Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

Bakıda tanınmış qadın həkimi şantaj edən şəxsin cəzası azaldıldı

Bakıda tanınmış qadın həkimi şantaj edən şəxsin cəzası azaldıldı
April 06
21:21 2018



Tanınmış həkimi şantaj edərək pul tələb etməkdə təqsirləndirilən Elnur İbrahimovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Lent.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim Namiq sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Hakimlər kollegiyasının qərarına əsasən, E.İbrahimovun 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası 5 ilə endirilib.


Qeyd edək , E.İbrahimov Bakıda fəaliyyət göstərən klinikaların birində çalışan tanınmış nevropatoloq və EEG həkimi ilə sosial şəbəkədə tanış olub. Daha sonra E.İbrahimov onunla münasibət qurub. Bir qədər keçəndən sonra o, qadını rüsvay etməklə şantaj edərək ondan 8 min manatdan çox pul alıb.


 


Daha sonra həkim E.İbrahimovdan hüquq-mühafizə orqanlarına şikayət edib və o saxlanılıb. E.İbrahimovun barəsində həbs qətimkan tədbiri seçilməmişdi.


 


O, ittihamları qəbul etmədiyini və həmin qadından pulu yardım məqsədilə istədiyini söyləyib.


 


Bakı Cinayətlər Məhkəməsinin hökmü ilə E.İbrahimov 7 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub. 





Source link

WP Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: