsikeçirməkkeçməkeçməkkeçməsininkikiçikkilometrkimkoalisiyasköməkkvadratLalakinlanacaqlarlaleyhinliderlliderləriliyyatlarlledicilmazdlumatlxalqmalikManmaraqlməhvməkanməkanıməkanınaməlumatməqsədməsələmillimilyonamilyonluqminminlikmoskvamünaqişəmünasibətlərmüttəfiqimuxtariyyNATOnəticənəzarətnəzarətinəzarətindədirninnlardaodurolaolacaqolanolaraqolduolduğuolmadanolmasolmasıolmasınaolubolunmuonlaronlaraOnlarıOnlarınOnunorduordusuötüroynayoynayıboynayırözpartiyasPartiyasınınPKKplanlarplanlarıprezidentprezidentiproblemliQaçqınlarqaldığıQARqarşısıqarşısınıqarşısınınqədərQərbqiyamqoluqrupqruplarqruplarıqrupunqrupunaqüvvəqüvvələrqüvvələriQüvvələrinQüvvələrindəqüvvələrininqüvvəsiniRAraraqrazidrazilrazinirazisinrazisindrazisiniraziyrazırazılıqrdarlreceprəsmiləririninrolunurundarusiyarusiyanRusiyanırzindşadsahilinsalasalıbşamsaysayısayınasayırsəbəbsəhifəSərhədsilahlsilahlılarısininsiyasisizliyislamsualasürətləsuriyasuriyadaksuriyalsuriyanSuriyanınsuriyayasuverenliyinterrortezliklTəbiiTəhlükəsizliyiTəlimtəmizlənməsitərtərəfdətərəfdəntərəfindətərəfindəntərktəsirtinintinliklTIRtiribttininTürkTürkiyəTürkiyəniTürkiyənintuturuğrundaunlaruzunluuzunluğundavacibdirvarvədVIwashingtonXalqxəbərxəbərdarlıqxəbərləxəbərlərxəttininyayanyanayaradyaradayaradılmasıyaradıryarandyaranmasyaranmasınayaratmayaratmağayaşyaşayanyaxınlardayaxınlaşdıyaxınlığındaYAYyayıyeniyerinyerləşənyetirilmyoxzamanzərbəzərbələri
Paylaş
Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: