Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

3 yaşlı uşağın qətlində təqsirləndirilən həkimə bəraət verildi

3 yaşlı uşağın qətlində təqsirləndirilən həkimə bəraət verildi
March 14
18:49 2018


Bu gün Sumqayıt Şəhər Məhkəməsində 3 yaşlı uşağın ölümündə təqsirləndirilən “” Tibb Mərkəzinin həkim-anestezioloqu İsmayıl Qəmbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hakim Ruqiyyə Səmədovanın ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsin günahı sübuta yetirilməyib və İ. bəraət verilib.

İttihama görə, Sumqayıt şəhər sakini, 2014-cü il təvəllüdlü Qurbanlı Arzu Sənan qızı 2016-cı il 16-da günorta saatlarında Sumqayıt şəhərindəki “” Tibb Mərkəzində boğazında damaq badamcıqlarının (qlanda) iltihabından əməliyyat olunub. gün gecə saatlarında uşağın vəziyyəti pisləşib və o, dünyasını . Meyit ekspertizaya göndəriləndən sonra uşağın boğulma nəticəsində dünyasını dəyişdiyi müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) və 320.1- (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə – hüquq verən və ya vəzifədən azad vəsiqəni və ya rəsmi sənədi istifadə məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, bu sənədi satma, habelə eyni məqsədlə Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) maddələri ilə cinayət işi başlanılıb və “” Tibb Mərkəzinin həkim-anestezioloqu İ.Qəmbərov təqsirləndirilən şəxs qismində cəlb edilib.

Xatırladaq ki, İ.Qəmbərovun barəsində həbs qətimkan tədbiri seçilməyib.

Milli.Az





Source link

WP Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: