Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

“Hamı üçün İKT” layihəsi çərçivəsində keçirilən təlimlər yekunlaşıb

“Hamı üçün İKT” layihəsi çərçivəsində keçirilən təlimlər yekunlaşıb
February 13
20:39 2018

Bakı, 13 , AZƏRTAC

Nəqliyyat, Rabitə və Texnologiyalar Nazirliyinin Elektron Hökumət Təlim-Tədris Mərkəzi və Azərbaycan Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə reallaşdırılan “Hamı üçün İKT” sosial layihəsi çərçivəsində ofis proqramlarından istifadə üzrə keçirilən ödənişsiz təlimlərə yekun vurulub. Belə ki, fevralın 13-də təlimləri başa vurmuş dinləyicilərə informasiya texnologiyaları üzrə mənimsədikləri biliklərin səviyyəsinə görə Nəqliyyat, Rabitə və Texnologiyalar Nazirliyinin və Bilik Fondunun sertifikatları təqdim olunub.

Bilik Fondundan AZƏRTAC-a bildirilib ki, layihə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə həyata keçirilib. İlk başa çatmış layihə əhalinin aztəminatlı təbəqəsi – qaçqın və köçkün, şəhid ailələrinin üzvləri, sağlamlıq imkanları məhdud olan şəxslər üçün nəzərdə tutulub.

Online rejimdə keçirilən təlimlərə Bakı şəhəri ilə yanaşı, Lənkəran, İmişli, Bərdə, Göyçay, Şamaxı və Qəbələ rayonlarının Elektron Hökumət Təlim-Tədris Mərkəzləri də qoşulub. Yerlərdən gələn təklif və istəklərə əsasən layihənin mart ayından etibarən davam etdirilməsi planlaşdırılır.

Qeyd edək ki, “Azərbaycan inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya”nın qarşıya qoyduğu hədəflərdən biri də bütövlükdə informasiya və kommunikasiya texnologiyalarının tətbiqinin asanlaşdırılması üçün bu texnologiyalara dair bilik və məlumatların əhaliyə çatdırılması, yeniyetmə və gənclərə müasir texnologiyalardan düzgün istifadə bacarıqlarının aşılanmasıdır.

AZERTAG.AZ :“Hamı üçün İKT” layihəsi çərçivəsində keçirilən təlimlər

Mətndə səhv varsa, qeyd ctrl + enter düyməsini basaraq bizə göndərin

0 Şərh

Şərh Yoxdur!

Heç Bir Şərh Yoxdur,Şərh Əlavə Etmək İstəyirsiniz?

Şərh Əlavə Et

Write a Comment

Leave a Reply

Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: