Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

Şahin Mustafayev İranın Prezident Aparatının rəhbəri ilə görüşüb

Şahin Mustafayev İranın Prezident Aparatının rəhbəri ilə görüşüb
March 14
18:26 2018


Tehran, 14 mart, AZƏRTAC

İqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev İrana zamanı Prezident Aparatının rəhbəri Mahmud ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan nümayəndə heyətinin İrana səfərindən məmnunluq ifadə edilib, səfərin ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsinə töhfə verəcəyi vurğulanıb, Azərbaycan-İran iqtisadi əlaqələrinə və İran Prezidentinin Azərbaycana nəzərdə tutulan səfərinə fikir aparılıb, sənaye, kənd təsərrüfatı, , nəqliyyat-, səhiyyə və s. sahələrdə əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğu qeyd edilib.

Vurğulanıb ki, Azərbaycan və İran prezidentləri uğurlu xarici siyasət apararaq regionda dostluğu və mehriban qonşuluğu əsas tuturlar. Dövlət başçılarının səyləri nəticəsində Azərbaycan və İran beynəlxalq əhəmiyyətli layihələrin reallaşmasında iştirak və bu layihələr ölkələrimizin iqtisadi inkişafına töhfə verməklə yanaşı, digər ölkələrə də fayda verəcək.

Görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, xarici işlər nazirinin müavini Xələf Xələfov, Naxçıvan Respublikasının iqtisadiyyat naziri Famil Seyidov da iştirak ediblər.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

AZERTAG.AZ :Şahin Mustafayev İranın Prezident Aparatının rəhbəri ilə görüşüb

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin



Source link

WP Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: