Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri məhkəmədə ifadə verib

Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri məhkəmədə ifadə verib
March 14
11:12 2018

Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədr Məhəmməd Vəliyev
Bakı. 14 mart. REPORT.AZ/ gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və rüşvət almaqda təqsirləndirilən 1961-ci il təvəllüdlü Məhəmməd Vəliyev və həmyaşıdı Cavan Əhmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

“Report”un xəbərinə gərə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri M.Vəliyev ifadə verib.

O bildirib ki, şahidlərin dediklərinin hamısı böhtandır: “2008-ci ildə Nazirlər Kabnetinin qərarı ilə Hövsan bələdiyyəsinə 10 hektar torpaq ayrılıb. Həmin torpaq Əfqanıstan veteranları üçün ayrılmayıb. Biz torpaq sahəsi vermirik, bələdiyyəyə baxılması üçün göndəririk. Mən sədrliyə başlayanda məndən əvvəlki sədr bütün torpaqları vermişdi. Məhkəmədə ifadə verən şahidlərin heç biri sədri olduğum cəmiyyətin üzvü deyil. Hansı ki, onlar 1990-cı illərdə bir vəsiqə əldə ediblər. İndi də gəlib deyirlər ki, “biz veteranıq”. Vəsiqələrinə baxsanız görəcəksiz ki, onların müddəti də keçib”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, rayon məhkəmələrində təşkilatın ləğv edilməsi ilə bağlı məhkəmə iclasları keçirilib: “Həmin şəxslərin məqsədləri təşkilatın ləğv edilməsi olub. Yenə də deyirəm ki, həmin şəxslərin iddiaları bizə qarşı şər və böhtandır”.

M.Vəliyev heç kəsdən pul almadığını, şahidlərin ittihamları ilə razı olmadığını söyləyib: “Heç şikayətçilərin çoxunu tanımıram. İnanmıram ki, digər təqsirləndirilən Cavan Əhmədov da onlardan pul alsın. İstintaq dövründə şikayətçilərlə üzləşdirildim. Onların bəzilərini tanıyırdım. Həmin vaxt da bildirdim ki, şikayətçilərdən pul almamışam”.

Məhkəmə iclası davam etdirilir.

Qeyd edək ki, M.Vəliyev Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri, C.Əhmədov isə təşkilatın sədr müavinidir.

Hər iki təqsirləndirilən dələduzluq, rüşvət alma və sənədlərin saxtalaşdırılmasında ittiham edilirlər.

əvvəl mətbuatda təşkilatın sədr və sədr müavinindən şikayətçi olduqları qeyd edilib.

Şikayətçilər bildiriblər ki, 8 mindən çox üzvü olan İctimai Birlikdə korrupsiyaya yol verilib, veteranlara ayrılmış torpaq sahəsi üçün külli pul tələb olunub.

Onların sözlərinə görə, Prezidentin tapşırığı ilə 2005-ci ilin mart ayında veteranların fərdi ev tikintisi üçün 10,35 ha torpaq sahəsi ayrılıb: “Bizim sosial vəziyyətimizin yaxşılaşdırılması istiqamətində müəyyən verilib. Ancaq birliyin sədri Məhəmməd Vəliyev bizim imtiyazlardan istifadə etməmizə mane olur. Biz başa düşə bilmirik ki, heç Əfqanıstan müharibə veteranı olmayan bir necə birliyin sədri ola bilər. Onlar özlərinə yaxşı biznes qurublar. Birlik üçün nəzərdə tutulmuş torpaq sahəsini sadəcə veteranlara yox, digər şəxslərə də 3500-8000 manat arasındakı qiymətə satır. Əgər araşdırılsa, torpaq sahiblərinin heç müharibə veteranı olmadığı aydın görünər. Hətta birliyin Dilarə Əliyeva 251 ünvanında yerləşən ofisi də yaxınlarda satılıb”.

Şikayətçilər onu da qeyd edib ki, Əfqanıstan müharibə veteranlarına, əlillərinə və şəhid ailələrinə dövlət tərəfindən ayrılmış limitlər və yardımlar da sədr tərəfindən mənimsənilib: “ il ərzində heç bir hesabat müşavirəsi keçirilməyib. Birlik üçün il ərzində nə qədər yardım ayrıldığı da qeyri-müəyyəndir”.

Onlar söyləyiblər ki, edirlər ki, maşın verilməsi nəzərdə tutulan 42 veteranın hər birindən 1000 manat pul tələb olunub.

Zərərçəkmişlər 30 nəfərin imzası ilə Prezident Administrasiyasına məktub göndəriblər. İş araşdırılması üçün Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə idarəsində göndərilib.

Həmin şəxslər Cinayət Məcəlləsinin 178-ci (dələduzluq), 3-ci (rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

Məlumata görə, birliyinin sədri M.Vəliyev Əfqanıstan müharibəsində göstərdiyi şücaətlərə görə “Za boyevıye zasluqi”, “Tərəqqi” medalı ilə təltif olunub.

Source link

Tags
110111430358administrasiyasağırahidlAiləailələrinalmaalmadalmamışalmaqdaanalyticsancaqarasıayAydınayıayındaayrıazAzərbaycanbağbarizbaşbaşabaxBələdiyyəBilbildiribbildiriblbilərbilmirikbirbiribirindbirindəbirlikbirlikdbirliyinbirliyininBizbizimbiznesbucavancicinaycinayətcinayət işicinayətləctimaidadahadavamdedikldeyildeyirdeyirldeyirlərdələduzluqDidigərdilarDövlətdovunDrdrliyiduzluqduzluqdaedəedəkedibedibledibləredilibedilmedilməsiedirledirləretdirilibetdiriliretməevələləəlləəmələmələənərərəəriəriniərininətiətinətləfərdigəlibgöndərilibgooglegörgörəgöstərdiyigünhakimhamıhektarhesabatHəminhərhəttaHKiclasiclaslariddialarililəilinimzasinsanirilibirilmişiistifadistiqamittihamittihamlarkeçiriləkeçirilənkeçirilməkəsdənkikilatkorrupsiyayaLaləğvlimitllimitləLimitlərliyevliyevalumatamaddəmanatmanemartmedalMəcəlləsininMəhəmmədməhkəməməktubməlumatamənMəndəMəndənminmindənmiqdardaMMmüavinindənmüddətimüəyyənmüşavirəmüşavirəsinazirlnazirləNazirlərndirilnəfərinnilibnlardaofisiolaolanolduolduqlarolmadolmayanolubolunubolunuroluronlaronlaraonlardanOnlarıOnlarınonuoxunuprezidentprezidentinprokurorluqpulQARqeydqeyriqədərqərarqiymətqsirlrayonrbaycanrdiyireportrilibrininririkrüşvətrzindsahəSahəsisahəsinisahiblsahiblərininsatılıbsatırsaxtakarlsaxtalasədrsədrisədrliyiSənsənəsənədləShowsininsosialsözlərinstintaqtaptapşırıqlartələtələbtəltiftəqsirləndiriləntərtərəfindətərəfindəntəşkilattikintisitoptorpaqtorpaqlartutulanvaxtververəverənveribverilibverilmverilməverilməsivermiveteranveteranlarveteranlarıveteranlarınaVəliyevvəsiqəyanyanındayaxınlardayerləşənYolyoxzərər
Paylaş
WP Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: