Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

Ötən il Azərbaycan ilə Rumıniya arasında ticarət dövriyyəsi 69 faiz artıb

Ötən il Azərbaycan ilə Rumıniya arasında ticarət dövriyyəsi 69 faiz artıb
March 16
17:21 2018


Bakı, 16 mart, AZƏRTAC

Ötən il Azərbaycan ilə Rumıniya arasında ticarət dövriyyəsi 69 faiz artıb.

İqtisadiyyat Nazirliyinin xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu barədə iqtisadiyyat naziri, Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında elmi-texniki əməkdaşlıq və ticarət-iqtisadi əlaqələr üzrə Müştərək həmsədri Şahin Mustafayev 6-cı Qlobal Bakı iştirak etmək üçün ölkəmizdə səfərdə olan Rumıniyanın Baş nazirinin müavini xanım Ana Birçall ilə görüşündə .

Görüşdə Şahin Mustafayev Azərbaycan və Rumıniya arasında müxtəlif sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini, əməkdaşlığın genişlənməsində qarşılıqlı səfərlərin önəmini vurğulayıb, Azərbaycan və Rumıniya arasında 2009-cu ildə strateji tərəfdaşlığa dair Bəyannamə imzalandığını qeyd . Bildirilib ki, Azərbaycan-Rumıniya əməkdaşlığının məqsədilə bir sıra birgə qurumlar – parlamentlərarası əlaqələr üzrə dostluq qrupları və Müştərək Komissiya fəaliyyət göstərir. Ölkələrimiz arasında əlaqələrin inkişafında Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında elmi-texniki əməkdaşlıq və ticarət-iqtisadi əlaqələr üzrə Müştərək fəaliyyətini qeyd edən Şahin Mustafayev növbəti iclasının keçirilməsinə dair fikirlərini bölüşüb. Ölkəmizin Rumıniya ilə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu qeyd edən Şahin Mustafayev enerji, sənaye, nəqliyyat-tranzit, ticarət, turizm, kənd təsərrüfatı, İKT sahələrində əməkdaşlıq perspektivlərini vurğulayıb. Diqqətə çatdırılıb ki, ölkələrimiz arasında 2017-ci ildə ticarət dövriyyəsi 69 faiz artıb və Azərbaycan qeyri-neft sektorunda əlaqələrin inkişafında . Rumıniya şirkətləri ölkəmizdə sənaye parklarında qismində iştirak edə, Azərbaycanın nəqliyyat-tranzit infrastrukturundan (Bakı-Tbilisi-Qars, Beynəlxalq Dəniz Limanı, Cənub-Qərb marşrutu) istifadə oluna bilər. Şahin Mustafayev Azərbaycanın nəqliyyat-tranzit potensialının digər ölkələrin diqqət mərkəzində olduğunu və bu istiqamətdə müxtəlif təşviqedici tədbirlərin keçirildiyini vurğulayıb. Limanlararası əməkdaşlığın mümkünlüyünü qeyd edən iqtisadiyyat naziri bu ilin mayında Bakıda bu sahədə beynəlxalq tədbirin keçiriləcəyini və Rumıniyanın iştirakının da əhəmiyyətli olacağını diqqətə çatdırıb.

Rumıniyanın Baş nazirinin müavini Ana Birçall ölkəmizə səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti tərəfindən qəbul edilməsini və aparılan müzakirələri yüksək qiymətləndirib, nəqliyyat, enerji, tranzit sahələrində əlaqələrin genişləndirilməsi üçün böyük imkanların olduğunu vurğulayıb. Ana Birçall Rumıniyanın Cənub Qaz Dəhlizinə maraq göstərdiyini diqqətə çatdırıb.

Görüşdə Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında elmi-texniki əməkdaşlıq və ticarət-iqtisadi əlaqələr üzrə Müştərək növbəti iclasının, iş adamlarının iştirakı ilə biznes-forumun keçirilməsinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair mübadiləsi aparılıb.

AZERTAG.AZ :Ötən il Azərbaycan ilə Rumıniya arasında ticarət dövriyyəsi 69 faiz artıb

Mətndə səhv varsa, onu qeyd ctrl + enter düyməsini basaraq bizə göndərin



Source link

WP Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: