Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

Qaradağ rayonunun daha üç məktəbində görüşlər keçirilib

Qaradağ rayonunun daha üç məktəbində görüşlər keçirilib
February 13
21:19 2018

Bakı, fevral, AZƏRTAC

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) rəhbərliyi Qaradağ rayonunun daha üç məktəbində görüşlər keçirib.

BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, görüşlər Qaradağ rayonu üzrə Korgöz qəsəbə Elman Heydərov adına 197, Qızıldaş qəsəbə Azər Namazov adına 180 və Puta qəsəbə Kamran Yaqubov adına 184 nömrəli tam orta məktəblərdə olub.

“Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində paytaxtın ətraf ərazilərində yerləşən ümumtəhsil müəssisələrində keçirilən görüşlərdə BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva, idarənin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları və valideyn icmasının təmsilçiləri iştirak ediblər.

Əvvəlcə BŞTİ-nin rəhbərliyi məktəblərlə tanış olub, sinif otaqlarında dərs prosesini müşahidə edib, ocaqlarının rəhbərliyi, müəllim, şagird və valideynlərlə görüşüb.

Görüşlərdə Məhəbbət Vəliyeva təhsil sahəsində keçirilən islahatlar, məktəblərdə yaradıcı mühitin təmin olunması üçün işin aparılması, şagirdlərin dərsə davamiyyəti, məktəblilərin ixtisas və ya peşə seçimi, məktəb kitabxanalarının , uşaqların mütaliə vərdişlərinin artırılması, məktəblərin təminat və təchizatı, müəllim-şagird-valideyn münasibətləri və digər müvafiq məsələlərdən danışıb.

Məktəb-valideyn əməkdaşlığının əhəmiyyətini xüsusi vurğulayan BŞTİ-nin müdiri valideyn-məktəb əməkdaşlığının şagirdlərin təlim-tərbiyəsində mühüm rolu olduğunu bildirib. Qeyd edilib ki, uşaqların öz dövrünə, yaşına görə sürətli inkişafı valideynlərdən daim diqqətli olmağı tələb edir. Məktəb psixoloqları da məsələ ilə bağlı öz töhfələrini verməlidirlər.

Sonra BŞTİ-nin müdiri şagirdlərin hərtərəfli vətəndaş kimi formalaşdırılması və məktəblərin məzunu olmuş şəhidlərin, milli qəhrəmanların həyatının örnək kimi məsələlərindən bəhs edib. Bildirilib ki, gün məktəblərin üzərinə düşən əsas vəzifələrdən biri də fəal vətəndaş yetişdirmək, uşaqlarda ictimai və sosial məsuliyyət məsələlərini aşılamaqdır.

Görüşlərdə BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri çıxış edib, ayrı-ayrı istiqamətlər üzrə fikirlərini bildiriblər. Məktəb direktorları, müəllim və valideynlər müzakirə məsələlərdən danışıb, cür görüşlərin əhəmiyyətini qeyd ediblər.

Fevralın 12-dən başlanan görüşlər paytaxtın ətraf ərazilərindəki bir sıra digər ümumtəhsil məktəblərini də əhatə .

Mətndə səhv , qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

0 Şərh

Şərh Yoxdur!

Heç Bir Şərh Yoxdur,Şərh Əlavə Etmək İstəyirsiniz?

Şərh Əlavə Et

Write a Comment

Leave a Reply

Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: