Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

Aprelin 10-u “İnşaatçılar günü”dür – AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Aprelin 10-u “İnşaatçılar günü”dür – AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
April 10
10:38 2018


Bakı, 10 aprel, Quliyev, AZƏRTAC 

Azərbaycan Prezidentinin 2009-cu il 16 dekabr tarixli Sərəncamı ilə hər il aprelin 10-u ölkədə “İnşaatçılar günü” peşə bayramı kimi qeyd olunur. Bu, həm də inşaat sahəsində çalışanların əməyinə dövlətimiz tərəfindən verilən böyük dəyərdir.

Azərbaycan inşaatı və memarlığı qədim tarixi ənənələrə malikdir. Maddi mədəniyyətimizin çox qiymətli nümunəsi olan İçərişəhər təkcə Azərbaycan üçün deyil, həm də dəyər kimi yüksək qiymətləndirilən tarixi abidədir. Bunu İçərişəhərin ərazisində yerləşən Qız qalası və Şirvanşahlar Saray Kompleksinin -nun Dünya Maddi İrs Siyahısına salınması da sübut edir. Həm Şirvanşahlar Saray Kompleksi, həm də Qız qalası Azərbaycan , eləcə də tərəfindən dünya əhəmiyyətli abidələr kimi tanınır. Azərbaycan memarlığı və tarixinin bir hissəsi, xalqımızın maddi-mədəniyyət irsinin qiymətli nümunəsi olan bu abidələr -nun ümumdünya irsi kimi qəbul olunub. Təbii ki, bu da Azərbaycanın dünya mədəni irsinə çox əhəmiyyətli bir töhfəsidir.

Ölkədə tikinti işlərinin geniş vüsət alması isə XIX əsrin sonlarına – XX əsrin əvvəllərinə təsadüf edir və həmin dövrdən indiyədək qorunub saxlanılan yaşayış və binalar özündə Şərq və Qərb memarlığının nadir nümunələrini əks etdirir.

Xatırlatmaq yerinə düşər ki, ulu öndər Heydər Əliyevin Azərbaycanda birinci dəfə hakimiyyətdə olduğu illərdə respublikamızda tikinti sektoru sürətlə inkişaf etmiş, bu dövrdə sənayenin bütün sahələrində böyük inkişafa nail olunmuşdur. Bu illərdə tikinti, maşınqayırma, kənd təsərrüfatı, kimya, elektrotexnika, yüngül sənaye və digər sahələrdə onlarla nəhəng istehsalat obyektləri, yüzlərlə yaşayış binası, səhiyyə, mədəniyyət, təhsil obyektləri istifadəyə verilib. Quruculuq prosesinə Ümummilli Liderin müstəqil Azərbaycana rəhbərliyi dövründə daha güclü təkan verilib.

Yol həyatdır deyiblər. Yol olmadan nə bölgələr, nə turizm, nə də sənaye və kənd təsərrüfatı inkişaf edə bilməz. Son 14 ilə nəzər salsaq, bu sahədə aparılan islahatlar, görülən tədbirlərin nəticəsi göz önündədir.

Məsələn, bu dövrdə respublikanın elektrik təsərrüfatına böyük investisiyalar qoyularaq, 30 elektrik stansiyası tikilib və bu, heç də kiçik rəqəm deyil. Bundan başqa, bir çox şəhərlərimizdə içməli su və kanalizasiya layihələri uğurla icra olunub, tarixi hadisə hesab edilən Oğuz-Qəbələ-Bakı nəhəng su kəməri inşa edilib.

Yeri gəlmişkən, bu illərdə həm iqtisadi, həm də sosial sahə olan avtomobil yollarının tikintisinə xüsusi diqqət ayrılıb, mühüm infrastruktur layihələri həyata keçirilib.

Eyni zamanda, hazırda kənd yollarının tikintisi də geniş vüsət alıb. Son 14 il ərzində ölkə üzrə 12 min 300 kilometr yol çəkilib, 443 körpü tikilib. Respublika ərazisində böyük sosial infrastruktur layihələri icra olunub, 3100-dən çox məktəb, 642 tibb müəssisəsi tikilib və ya təmir edilib, 43 Olimpiya İdman Kompleksi inşa olunub. Həmçinin ölkəmizdə yeddi aeroport tikilərək istifadəyə verilib. Onlardan altısı beynəlxalq səviyyəlidir.

Azərbaycan iqtisadiyyatına böyük gəlir gətirən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin tikintisini də xüsusi qeyd etmək lazımdır. İqtisadiyyatımıza böyük valyuta axınını təmin edən bu kəmərlər olmasaydı, respublikanın neft-qaz ehtiyatlarının ixracı haqqında danışmaq belə, mümkünsüz .

Yalnız 2017-ci il ərzində respublikada əsas kapitala 3688,4 milyon manat məbləğində vəsait yönəldilib. İstifadə olunmuş vəsaitin 10538,2 milyon manatı və ya 77,0 faizi məhsul istehsalı obyektlərinin, 2336,4 milyon manatı (17,1 faizi) xidmət sahələri üzrə obyektlərin, 813,8 milyon manatı (5,9 faizi) isə ümumi sahəsi 1536,0 min kvadratmetr olan yaşayış evlərinin tikintisinə sərf olunub. Təkcə ötən il Bakı şəhərində Bakı Ali Neft Məktəbinin yeni kampusu, Nərimanov Rayon Məhkəməsinin yeni inzibati binası, Pirallahı rayonunda körpü, “Pirallahı” Günəş Elektrik Stansiyası, Balaxanı Sənaye Parkı, Bakı-Tbilisi-Qars dəmir yolu, Pirşağı-Novxanı və Binəqədi -Novxanı-Corat avtomobil yolu, Gəncə şəhərində “Yeni Gəncə” elektrik yarımstansiyası, Gəncə Dövlət Filarmoniyasının yeni binası, “Grand Qafqaz” Ticarət Kompleksi, “Gəncə Mall” Ticarət Mərkəzi, Yevlax şəhərində Varvara balıqartırma və balıqyetişdirmə zavodu, Lənkəran şəhərində Çəltik zavodu, “Xəzər Palace” otel kompleksi, Abşeron rayonunda Olimpiya İdman Kompleksi, Ağcabədi rayonunda Çörək və un məmulatları zavodu, Olimpiya İdman Kompleksi və onlarla digər mühüm obyektlər istifadəyə verilib.

Hazırda həyata keçirilən “Pilot layihə” çərçivəsində azmərtəbəli, qəzalı vəziyyətdə olan və yaşayış üçün yararsız tikililər sökülərək, onların yerində yeni yaşayış binalarının tikilməsi uğurla davam etdirilir. Layihə yaşayış üçün yararsız və qəzalı olan, şəhərin görünüşünə xələl gətirən yaşayış evlərinin sökülərək on minlərlə sakinin daha çox yaşayış sahəsi və daha rahat həyat şəraiti ilə təmin etməklə yeni inşa ediləcək binalara köçürülməsini nəzərdə tutur.

Bu layihələr hazırda Bakı şəhərinin inzibati ərazisinə daxil olan ərazilərdə həyata keçirilir. İlk dəfə “Pilot layihə” Sabunçu rayonunda həyata keçirilib. Onun uğurlu bir yanaşma olduğu müəyyənləşəndən sonra Binəqədi və Qaradağ rayonlarında tətbiq olunmağa başlayıb. Daha sonra paytaxtın digər 9 rayonunda pilot layihələrin həyata keçirilməsi üçün Nazirlər Kabinetinin müvafiq qərarı olub. “Pilot layihə” Bakı şəhərinin gələcək inkişafı ilə əlaqədar olaraq hazırlanan ərazi planlaşdırma sənədlərindəki təklif və müddəalara uyğundur. Belə ki, “Böyük Bakının Regional İnkişaf Planı” və “Bakı şəhərinin ərazidən istifadə və zonalaşdırma planı” layihələrində xüsusi ərazilər müəyyənləşib ki, bu ərazilərin yenidən qurulması həyata keçiriləcək. “Pilot layihə” də onun formalarından biridir.

Mübaliğəsiz deyə bilərik ki, qeyd olunan layihə müstəqillik dövründə tikinti sahəsində reallaşdırılan sosial yönümlü ən böyük tədbirlərdən biridir.

“Pilot layihə”nin unikallığı ilə bağlı onu qeyd etmək lazımdır ki, 5 il müddəti üçün nəzərdə tutulmuş bu qərarın həyata keçirilməsində məqsəd yararsız vəziyyətə düşmüş 1000-dən çox yaşayış binasının sökülməsi, 50 minə yaxın paytaxt sakininin köçürülməsi, milyonlarla

kvadratmetr yaşayış sahəsinin tikilib istifadəyə verilməsidir. Bu layihənin həyata keçirilməsi üçün vəsaitin dövlət büdcəsindən ayrılması deyil, yaranmış əlverişli investisiya mühitində tərəfindən yatırılması planlaşdırılır.

Artıq Səbail, Nərimanov, Nəsimi, Xətai, Nizami, Suraxanı və Yasamal rayonlarında 254 çoxmərtəbəli yaşayış və qeyri-yaşayış tikililərindən 45-nin tikintisinə başlanılıb.

Məlum olduğu kimi “Pilot layihə”nin reallaşdırılmasının başlıca səbəblərindən biri də, təkcə yeni yaşayış binalarının ucaldılması deyil, həmçinin azmərtəbəli və yaşayış üçün yararsız tikililərin əsaslı söküntüsünü aparmaqla ərazinin abadlaşdırılmasının təmin edilməsidir.

Onu da əlavə edək ki, Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyinin xətti ilə Bakının Yasamal rayonu və Hövsan qəsəbəsində yeni binalar tikilir. Agentliyin ilk layihəsi – 1843 mənzildən ibarət olacaq Yasamal Yaşayış Kompleksinin artıq bir neçə binası istifadəyə verilib və mənzillərin satışı həyata keçirilir. 2019-cu ildə isə kompleksin tam təhvil verilməsi nəzərdə tutulur.

“Ağ şəhər”də onlarla bina inşa olunub. Artıq bu istiqamətlərdə 100-dən çox binanın inşaat işləri aparılır. Sözsüz ki, paytaxtın digər ərazilərində və bölgələrində də mənzil tikintisində böyük canlanma müşahidə olunur. Bütün bunlar həm də yeni iş yerlərinin açılması deməkdir.

Digər mühüm layihələrdən biri – “Böyük Bakının Regional İnkişaf Planı” və “Məxsusi Bakının Ərazidən İstifadə Zonalaşdırma Planı” Azərbaycan hökuməti ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında imzalanan kredit sazişinə uyğun olaraq, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında hazırlanıb. Sözügedən layihə 2030-cu ilə qədər olan dövrü əhatə edir.

“Böyük Bakının Regional İnkişaf Planı” Bakı və Sumqayıt şəhərlərinin inzibati ərazilərinin, həmçinin Abşeron rayonunun bir hissəsinin daxil edildiyi 282 min 322 hektardan artıq sahəni əhatə edən ərazi planlaşdırma sənədidir. Layihənin növbəti mərhələsini Bakı şəhərinin mərkəzində 33 min 333,29 hektar ərazini əhatə edən “Məxsusi Bakının Ərazidən İstifadə Zonalaşdırma Planı” təşkil edir. Xatırladaq ki, “Böyük Bakının Regional İnkişaf Planı”nın ərazisinə 67 inzibati ərazi vahidi və 76 yaşayış məntəqəsi daxildir.

Baş Planın əsas vəzifəsi şəhərin gələcək inkişaf istiqamətini müəyyənləşdirməkdən ibarətdir. Bu, şəhərin inkişafı üçün böyük bir proqnoz olmaqla yanaşı sənəddir.

Ümumilikdə isə, bu illər ərzində ölkə iqtisadiyyatına 231 milyard dollar sərmayə qoyulub. Sözügedən vəsaitin yarısı xarici, yarısı isə daxili sərmayələrdir. Adambaşına düşən sərmayələrin həcminə görə Azərbaycan yenə də dünya miqyasında lider dövlətlər sırasındadır.

 

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin



Source link

Tags
110100121416172293030044555089AbidabidəabidələradambaaeroportağcabədiagentliyiagentliyinagentliyininahlarAlalaraAlialıbalmasaltaltıanlaranlarıaparılanaparılıraprelarasıArtıqavtomobilaxıaxınıayayrıazAzərbaycanAzərbaycanaAzərbaycandaAzərbaycanıAzərbaycanınAZƏRTACbağBakıBakınıbalbalaxanbalıBankbaşbaşlanılıbbaşlıcabaşqabayramBelBeynəlxalqbəşəriBilbilərikbilməzbinabinalarBinalaraBinalarınbinanbinanınbinasbinasıbinasınınbininbirbiribiridirbirinciBizbubüdcəbundanbunlarbunucanlanmaceyhancicoratdadahadanDanışdanışmaqDardavamdaxildaxildirdaxilidbirldekabrdemədeməkdirdeyildəmirdənDidigərdiqqətdollarDövlətdövrdəDURdüşədüşənedəedəkedənedibediləediləcəkedilənedilibedilmedirehtiyatlarElelektrikeləetdiriliretdiriretməetməkevlərinineyniələləəlləənərərəəriərikəriniərininətiətiniətirətləəziyyətfaizifilarmoniyasformalarformalarıgedəgedəngenigələgələcəkgəlirgəlmişgəncgətirgətirəgətirəngörgörüləgörüləngörünüşügözgrandgünhadishakimiyyhaqqhaqqıHazırdahazırlananhazırlanıbHBhektarhektardanhesabHeydərhəmHəminhərhəyathəyatahisshissəhissəsiHKibarətiçməliicraictimaiidiililkillərimzalananindiyindiyədəkinfrastrukturinşainşaatinvestisiyainvestisiyalarinzibatiiqtisadiiqtisadiyyatiqtisadiyyatıirilibiriliririlmirsiirsinirsininirvanislahatlarişləişləriişlərininistehsalistehsalatistifadistifadəistiqamIVixrackabinetininkanalizasiyakapitalakeçiriləkeçiriləcəkkeçirilənkeçirilirkeçirilməkeçirilməsikəmərikəndkikiçikkilibkilometrkimyaköçürköçürülməköçürülməsikomitKomitəKomitəsininkompleksikompleksinkompleksininkreditkülküləkvadratmetrlayihlayihəlayihələrlayihələrilayihəsilazımdırldilibLənkəranLiliderliderinlidirliyevinlverilxalqmaddimalikdirmanatmemarlmədəMədəniMədəniyyətməhkəməməhkəməsininməhsulməktəbMəktəbininməlumməntəqəsiMənzilmənzildənmənzillərinməqsədmərhələmərhələsinimərkəziməsələmilyardmilyonmilyonlarlaminmiqyasmiqyasımstansiyasmüddətimüəssisəmüəssisəsimüəyyənləşibmulatlarmümkünsüzmüstəqilnadirnailnazirlnazirləNazirlərndirilneneftNəhəngnənəNərimanovnəticənəticəsinformasiyaninNiyyətnizaminövbəNövbətinovxannqurmanümunənümunəsinzildnzillobyektlobyektlərobyektləriobyektlərinolacaqolanolaraqolduolduğuolimpiyaolmadanolmaqlaolmasaydolubolunanolunmaolunmuolunmuşolunubolunurönonlaronlardanOnlarıOnlarınonlarlaonuOnunotelözözüparkpaytaxtpaytaxtıpilotpirallahplanplanlaprezidentininproqnozprosesinqafqazqalasqanunvericiliyiqaradaqazqeydqeyriQəbulqədərqədimqərarQərbqəsəbəqillikqiymətliqızqoyulubqtisadiyyatquliyevquruculuqqurulmasrahatraitiramizrayonrayonlarrayonlarındarayonurayonundarayonununrazidrazilrazinirazininrazisinrazisindrbaycanrbaycanarbaycandareallareallaşdıregionalrespublikarespublikanınrespublikasrəhbərliyiRFrimanovrimizdrininrlananrliyirsalmarzindrzurumsabunsahəsahələriSahəsisahibkarlarsaitinsakininsakinininsaraysaxlansaxlanılansektoruSəbailsəbəblərindənsəhvSənsənəsənədləsərəncamsəviyyəsidirsifarisifarişsifarişisininsiyahsiyahısınaSizsırasındadırsökülməsisonsonlarsonlarısonrasosialstansiyasstifadstratejisusumqaysuraxantamtarixitarixinintbilisiTəbiitədbirlərinTəhsiltəhviltəkantəkliftəmintəmirtərtərəfindətərəfindəntəsadüftəsərrüfatıtəsərrüfatınatəşkiltətbiqtibbticarticarəttikiltikilibtikililtikililərtikililərintikilirtikilmtikintitikintisitikintisintikintisinitimizTIRtöhfətöhfəsidirturizmtutulurtuturucalduğurluuluundurunescoüstəuyğunvalyutavarsaVarvaraverilveriləverilənverilibverilmverilməverilməsivəsaitvəsaitinvəzifəvəziyyətXalqxalqıxalqımızınxaricixələlXətaixəttiXəzərxidmətXIXXXyayalnızyanayaranmyararsYararsızyaşyasamalyatayatdıyaxınyeddiyeniyenidyenidənyeriyerinyerindyerlərininyerləşənyevlaxYolyollaryollarıyollarınyollarınıyollarınınYOLUyükyüksəkzamandazavodu
Paylaş

0 Şərh

Şərh Yoxdur!

Heç Bir Şərh Yoxdur,Şərh Əlavə Etmək İstəyirsiniz?

Şərh Əlavə Et

Write a Comment

Leave a Reply

WP Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: