Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

ADNSU ilə İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu arasında əlaqələr genişlənir

ADNSU ilə İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu arasında əlaqələr genişlənir
March 14
19:04 2018

Bakı, 14 mart, AZƏRTAC

Martın 14-də Azərbaycan Dövlət və Sənaye Universitetinin () rektoru, professor Mustafa Babanlı İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru, professor Vilayət Vəliyevlə görüşüb.

-dan AZƏRTAC-a bildirilib ki, görüşdə M.Babanlı elmi kadrların hazırlanmasında, buraxılış mövzularının seçilməsində, həmçinin təcrübə mübadiləsində birgə işlər aparılmasının əhəmiyyətini vurğulayıb. Universitetdə həyata keçirilən islahatlardan, qəbul göstəricilərindən, startap layihələrindən, eləcə də müəssisələrlə əlaqələrdən danışan rektor diqqətə çatdırıb ki, sənaye trendləri olan sahələrdə fəaliyyət göstərən şirkətlərlə əməkdaşlığın qurulması və təhsil kontentlərinin iqtisadiyyata yönəldilməsi zəruridir.

Birgə layihələrin hazırlanmasında -ya hər zaman dəstək verilməsinə hazır olduqlarını V.Vəliyev bunun üçün mövcud imkanlardan faydalanmağın əhəmiyyətindən danışıb.

Görüşdə, həmçinin birgə laboratoriyaların təşkili, elmi mövzuların hazırlanması, elmi tədqiqatların işlənməsi, yeni layihələrə dəstək verilməsi və digər istiqamətlərdə əməkdaşlıq ətrafında mübadiləsi aparılıb.

AZERTAG.AZ : ilə İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu arasında əlaqələr genişlənir

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

WP Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: