Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

Prezident seçkiləri ilə bağlı bu prosedurlar başa çatır

Prezident seçkiləri ilə bağlı bu prosedurlar başa çatır
March 17
09:44 2018

Azərbaycanda aprelin 11-ə edilən prezident seçkilərində bir sıra prosedurlar gün başa çatır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, prezident seçkilərinin -keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin əsasən, Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan, uzunmüddətli ezamiyyətdə olan və Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və ya idarələrində qeydə alınmış seçicilərin seçki dairələri üzrə seçici siyahılarına daxil edilməsi (seçicilərin sayı haqqında məlumatlar əsasında) və dəqiqləşdirilməsi, habelə seçki dairələrinin siyahılarının edilməsi proseduru martın 17- başa çatır.

Bundan əlavə, səsvermə üçün qeydiyyatdan çıxma (səsvermə) vəsiqələrinin dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına verilməsi müddəti martın 17- bitir.

Seçicilərə müvafiq dairə seçki komissiyaları tərəfindən qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsi proseduru da martın 17- başa çatır.

Bundan əlavə, martın 17- hər bir seçki məntəqəsi üzrə edilmiş seçici siyahılarının dəqiqləşdirilməsi, o cümlədən yolu çətin və ya ucqar yerlərdə yaradılan seçki məntəqələri üzrə seçici siyahılarının dəqiqləşdirilməsi proseduru tamamlanır.

Seçkilər günü səsvermənin yeri və vaxtı barədə və ya məlumat lövhələri vasitəsilə seçicilərin xəbərdar edilməsi proseduru da martın 17- başa çatır.

Milli.Az



Source link

WP Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: