Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

Azərbaycan Dillər Universitetində “Bakı Ekspo 2025” layihəsinin təqdimatı olub

Azərbaycan Dillər Universitetində “Bakı Ekspo 2025” layihəsinin təqdimatı olub
April 10
17:30 2018

Bakı, 10 aprel, AZƏRTAC 

Aprelin 10-da Təhsil Nazirliyinin, Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin, Gənclər və İdman Nazirliyinin və “Bakı Ekspo 2025” Əməliyyat Katibliyinin nümayəndələri Azərbaycan Dillər Universitetində (ADU) “” qruplarının və “BİR” Tələbə Könüllü proqramının dəstəyi ilə tələbələrə “Ekspo 2025” dünya sərgisi haqqında təqdimatla çıxış ediblər.

ADU-dan AZƏRTAC-a bildiriblər ki, universitetin tərbiyə işləri üzrə prorektoru vəzifəsini icra edən Sərraf Hüseynov müasir dövrdə insanlar arasında mədəni mübadilə, dostluq münasibətlərinin qurulması ilə xarakterizə olunan sərgi hərəkatının hökm sürdüyünü söyləyib.

Gənclər və İdman Nazirliyinin beynəlxalq standartların tətbiqi bölməsinin müdiri, “Ekspo” səhiyyə mövzusunun eksperti Məryəm Qafarzadə bildirib ki, “Bakı Ekspo 2025” innovasiyaların, yeni icadların, eyni zamanda, ölkə mədəniyyətinin nümayiş olunacağı layihədir. O, Bakıda keçiriləcək “Ekspo 2025” Dünya Sərgisi, gənclər üçün yaradılacaq karyera imkanları barədə məlumat verib. ki, bununla əlaqədar paytaxtın şərq hissəsində 200 hektarlıq sahədə dövlət gerbimizi əks etdirən səkkizguşəli ulduz formasında sərgi binası inşa ediləcək.

Təhsil Nazirliyinin sektor müdiri, “Ekspo” təhsil mövzusunun eksperti Cəsarət Valehov qeyd edib ki, ölkəmizin “Ekspo 2025” Dünya Sərgisinə ev sahibliyi gələcəkdə keçiriləcək böyük beynəlxalq tədbirlərin təşkilində zəngin təcrübənin davamı olacaq.

Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin məşğulluq və demoqrafiya şöbəsi müdirinin müavini, “Ekspo” məşğulluq mövzusunun eksperti Rəna Abdullayeva “Nailiyyət: məşğulluğun gələcəyi” mövzusunda təqdimatla çıxış edib, qloballaşma, dünya əmək bazarında mövcud , virtual iş yerləri barədə məlumat verib.

Azərbaycanın mədəniyyəti, tarixi və ölkəmizin ev sahibliyi etdiyi barədə videoçarx nümayiş olunub.

AZERTAG.AZ :Azərbaycan Dillər Universitetində “Bakı Ekspo 2025” layihəsinin təqdimatı olub

Mətndə səhv , onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

0 Şərh

Şərh Yoxdur!

Heç Bir Şərh Yoxdur,Şərh Əlavə Etmək İstəyirsiniz?

Şərh Əlavə Et

Write a Comment

Leave a Reply

WP Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: