Son üç ayda Qobustan qoruğunu 10 mindən çox turist ziyarət edib

Bakı, 7 aprel, AZƏRTAC
Son üç ayda Qobustan Milli Tarix-Bədii Qoruğunu 11 min 553 turist ziyarət edib.
Qoruğun əməkdaşı Rəhman Abdullayev AZƏRTAC-a bildirib ki, ziyarət edənlərin 8080-i xarici, 1152 nəfəri isə ölkə vətəndaşları olub. Qoruğa gələnlər arasında İsrail, İran, Rusiya, Hindistan və Birləşmiş Ərəb Əmirliklərindən olan turistlər üstünlük təşkil edib.
AZERTAG.AZ :Son üç ayda Qobustan qoruğunu 10 mindən çox turist ziyarət edib
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin