Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

Prezident seçkiləri ilə əlaqədar aprelin 10-u “sükut günü”dür

Prezident seçkiləri ilə əlaqədar aprelin 10-u “sükut günü”dür
April 06
20:13 2018

Bakı. aprel. REPORT.AZ/ Aprelin 11- təyin edilən Azərbaycan prezidentinin seçkiləri ilə əlaqədar aprelin 10-u, növbəti həftənin çərşənbə axşamı “sükut günü”dür.

“Report” xəbər verir , Seçki Məcəlləsinə əsasən, səsvermə günü və ondan əvvəlki gün, yəni “sükut günü” hər hansı seçkiqabağı təşviqat aparmaq, mitinqlər təşkil etmək qadağandır.

Seçkiqabağı təşviqat aprelin 10-da saat 08:00-da dayandırılacaq.

Xatırladaq , Mərkəzi Seçki Komissiyası 8 nəfərin prezidentliyə namizədliyini qeydə alıb. Bunlar prezidentliyə Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Əliyev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülən Qüdrət Həsənquliyev, Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən irəli sürülən Əlizadə, Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən irəli sürülən Fərəc Quliyev, “Cəbhəçilərin qrupu” tərəfindən irəli sürülən Razi Nurullayev, Müasir Müsavat Partiyası tərəfindən irəli sürülən Hafiz Hacıyev, öz təşəbbüsü ilə namizədliyini irəli sürən Zahid Oruc və Azərbaycan Demokrat Partiyası tərəfindən irəli sürülən Məmmədovdur (Cəlaloğlu).

Source link

WP Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: