Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

Bu gün 36.613 şagird imtahan verəcək

Bu gün 36.613 şagird imtahan verəcək
March 18
09:19 2018

gün Dövlət İmtahan Mərkəzi (DİM) respublikanın 30 şəhər rayonunda ümumtəhsil 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsini, 23 şəhər rayonunda isə ilk peşə-ixtisas təhsili sonuncu sinfində təhsil alan şagirdləri üçün buraxılış imtahanı keçirir.

Milli.Az-ın məlumatına görə, ümumilikdə 36613 şagirdin imtahan verəcəyi nəzərdə tutulur.

İmtahan saat 11:00-da .

Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

– imtahana buraxılış vərəqəsini;

– şəxsiyyəti təsdiq edən sənədin əslini:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil ) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər şəxsi pasportları icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini .icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

– Şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır şəkil möhürlə təsdiqlənir).

İmtahanların keçirilməsi üçün ümumilikdə 127 imtahan mərkəzi ayrılıb.

9-cu sinif buraxılış imtahanının birinci mərhələsində 32822 (Şəmkirdə 2467, Gədəbəydə 837, Ağstafada 944, Qazaxda 1015, Tovuzda 1952, Mingəçevirdə 1302, Balakəndə 881, 1232, Qaxda 610, Yardımlıda 589, Cəlilabadda 2338, 2138, Lerikdə 598, Göyçayda 1335, Ağdaşda 1257, Ucarda 927, İsmayıllıda 981, Qobustanda 377, Ağcabədidə 1815, Xocavənddə 56, Füzulidə 813, Beyləqanda 1047, Salyanda 1419, Neftçalada 821, Hacıqabulda 715, 1041, Qubada 1953, Siyəzəndə 469, Xızıda 164, həmçinin şəhərində yerləşən xüsusi məktəblərin – internat məktəblərində, tədrisi ingilis dilində olan məktəblərdə, Çilov adasında yerləşən məktəbdə, cəzaçəkmə müəssisələrində olan ümumtəhsil müəssisələrində 729) şagirdin iştirakı nəzərdə tutulur.

İlk peşə-ixtisas təhsili buraxılış imtahanında isə 3791 (Bakıda 1499, Gəncədə 300, Şəmkirdə 77, Gədəbəydə 73, Qazaxda 55, Tovuzda 55, Sumqayıtda 428, Şamaxıda 61, Qaxda 84, Bərdədə 132, Göyçayda 70, Kürdəmirdə 76, Zərdabda 60, Şirvanda 153, Sabirabadda 61, Biləsuvarda 66, Salyanda 72, Saatlıda 78, Lənkəran 56, Cəlilabadda 117, Qubada 77, 39, 102 nəfər) 11-ci sinif şagirdinin iştirakı nəzərdə tutulur.

İmtahanların idarə olunmasına ümumilikdə 285 imtahan rəhbəri, 3278 nəzarətçi-müəllim ayrılıb.

Milli.Az



Source link

WP Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: