Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

Tozsoranın içindən külli miqdarda ekstazi çıxdı

Tozsoranın içindən külli miqdarda ekstazi çıxdı
March 17
14:58 2018

Tovuz Gömrük İdarəsinin əməkdaşları tərəfindən külli miqdarda narkotik vasitənin ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən Metbuat.-a verilən məlumata görə, idarənin “Sınıq-Körpü” gömrük postunda Türkiyədən Azərbaycana piyada sərnişin xətti ilə gələn Azərbaycan vətəndaşları Hüseynov Nizami Çingiz oğlu, Rzayev Kamran Əli oğlu və Məmmədov Tural Kəramət oğluna məxsus əl yüklərinə piyada xəttində quraşdırılmış “Heimann X-RAY” markalı rentgen aparatında gömrük həyata keçirilib.

Baxış zamanı gömrük nəzarətinə təqdim olunmuş ədəd “Fantom” markalı tozsoranın qutusunun içərisində gömrük nəzarətinə bəyan edilməyən olduğu aşkarlanıb. Qeyd olunan tozsoran avadanlığının içərisində paketə bükülü vəziyyətdə dərman preparatlarının olduğu müəyyənləşdirilib. Məlum olub ki, həmin dərman 903 (doqquz yüz üç) ədəd, ürək formalı, narkotik vasitə olan ekstazidir. Faktla bağlı araşdırma aparılır.

Source link

WP Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: