Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 2017-ci il üzrə illik hesabatını açıqlayıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 2017-ci il üzrə illik hesabatını açıqlayıb
March 19
16:53 2018


Bakı, 19 mart, AZƏRTAC 

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi şəhəri və Yevlax rayonunun inzibati ərazilərində həyata keçirilən pilot layihənin yekunlarına dair hesabatını açıqlayıb. İllik hesabatda Agentliyin fəaliyyəti, ilkin səhiyyə xidmətlərinin təkmilləşdirilməsi və tibbi xidmətlərinin təşkili sahəsində əldə olunan nəticələr, icbari tibbi sığorta sahəsində görülən işlər barədə məlumatlar öz əksini tapıb.

Bu barədə AZƏRTAC-a Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr sektorundan bildirilib.

Hesabat dövrü ərzində pilot ərazilərdə sığorta olunanların və rəsmi qeydiyyatda məcburi köçkünlərin ümumi sayı 256 401 nəfər təşkil edib.

Layihə çərçivəsində 129 ödənişsiz tibbi xidmətə təminat verilir ki, bunlardan 40-ni ambulator, 677-si stasionar, 6-sı təcili və təxirəsalınmaz, 1-i ilkin səhiyyə, 23-ü isə fizioterapevtik tibbi xidmətlərə aiddir. Həmçinin 459 laborator müayinəyə və 166 həyati vacib, dəyəri yüksək xidmətlərə təminat verilir.

Ödənişsiz tibbi xidmətlərlə təmin edilmiş əhalinin səhiyyə xərcləri ilə bağlı maliyyə yükü xeyli azaldılıb və baza (əsas ) zərfi çərçivəsində əhali tərəfindən birbaşa çəkilən xərclər 100 faiz həcmində aradan qaldırılıb. Həmçinin icbari tibbi sığortanın başlıca məqsədlərindən əhalinin tibbi xidmətlərə əlçatanlığı təmin edilib. Hesabatda qeyd edilən göstəricilərə əsasən, pilot ərazilərdə 2016-cı il ilə müqayisədə stasionar qəbul 21 faiz, cərrahi əməliyyatlarının sayı isə 33 faiz artıb. Həyata keçirilmiş cəmi əməliyyatların sayı 274 olub. Həyati vacib əməliyyatların sırasında ümumi payı 0 faiz və dəyəri 1.7 milyon manat olmaqla ürək-damar xəstəlikləri üzrə əməliyyatlar əsas yeri tutur. Statistikaya əsasən ürək-damar cərrahiyyəsi üzrə 375 nəfərə 90 tibbi xidmət göstərilib.

Beynəlxalq təcrübənin tətbiqi nəticəsində xəstəxanada yatış müddəti azalıb və xəstənin çarpayıda keçirdiyi günlərin orta sayı optimallaşdırılıb. Belə ki, 2016-cı il ilə müqayisədə şəhəri ərazisində xəstələrin çarpayıda keçirdiyi günlərin orta sayı 9.5-dən 4.-ə, Yevlax rayonu ərazisində isə 16.5-dən 7.3-ə enib.

Pilot layihənin həyata keçirildiyi müddətdə xidmətə görə ödəniş mexanizminin əsası qoyulub, işçilərin əməkhaqları artırılıb və beynəlxalq təcrübədə geniş vüsət almış adambaşına ödəniş tətbiq edilib.

Pilot layihə müddətində səhiyyə xərclərinin maliyyələşməsinə çəkilən xərclərin təhlili göstərir ki, pilot ərazilərdə adambaşına düşən səhiyyə xərci kapital qoyuluşlar nəzərə alınmaqla 114 manat, böyük kapital qoyuluşlar nəzərə alınmamaqla 93 manat civarında təşkil edir.

2017-ci il ərzində ümumilikdə pilot layihə çərçivəsində səhiyyə xərclərinin maliyyələşdirilməsinə 26.2 milyon manat sərf edilib ki, bunlardan 21 milyon xəstəxanaların, 3 milyon ilkin səhiyyə üzrə təkmilləşdirilmə işlərinin, 2.2 milyon isə müqaviləli tibb müəssisələrinin payına düşür.

Səhiyyəyə ayrılan vəsaitlərin qənaət edilməsi və maliyyə vəsaitlərinin səmərəli xərclənməsində informasiya texnologiyalarının böyük rol oynadığını nəzərə alaraq, hesabat dövründə səhiyyə xidmətlərinin elektronlaşması ilə bağlı bir sıra tədbirlər həyata keçirilib. Sığorta ödənişlərinin vaxtında icrası və hesabatlılığın gücləndirilməsi üçün pilot layihə başladıqdan sonra xəstəxanalar kompüterlər və proqram təminatları ilə təchiz edilib, nəticədə müəssisədaxili fəaliyyətin 0 faiz elektronlaşmasına nail olunub.

Hesabat dövrü ərzində ilkin səhiyyə təşkil olunaraq onun maddi-texniki bazası və infrastrukturu təkmilləşdirilib. Yevlax rayonu inzibati ərazisi üzrə -epidemioloji tələblərə cavab verən 5 ilkin səhiyyə müəssisəsi (Yevlax şəhəri, Malbinəsi kəndi, Qaramanlı kəndi, Xaldan və Aran qəsəbələrində), şəhəri üzrə isə 2 ilkin səhiyyə müəssisəsi təşkil olunub. Burada 1 adda tibbi xidmət ailə həkimləri tərəfindən təmin edilir.

İcbari tibbi sığortanın maliyyə və hüquqi əsaslarını tənzimləyən hüquqi bazanın yaradılması və təkmilləşdirilməsi icbari tibbi sığortanın 2019-cu ildə ölkə üzrə tətbiqini şərtləndirən ən başlıca amillərdəndir. Bu səbəbdən Agentlik tərəfindən hazırlanmış yeni “İcbari tibbi sığorta haqqında” qanun layihəsi və digər aidiyyəti hüquqi aktların müvafiq orqanlarla razılaşdırılmaqla qısa zamanda Milli Məclisə təqdim olunacaq.

 

AZERTAG.AZ :İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 2017-ci il üzrə illik hesabatını açıqlayıb

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin



Source link

Tags
110016181922016212326345678809adambaaddaagentliyiagentliyinagentliyininaidiyyaktlaraktlarıAlalaraqaliyyambulatoramillaradanaranarpayartırartırılıbatanlayinayrıayrılanazAZALazaldazaldıazaldılıbAZƏRTACbağbarbaşbaşlıcabazanbazanınbazasBelBeynəlxalqbildirilibbirbirbabirbaşaBizbubunlardanburadacavabcbaricburicəmicərrahicərrahiyyəsicicivarcminddadairdamardaxilidbirldəndəyəridigərdirilibdirilmDövlətdüşədüşənedibediləedilənedilibediliredilmedilməsiedilmiedirelektronlaenibepidemiolojiələləənərərəəriərininətiətinətləfaizfəaliyyətigenigörgörüləgörüləngöstəricilərgöstərirhalininhaqqhaqqıhesabathəkimlərihəmhəyataicbariicrasictimaiyyililəilkinillikinformasiyainfrastrukturuinzibatiirdiyiirildiyiirilibirilmiişləişlərişlərininIVkapitalkeçirdiyikeçiriləkeçirilənkəndikikimləkimlərikmillköçKöçkünlərinLalayihlayihəlayihələrilayihəsiLiliyyatlarlumatlarlxalqmaddimaliyymaliyyəmanatmartmetoduMəcburiməclisMəlumatlarmillimilyonminminatminatlarMingəçevirmüayinəmüddətimüəssisəmüəssisələrininmüəssisəsimüqaviləmüqayisənailndirilmnəfərnəticəninnormativnzimlolanolmaqlaolubolunacaqolunanolunanlarolunubonuOnunoptimallaortaortanoynadoynadığıPAYpayıpayınapilotproqramqaldırılıbqanunqavilqeydqeydiyyatdaQəbulqənaətqəsəbəqoyuluqoyulubRArayonurayonununrazilrazisirazisindrazırazılaşdıRFricilrilibrininrlanmrolrrahirrahiyyrzindsahəsaitlsanitarsaslarsaysaydasəbəbdənSəhiyyəsəhvsəmərəliSizSığortasığortanınsırasırasındasonrastasionartaptapıbtbiqitbiqinitexnikitexnologiyalartəchiztəcilitəcrübətədbirlərtələtəmintəqdimtərtərəfindətərəfindəntəşkiltəşkilitətbiqtətbiqitəxirətibbtibbituturvacibvarsavaxtvaxtıvaxtındaververəverənverilirvəsaitxaldanxanadaxanalarxeylixərcixərclərxərcləriXəstəxəstələrinxəstəlikləxəstəlikləriXəstəninxəstəxanadaxidmətXidmətixidmətləryaradyatayekunlaryekunlarıyekunlarınayeniyenidyenidənyeriyevlaxyükyüksəkzamanda
Paylaş
WP Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: