Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

“Caspian European Club”un tibb komitəsinin iclası keçirilib

“Caspian European Club”un tibb komitəsinin iclası keçirilib
April 06
20:06 2018


Bakı, 6 aprel, AZƏRTAC

Bakıda “Caspian European Club”un tərkibinə daxil olan tibb komitəsinin qapalı iclası keçirilib.

Klubdan AZƏRTAC-a bildiriblər ki, tibb komitəsinin rəhbəri Vüqar Eyvazovun ilə keçirilən toplantıda tibb şirkətlərinin rəhbərləri və nümayəndələri şirkətlərin qarşılaşdığı problemləri, həmçinin onların həlli yollarını müzakirə ediblər. Səsləndirilən təkliflər “Caspian European Club”un hüquq komitəsi öyrənildikdən sonra müvafiq qurumlarına göndəriləcək.

İclasda, həmçinin “Caspian European Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Komitəsinin Aparatının qanunverici metrologiya şöbəsinin müdiri Oqtay Abbasov, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Komitəsinin Aparatının informasiya təminatı və elektron idarəetmə şöbəsinin müdiri Fazil və “Azetest Təcrübə Sınaq” MMC-nin baş direktoru Qulam Ələkbərli çıxış ediblər.

Sıralarında dünyanın 70 ölkəsindən olan mindən artıq şirkət və təşkilatı birləşdirən “Caspian European Club” 2002-ci ilin iyununda Xəzər-Qara regionunda göstərən nəhəng neft-qaz şirkətlərinin və “Caspian İnternational Media Group”un fəal iştirakı ilə yaradılıb.

2016-cı il dekabrın -də “Caspian American Club”, 2018-ci il 26-da “Caspian Asian Club” yaradılıb. Hər iki təşkilat iki il ərzində “Caspian European Club”un idarə heyətinin üzvləri idarə olunacaq.

Mətndə səhv varsa, qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin



Source link

WP Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: