Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

Vərəmə qarşı stiqmanın aradan qaldırılmasına həsr olunmuş “Qışın isti nəfəsi” bədii filmi nümayiş etdirilib

Vərəmə qarşı stiqmanın aradan qaldırılmasına həsr olunmuş “Qışın isti nəfəsi” bədii filmi nümayiş etdirilib
April 06
19:25 2018


Bakı, 6 aprel, AZƏRTAC

Aprelin 6-da Beynəlxalq Mətbuat Mərkəzində Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin regional vərəm proqramı TB REP-in Azərbaycan üzrə vətəndaş cəmiyyəti əlaqələndiricisi “Sağlamlığa Xidmət” İctimai Birliyinin təşəbbüsü ilə Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr olunmuş konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə aprel döyüşləri zamanı şəhid olan vətən fədailərinin ruhu bir dəqiqəlik sükutla yad edilib. Sonra vərəm xəstəliyi, onun əlamətləri, mübarizə üsulları haqqında məlumat verilib. Daha sonra ictimai birliyin sədri Elçin Muxtarlı çıxış edərək dünyada və Azərbaycanda vərəmlə bağlı mövcud vəziyyət haqqında danışıb: “Vərəm xəstəliyi dünyada ən çox ölümə səbəb olan yoluxucu xəstəlikdir. Dünya Səhiyyə Təşkilatının məlumatına görə, 2000-2016-cı illər ərzində dünyada 53 milyon xəstə sağalıb. Hər 28500 nəfər vərəmə yoluxur və 4500 nəfər vəfat edir. 2016-cı ildə dünyada 1 milyon uşaq vərəmə yoluxub, 210 mini isə həyatını itirib. Vərəmə tutulmuş 10,4 milyondan nəfərdən yalnız 6,3 milyonu aşkar edilib və qeydiyyata . Həmin ən çox yayıldığı ölkələr Hindistan, İndoneziya, Çin, Filippindir. Şərqi Avropa və Mərkəzi Asiyada vərəmlə xəstələnmə hər 100 min nəfərə 51-100, Qərbi Avropada 10 nəfərdən az, Amerika qitəsində təxminən 5, Afrika qitəsində isə 150-300 nəfər edir. Bu onu göstərir ki, vərəm sosial yaşayış səviyyəsi aşağı olan ölkələr arasında daha çox yayılıb”.

Son illərdə Şərqi Avropa və Mərkəzi Asiyada geniş vüsət alan dərmanlara davamlı (DD) vərəm isə ildən-ilə yayılmaqda olan xüsusi təhlükə hesab edilir. 2016-cı ildə 490 min nəfərdə vərəmin bu növü aşkarlanıb. 2016-cı ildə DD sağalma 59 faizə bərabər olub.

Azərbaycan da vərəmin ən çox yayıldığı 30 ölkə arasındadır. Yeddi il əvvəl Ölkə Əlaqələndirmə Komissiyasının təşəbbüsü ilə vərəmə qarşı effektiv nəzarətin gücləndirilməsi məqsədilə vərəmlə mübarizə sahəsində çalışan QHT koalisiyası yaradılıb. Koalisiyanın tərkibinə “Həyat” İctimai Birliyi, “Sağlamlığa Xidmət” İctimai Birliyi, Azərbaycan Qızıl Aypara Cəmiyyəti, Fiziatrlar və Pulmonoqlar İctimai Birliyi və vərəmin təsirinə məruz qalmış icma nümayəndələri . Koalisiya dövlət qurumları ilə birgə əməkdaşlıq çərçivəsində vərəm haqqında maarifləndirmə tədbirləri və xəstələrə sosial- dəstək həyata keçirirlər.

Təşkilatın “Azadlığa buraxılan vərəmli xəstələrin müalicələrinin izlənilməsi və sosial dəstək” layihəsi üzrə koordinatoru Çingiz Ramazanlı öz çıxışı zamanı əsas məqsədin müalicəsi başa çatmadan azadlığa buraxılan vərəmli xəstələrin müalicələrinin davam etdirilməsinə dəstək göstərmək olduğunu qeyd edib. O, bildirib ki, bu günə kimi 685 nəfər vərəm xəstəsi azadlığa buraxılıb və Qlobal tərəfindən maliyyələşdirilən həmin layihədən bəhrələnib. Ç.Ramazanlı hər il 9 milyon insanın vərəmə yoluxduğunu və onların 3 milyonunun qayğıdan məhrum olduğunu vurğulayıb.

Daha sonra çıxış edən Milli Məclisin sosial qanunvericilik şöbəsinin müdir müavini Musa Qurbanov, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin müalicə işinin təşkili idarəsinin rəisi Füzuli Hüseynov, keçmiş vərəm xəstəsi, “Vərəmsiz Gələcəyə Doğru” İctimai Birliyinin üzvü Amal Allahverdiyev, müxtəlif QHT rəhbərləri xəstəliklə mübarizə üsullarından, müvafiq qurumlarda həyata keçirilən layihələr, nailiyyətlər, hədəflər haqqında danışıblar. Tədbir zamanı vərəmli xəstələrə qarşı cəmiyyətdə stiqmanın aradan qaldırılması mövzusuna toxunulub, ayrı-seçkiliyin və yayılmasının aradan qaldırılması üçün maarifləndirmənin rolu vurğulanıb.

Konfrans zamanı ssenari müəllifi və quruluşçu Murad Abıyev olan vərəmlə bağlı stiqmanın aradan qaldırılmasına həsr edilmiş “Qışın isti nəfəsi” adlanan maarifləndirici film nümayiş olunub.

Sonda “Vərəm haqqında ən yaxşı məqalə” jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıblar.

AZERTAG.AZ :Vərəmə qarşı stiqmanın aradan qaldırılmasına həsr olunmuş “Qışın isti nəfəsi” filmi nümayiş etdirilib

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin



Source link

Tags
1101001502016330300455369AbıyevadlananafrikaAlalanalıbalınalınıbAllahverdiyevalmaamerikaaprelaradanarasıasiyaasiyadaaşkaraşkarlanıbaviniavropaavropadaayayparaazazadlazadlığaAzərbaycanAzərbaycandaAZƏRTACbağbarizbaşbaşaBeynəlxalqBədiibərabərbildiribbirbirliyibirliyinbirliyininBizbuburaxburaxılıbclisinctimaidadahadandanışıbdanışıblarDardavamdavamldaxildirdbirldəndəqiqdəqiqəlikdəstdəstədəstəkdildindirildliyydoğruDövlətdöyüşdöyüşləriedəedənedərəkedibedilibediliredilmiedireffektivElElçinetdirilibetdirilmələləənərərəəriərininətiətinətləətləriəziyyətfaizfilmfilmifondgenigələgizligörgöstərirgöstərməkgüngünühaqqhaqqıHBhesabHəminhərhəsrhəyathəyatahəyatıhəyatınhindistanicmaictimaiidarəsininilildəildənilləringizinsaninsanıirilibirirlitiribIVjurnalistkarkarlankeçiriləkeçirilənkeçirirlərkikilatkiliyinkoalisiyakoalisiyankoalisiyaskomissiyasKomissiyasıKomissiyasınınkonfransLamlayihlayihəlayihədəlayihələrlayihələrilayihəsiliyinllifilumatlxalqmaariflmaarifləndiricimaarifləndirməmaliyymaliyyəMəclisinməhrumməlumatmərkəziməruzMətbuatmillimilyonmilyondanmilyonuminminiMüalicəmüalicəsimüəllifimükafatlandırılıblarmuradMusamüsabiqəmüsabiqəsininmuxtarlMüxtəlifnailiyynailiyyətlərnazirliyininndiricindiricisindirilmndirmndoneziyanəfərnəfərdənəfərdənninnövnümayəndənümayəndələriolanolduolubolunmuolunubonlarOnlarıOnlarınonuOnunproqrampsixolojiqaldırılmasıqaliblqalibləriqanunvericilikQARqayğıqeydqeydiyyataQHTqitəqışıQışınqızqızıqızılqlobalqurbanovquruluqurumlarramazanlrbaycanrbaycandaregionalrejissorureprəhbərləririninrkibinrolurzindsabiqSağSağalmasağlamlığasahəsesəbəbsədrisəhvsəviyyəsəviyyəsisininsirinsonsonrasosialssenaritbuattədbirtədbirləritərtərəfindətərəfindəntəşəbbüstəşkiltəşkilattəşkilatınıntəşkilitibbuşaqvarsaverilibverirvəfatvərəmdənVətənvəziyyətVURxəbərXəstəxəstələrxəstələrinxəstəlikdirxəstəliyixəstəliyinxəstəsixidmətyayadyalnızyaradyaradılıbyaşyatayatınYAYyayıyayılıbyayılmasıYazyeddiyoluxduyoluxubyoluxucuyoluxurzaman
Paylaş
WP Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: