Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

Honk Konqun ən varlı şəxsi təqaüdə çıxır

Honk Konqun ən varlı şəxsi təqaüdə çıxır
March 22
23:12 2018

Honk Konqun ən varlı şəxsi Li Ka-şinq (37.7 milyard dollar sərvətə sahibdir) dünyanın 50-dən çox ölkəsində fəaliyyət göstərən və 323 000 işçisi olan “CK Hutchison Holdings Ltd”nin sədrliyindən bugün təqaüdə çıxdığını elan etdi.

Milli.Az moneta.az-a istinadən bildirir ki, 89 yaşlı Li may ayının 10-da baş tutacaq şirkətin illik yığıncağından sonra rəsmi şəkildə təqaüdə çıxacaq. 13 yaşından zavodda işləməyə başlayan Li iş etikası və biznes uğuruna görə “Superman” ləqəbini qazanıb.

Jurnalistlərə verdiyi müsahibəsində Li bildirib ki, “Mən uzun müddətdir çalışıram. Mən hər demişəm ki, istənilən vaxt işdən ayrıla bilərəm, şirkət eyni qaydada idarə olunmaqda davam edəcək”, Li deyib.

Bir neçə il öncə varisi seçilən böyük oğlu Victor Li biznesin rəhbərliyini öz üzərinə götürəcək.

Li Ka-şinq kim ?

Li Ka-şinq 29 iyul 1928-ci ildə Çinin Çaojou şəhərində kasıb müəllim ailəsində anadan olmuşdur. Valideynləri ilk olaraq ona Li Ka-li Çzyaçen adı veriblər. Lakin sonradan yapon ordusundan qorunmaq üçün ailəsi Honk Konqa köç edəndə adını dəyişiblər. Gələcək milyarderin ailəsi kasıb olsa da, adlı-sanlı . Belə ki, Çində müəllimlik peşəsi ən prestijli, şərəfli peşə hesab olunurdu. Bu səbəbdən Şinqin atasına hər kəs hörmət edirmiş. Atası onun alim olmasını istəyirmiş. Arzusunun reallaşması üçün oğluna ancaq “oxu” deyərmiş. Li Ka-şinq özü bu haqda belə deyir:

“Atam məndə öyrənmək və həyatda nəyin əsas olduğunu bilmək arzusu yaratdı. Həyatımda proseslərin necə inkişaf etməsindən asılı olmayaraq, atamın mənimlə fəxr etməsi üçün hər şey edəcəkdim.”

Li Ka-şinqin uşaqlığı müharibə illərinə təsadüf etdiyindən çox ağrılı və səfalət içində keçib. Belə ki, onun 8 yaşı Yaponiya Çinə qarşı hərbi əməliyyatlara başlayır. Ailə daimi yaşayış yerindən ingilislərin nəzarətində olan Honq Konqa üz tutur. Atası özü ilə ancaq ən dəyərli əşyalarını – şagirdlərinin hədiyyə etdiyi kitabları götürür. Honkonqda yaşayan varlı tacir qardaşının onlara olacağını düşünür. Lakin qardaşı onu və ailəsini yaxınlığına belə buraxmır. Ailə günlərlə küçədə yaşadıqdan sonra bir balıqçının komasına yerləşir. Bir il sonra Linin atası vərəmdən vəfat edir. Qardaşı ailəni dolandırmaq üçün əmisinin qapısında fəhlə işləyir. Sonradan həmin günləri xatırlayan Li Ka-şinq belə deyir:

“Mən həyatla üz-üzə gəldim. Həyatı necə varsa, elə gördüm. On iki yaşım var idi, amma özümü 20 yaşında, hətta böyük hiss edirdim”.

Sosial, maddi çətinliklərə rəğmən, Honq Konqa yerləşdikdən sonra təhsilini davam etdirməsi üçün valideynləri onu məktəbə qoyurlar. Çətinliklər fonunda Li Ka-şinq təhsil almaqda davam edir. Amma atası vəfat etdikdən sonra təhsilini yarımçıq buraxmaq məcburiyyətində qalır.

Ailəsini dolandırmaq üçün əmisinə üz tutur və iş istəyir. Əmisi onu kəmər satıcısı kimi işə götürür. Əslində vəziyyət elə imiş ki, Li ən ağır işlərə razı olmağa hazır .

Bir qədər sonra o, perspektivli iş tapır. Dəmir qapılar istehsal edilən zavodda möhür vuran işləyir. Qazandığı pulun anasını dolandırmağa çatdığını görəndə isə təhsilini davam etdirməyi qərara alır. Zavoddakı növbəsindən sonra gecə məktəbinə gedir. Məhz həmin ərəfədə nəyin bahasına olursa-olsun, uğur əldə edəcəyinə dair özünə söz verir.

1940-cı illərin sonunda plastik əşyalar istehsal edən şirkətə işə düzəlir. Müharibədən sonra plastik əşyalardan həyatda çox istifadə edilməyə başlanılır, bu da böyük tələbat yaradır. Li günün 16 saatını durmadan işləyir. Onun öz işini qurması isə sırf təsadüf nəticəsində baş verir. Dediyinə görə, bir dəfə işlədiyi şirkətin rəhbəri xəstələnir. Həmin ərəfədə isə təcili işgüzar məktub hazırlanmalı imiş. Li kömək etməyi qərara alır. Yazdığı məktub o qədər savadlı, səhvsiz olur ki, şirkətin direktoru ona departament rəhbərliyi vəzifəsini təklif edir. Li buna cavab olaraq topdansatış sektorunun ona həvalə edilməsini istəyir. Bir il ərzində digər topdansatış menecerlərindən 7 dəfə çox məhsul satmağı . 19 yaşında ona şirkətdə rəhbər vəzifələrdən birini verirlər. Onu gələcəkdə yaxşı elmi perspektiv gözləsə , o, biznes qurmağı qərara alır və şirkətdən ayrılır:

“Öyrənəcəyim heç nə qalmamışdı. Həmin şirkətdə direktor da ola bilərdim. Amma belə vakansiya yox idi”.

Kiçik kapitalla plastik əşyaların topdansatışı ilə məşğul olmağa başlayır. Bundan əlavə, keçmiş müdirinə satışda kömək edərək xidmətinin əvəzində alır. Sərəncamında sərbəst vəsaitin qaldığını görüb Honq Konqdakı bütün xarici qəzetlərə abunə olur. Həmin mətbu o, əsasən Qərb cəmiyyətində baş verənləri, eləcə böyük bizneslərdəki vəziyyətlə bağlı məlumatları oxuyur, proseslərlə tanış olur. Bütün xəbərləri mütaliə etdikdən sonra Li qərara alır ki, çinli istehsalçılar öz məhsullarını çox ucuz qiymətə Qərbə sata bilərlər.

Li Ka-şinq keyfiyyətli məhsul istehsal etməyi öyrənmək məqsədilə Avropaya gedir. Qayıtdıqdan sonra yeni texnologiyalar əsasında işini davam etdirir.

1966-cı ildən başlayaraq torpaq almağa başlayır. Bu məsələdə siyasi situasiya da onun xeyrinə işləyir. Belə ki, Çində kommunist hakimiyyətinin bərqərar olacağından təlaşa düşən daşınmaz əmlak və infrastruktur sahəsində fəaliyyət göstərən xarici investorlar sahib olduqları nə varsa dəyər-dəyməzinə satıb, ölkəni tərk edirlər. Li Ka-şinq ağıllı investor kimi prosesdən yararlanmağı . 1970-ci illərin ortalarında “Cheng Kong Holdings” şirkətini yaradır.

1979-cu ildə o, müxtəlif əhatə edən ingilis şirkəti “Hutchison Whampoa”nı əldə edir. sonra, şirkətin adı dəyişdirilərək, “CK Hutchison Holdings Ltd” olur. Şirkət Honq Konqun bütün dəniz nəqliyyatına və faktiki olaraq, port obyektlərinə nəzarət edirdi.

Li Ka-şinq uğurunun sirri kimi riski sevdiyini göstərir:

“Milyardlarla dollar kredit götürürəm və onu iqtisadiyyatın müxtəlif sahələrinə yatırıram. Milyarder olmaq üçün başını işlətmək kifayətdir”.

Milli.Az

Tags
000110131619202950789adagirdlağırağrıAiləailəniailəsiailəsiniAlAlimaliyyalıralmaalmağaalmaqdaammaanadanAnasıancaqArtıqarzusuAtamAtamınatasınaavropayaayAyanayıayınınayrıayrılaayrılırazbacarbacarırbağbalbalıBalıqbalıqçıbaşbaşıBaşınbaşlanılırbaşlayanBelBilbildiribbildirirbilərbilərdimbilərəmbilərlərbirbirinibiznesbiznesinbubunabundanburaxmburaxmaqcavabcburiyycidadahadaimidairdaşıDaşınmazdavamdediyindepartamentdeyədeyibdeyirdəmirdənDənizdəstdəstədəstəkdəyərlidəyişdirilədəyişdirilərəkdigərdildirektordirektorudirildirindolanddollarDünyanıDünyanınDURdurmadandüşədüşənedəedəcəkedənedərəkediləedilənedilmediredirdiedirdimedirledirləredirmiElelaneləetdietdiriretdirmetdirməyietdiyietməetməsietməyievinineyniələlaələənərərəəriərininətdənətiətinətiniətininəziyyətfacebookfaktikifəaliyyətfəxrfonundagecgedirgələgələcəkgörgörəgöstərgöstərəgöstərəngöstərirgötürəgötürəcəkgünGündəgündəlikgünlərigünühakimiyyhakimiyyətininhaqdaHBhesabHəminhərhərbihəttahəyatHəyatdahəyatıhisshörməthsilinihsullaridiilildəildəniləilkillərinillikinfrastrukturingilisingilislinvestorinvestorlariqtisadiyyatiqtisadiyyatıişçisiişdənişləişlədiyiişlərişləyiristehsalistənilənistəyiristifadistinadjurnalistljurnalistləjurnalistlərkapitallaKasıbkeyfiyyKeyfiyyətlikəskikiçikkifaykifayətdirkimkitablarköməkkomissiyakreditKüçəLalakinlayanlayaraqLilininliyyatlaralumatlarmaddimenecerlmenecerləməhsulməhsullarıməhsullarınməhzməktəbməktəbinməktubMəlumatlarmənməsələməşğulmillimilyardmilyardermilyarderinminmisinmisininmüəllimmüəllimlikmüharibədəMüxtəlifneNəqliyyatnəqliyyatınəticənəyinnəzarətninnövbənövbəsindəobyektlobyektlərinoğluoğlunaolaolacaolanolandaolaraqolduolduqlarolmağaolmaqolmasolmasıolmayaraqolmuşolsaolsunolubolurolursaonaonlaraonuOnunordusundanorqanlardanortalarötüroxuoxuyurözperspektivperspektivlipeşəpeşəsiplastikproseslpulunqaldığıqalırqapıqapısıQARqardaqardaşıqardaşınıqardaşınınqaydadaqayıtdıqazanqazandqazanıqazanıbqədərqəraraQərbqiymətqliyyatqorunmaqqurmareallarəhbərrəhbərirəhbərliyiRFrininriskirlanmalrlayanrliyirzindsaatSaatışadsahəsahələrisahibsaitinsatasatıcısatışsatışdasatmasavadlseseçiləsektorununsevdiyinisəbəbdənsərbəstsərəncamsərəncamısirrisiyasislindsonrasonradansonundasosialtacirtaptapırtexnologiyalartəciliTəhsilTəhsilinitəkliftələtələbatTəqaüdtərktəsadüftinintinlikltorpaqtutacaqtuturucuzuğurüzəUzunvakansiyavalideynlvalideynlərivarvarsavaxtververdiyiverəveriblveriblərverirverirlverirlərvəfatvərəmdənvəsaitinvəzifəvəziyyətvuranxacaqxaricixeyrinxəbərləXəstəXidmətininyayalaryaponyaponiyayaradyaradıryararlanmayaratdyarımYarımçıqyaşyaşadıyaşayanyaşıYaşımyaşındayaşındanyatdayeniyerindyerindəyerindənyerləşiryirmiyığıncağıyoxyükzamanzavodda
Paylaş
WP Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: