Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

Əbu-Dabidə dalğıclar dənizin dibindən 1,5 tona yaxın zibil çıxarıblar

Əbu-Dabidə dalğıclar dənizin dibindən 1,5 tona yaxın zibil çıxarıblar
April 10
21:34 2018

Əbu-Dabi, 10 aprel, AZƏRTAC

Əbu-Dabidə keçirilən aksiya zamanı dalğıclar paytaxt bulvarında dibindən 1,5 zibil çıxarıblar.

AZƏRTAC Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) KİV-lərinə istinadla xəbər verir ki, aksiyanın keçirilməsində məqsəd ölkənin ətraf mühitinin mühafizəsi və dəniz saxlanılmasının vacibliyi məsələlərində vətəndaşlarda məlumatlılığı artırmaqdır.

Dalğıclar dibini plastik butulka, alüminium , qida konteyneri və inşaat tullantılarından təmizləyiblər. “TogetherWeMakeTheDifference” kampaniya dalğıcları cəlb etməklə təmizlənməsi aksiyasını ikinci dəfədir həyata keçirir. Hazırkı aksiya Əbu-Dabinin Ətraf Mühitin Mühafizəsi Agentliyinin BƏƏ-nin Dalğıclar Assosiasiyası və Əbu-Dabinin beynəlxalq dəniz idman birgə əməkdaşlığı ilə təşkil olunub.

Aksiya təşkilatçılarının fikrincə, təmizləmə kampaniyası dəniz və landşaftların müxtəlif bioloji növlərin təhlükəsiz yaşayış məkanı olması məqsədi daşıyan tədbirlərdən yalnız biridir. Çünki toksik materiallar və plastik kütlələr normal inkişafa, artıma nəinki mane olur, həmçinin dəniz növlərinə, ekosistemə məhvedici təsir göstərir.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Əbu-Dabi

AZERTAG. :Əbu-Dabidə dalğıclar dibindən 1,5 zibil çıxarıblar

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

0 Şərh

Şərh Yoxdur!

Heç Bir Şərh Yoxdur,Şərh Əlavə Etmək İstəyirsiniz?

Şərh Əlavə Et

Write a Comment

Leave a Reply

WP Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: