Xəbər Online

 Qaynar Xəbərlər
  • No posts were found

Mərdəkanda 2 nəfərin ölümünə və 9 nəfərin yaralanmasına səbəb olan sürücü bağışlanıb

Mərdəkanda 2 nəfərin ölümünə və 9 nəfərin yaralanmasına səbəb olan sürücü bağışlanıb
April 10
17:51 2018

Bakı. 10 aprel. REPORT.AZ/ Bakı Cinayətlər Məhkəməsində 2 nəfərin ölümünə və 9 nəfərin yaralanmasına səbəb olan sürücü – Rac Əliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

“Report”un xəbərinə görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını edib.

İttiham aktına əsasən, R.Əliyev etibarnamə olmadan idarə etdiyi, lizinq şirkətinə məxsus “Daewo Gentra” markalı avtomobillə qəsəbəsi ərazisində hərəkətdə olarkən yol qaydalarını pozaraq Ələddin Şovqatovun idarə etdiyi “VAZ – 21063” markalı avtomobili arxadan vurub, daha sonra isə Xamnət Quliyevin idarə etdiyi “VAZ- 2106” markalı avtomobilə çırpılıb. nəticəsində Ə.Şovqatovun azyaşlı nəvəsi Müsab Şovqatov hadisə yerində vəfat edib. R.Əliyev sərnişini olan qayınanası, 1959-cu təvəllüdlü Abdullayeva isə yerləşdirildiyi 3 saylı Sabunçu Rayon Xəstəxanasında vəfat edib.

zamanı R.Əliyevdən başqa, 28 yaşlı Lalə Behbudova, 60 yaşlı Səriyyə Şovqatova, 65 yaşlı Ələddin Şovqatov, 34 yaşlı Əminə Şovqatova, yaşlı Zaur Şovqatov, 11 yaşlı Nəzrin Əliyeva Rac qızı, 5 yaşlı Yusif Hacıyev və 3 yaşlı Adəm Hacıyev xəsarət alıb.

olunmuş ittiham üzrə R.Əliyev özünü təqsirli bildiyini deyib.

Zərərçəkmişlər – Ə.Şovqatovla X.Quliyev təqsirləndirilən şəxsdən şikayətçi olmadıqlarını söyləyiblər.
Ə.Şovqatov hadisənin qəsdən baş vermədiyini bildirib: “Qəsdən öldürməyib ki, qəzadı da. artıq barışmışıq”.

O, zamanı xəsarət alan digər ailə üzvlərinin müalicəsi üçün R.Əliyevin yardım etmədiyini də qeyd edib.

Mərhum M.Şovqatovun atası Zaur Şovqatov və anası Əminə Şovqatova da zamanı yüngül xəsarət alsalar da, şikayətçi olmadıqlarını vurğulayıblar.

Məhkəmədə məlum olub ki, lizinq şirkəti avtomobili Elbrus Mirzəyev adlı şəxsə verib. O isə maşını etibarnamə olmadan idarə etməsi üçün R.Əliyevə verib. zamanı lizinq şirkətinə dəyən 50 manat ziyan ödənilməyib.

Məhkəmənin növbəti prosesi aprelin -na təyin edilib.

Source link

0 Şərh

Şərh Yoxdur!

Heç Bir Şərh Yoxdur,Şərh Əlavə Etmək İstəyirsiniz?

Şərh Əlavə Et

Write a Comment

Leave a Reply

WP Facebook Auto Publish Powered By : XYZScripts.com
%d bloggers like this: