Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

Ağstafada tank əleyhinə mina aşkarlanıb

Ağstafada tank əleyhinə mina aşkarlanıb
March 20
23:41 2018

Martın 20-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Daxili İşlər Nazirliyinin  “102”  Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə () Ağstafa rayonu Ağgöl kəndində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

 

- APA-ya verilən xəbərə görə, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu həmin əraziyə göndərilib.

 

Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş ərazidə hərbi hissənin yaxınlığına baxış keçirilib, aparılan təcili təxirəsalınmaz əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd tank əleyhinə mina (TM-57) aşkar zərərsizləşdirilməsi üçün agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

 

Aşkar olunmuş minanın ətrafında 200 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, bundan əlavə əşya aşkar edilməyib.

WP Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: