Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

Qırğızıstan XİN-in rəsmisi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyəti barədə məlumatlandırılıb

Qırğızıstan XİN-in rəsmisi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyəti barədə məlumatlandırılıb
April 06
23:18 2018

Bakı, 6 aprel, AZƏRTAC

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Günay Əfəndiyeva Qoşulmama Hərəkatının işlər nazirlərinin konfransı çərçivəsində Qırğızıstanın İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə elçisi Xanaim Baktuqulova ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, G.Əfəndiyeva Fondun türk xalqlarının tarixinin, ədəbiyyatının və mədəniyyətinin mühafizəsi və təşviqi istiqamətində fəaliyyətindən söz açıb. O, Fondun üzv ölkələrindən biri olan Qırğızıstanı əhatə edən müxtəlif layihələr, o cümlədən bütün türk dünyasının zəngin mədəni irs nümunələrindən olan Dədə Qorqud, Manas, Koroğlu dastanları ilə bağlı layihələr barədə məlumat verib. Günay Əfəndiyeva böyük qırğız yazıçısı Çingiz Aytmatovun 90 illik yubileyi ilə bağlı Fond keçirilməsi planlaşdırılan tədbirlər barədə də .

Bakıda ilk dəfə səfərdə olan Xanaim Baktuqulova paytaxtımız haqqında təəssüratlarını heyranlıqla . O, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun həyata keçirdiyi layihələri qiymətləndirərək, onların Qırğızıstan xalqı üçün əhəmiyyətini vurğulayıb. X.Baktuqulova, həmçinin Fondun həyata keçirdiyi layihələrə Qırğızıstan hökuməti hərtərəfli dəstək veriləcəyini qeyd edib.

Görüşdə birgə əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.

AZERTAG.AZ :Qırğızıstan XİN-in rəsmisi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyəti barədə məlumatlandırılıb

Mətndə səhv varsa, qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

WP Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: